Məhkəmə qərarları › İş №2(049)-91/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-91/2023

01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-91/2023 01.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “delikt nəticəsində əmlaka yetirilən zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “delikt nəticəsində əmlaka yetirilən zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 5310 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, AR DİN BDYPİ QİŞ tərəfindən 16 may 2018ci il tarixdə verilmiş AD №246085 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə 1994-cü il buraxılışlı, sedan tipli, **-KA-*** dövlət qediyyat nişanlı “Mercedes Benz C180 minik” markalı avtomobil iddiaçıya məxsusdur. Onun tərəfindən 17 may 2018-ci il tarixdə həmin avtomobilə dair idarə etmək hüququ ilə oğlu X2 24 yanvar 2024-cü il tarixinədək etibarnamə vermişdir. 12 aprel 2022-ci il tarixində saat 17 radələrində Cavabdeh müvafiq kateqoriyalı sürücülük hüququ olmadan idarə etdiyi “VAZ”2107 minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Lənkəran şəhəri Ələt –Astara yolunun 191-ci km-də hərəkət etdiyi zaman sol dönmə işığını yandırıb yol çiyninə çıxmaq istədiyi zaman arxadan oğlu Amid İbrahimovun idarə etdiyi **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə onun tərəfindən idarə olunan avtomobillə toqquşmuşdur. Xəta nəticəsində onun mülkiyyətində olmaqla etibarnamə əsasında oğlu Amid İbrahimov tərəfindən idarə olunan avtomobilə madi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə cavabdeh Quliyev X3 Rayon Məhkəməsi hakiminin inzibati xəta haqqında 3(049)-375/2022 saylı 16 aprel 2022-ci il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddesində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinmiş və barəsində 400 manat cərimə inzibati tənbeh tədbiri seçilmişdir. “”Kamran”” MMC –nin tərtib etdiyi qüsur aktına əsasən **-KA-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz C 180 minik markalı avtomobilin təmir -bərpa işlərinin dəyəri 5310 manat məbləğində hesablanmışdır. İnzibatı xəta haqqında işə baxilarkən cavabdeh tərəfindən ona yetirilən zərər ödənilməmişdir. Bundan başqa cavabdehin idarə etdiyi avtomobil Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmamış olduğu da məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia ərizəsində qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomaşınla sola dönmək istəmişdir, bu zaman iddiaçı ötmə əməliyyatı həyata keçırirərəkən onu vurmuşdur. Hadisədən sonra o, iddiaçı ilə razılaşmaq istəmişdir və ona ziyanın ödənilməsi üçün ona 1.000 manat pul təklif etmişdir. İddaçı onunla razılaşmamışdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 3(049)- 375/2022 nömrəli 16 aprel 2022-ci il tarixli inzibati xata haqqında iş üzrə qərarı ilə Cavabdeh oğ AR İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, 400 manat cərimə edilmişdir. Həmin inzibati xəta haqqında icraat zamanı X4 zərərçəkmiş şəxs qismində tanınmışdır. Qərardan müəyyən edilir ki, **-KA-*** dövlət qediyyat nişanlı “Mercedes Benz C180 minik” markalı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymişdir. İş materiallarında olan AD seriyalı 246085 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C 180” minik markalı **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 12 aprel 2022-ci il tarixli rəydən görünür ki, “Mercedes Benz C 180” minik markalı **-KA-*** dövlət qeydiyyat nişanlı 1994-cü buraxılış ili olan nəqliyyat vasitəsinə baxış keçirilmişdir və yol qəza hadisəsi zamanı avtomobilə dəymiş ziyan 5.310 manatdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19/32 saylı, 27 yanvar 2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1994-cü buraxılış ili olan “Mercededes Benz C 180” markalı 99- KA-134 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği maşının orta bazar qiymətində maşının salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 3.900 (6500m-40%) manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-cu il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 75 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2012-ci il tarixli Qərarı)” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti haqqında qaydaları pozaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı məxsus “Mercededes Benz C 180” minik markalı 99- KA-134 dövlət qeydiyyat nişanlı avtomaşına ziyan vurmaqla, nəticədə iddiaçıya maddi ziyan vurmuşdur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 3900 manat tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən keçirilmiş məhkəmə-əmtəşünaslıq ekspertizasının xərci olaraq 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi olaraq 3.900 (üç min doqquz yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55 (əlli beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar