Məhkəmə qərarları › İş №2(049)-943/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-943/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-943/2025 28.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1690 manat məbləğində maddi ziyanın və 37 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla orada yaşayırlar. Mülkiyyətində “Mercedes Benz S320 minik" markalı, **-CT-*** nömrə nişanlı avtomobil vardır. Həmin avtomobili etibamamə əsasında həyat yoldaşı X3 BC kateqoriyalı sürücülük əsiqəsi ilə idarə edir. X3 24 yanvar 2025-ci il tarixdə saat 14-20 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında olan ev heyvanlarından bir baş iri buynuzlu heyvan yolun asfalt hiissəsinə çıxaraq yoldaşının idarə etdiyi avtomaşınla toqquşmuş və nəticədə avtomobilə maddi ziyan dəymişdir. Hadisə yerinə gələn yol polisi əməkdaşlarının apardıqları aşdırma nəticəsində məlum olmuşdur ki, həmin bir baş iri buynuzlu heyvan Lənkəran rayonunun Girdəni kənd sakini Cavabdeh məxsusdur və həmin heyvanı Ağadadaş Baxşıyev nəzarətsiz buraxdığı üçün hadisə baş vermişdir. Bundan sonra avtomobilə dəymiş ziyanın hesablanması üçün mütəxəssis cəlb olunmuş, mütəxəssisin verdiyi rəyə əsasən müəyyən olunmuşdur ki, onun mülkiyyətində olan **-CT-*** nömrə nişanlı avtomobildə dəyişdirilməli olan hissələr, zədələnmiş hissələrin bərpası və rənglənməsi, eləcə də təmir xərcləri ilə birlikdə 1690 manat ziyanın vurulması müəyyən edilmişdir. Daha sonra sürücünün sərxoşluq müayinəsi aparılmış və avtomobili idarə dərkən sürücü X2 ayıq vəziyyətdə avtomobili idarə etməsi məlum olmuş və belə olan halda da, həmin iri buynuzlu heyvanın sahibi Cavabdeh Xatiq oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 338.5.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati məsuliyyətə cəlb edilmişdir. Bununla da avtomobilə ziyanın vurulmasının cavabdehin təqsiri üzündən baş verməsi öz təsdiqini tapmışdır. Hadisənin baş verməsindən və cavabdehin ona ziyan vurmasından bir neçə müddət keçməsinə baxmayaraq, cavabdeh ona vurduğu 1690 manat ziyanı ödəməkdən yayındığına görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasında iştirak edərək, ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək izahatında qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilmiş yolnəqliyyat hadisəsi zamanı onun heç bir təqsiri olmamışdır. Həmçinin iddiaçının maddi ziyana görə ondan tələb etdiyi məbləğ olduqca şişirdilmişdir. Eyni zamanda o, həmin vəsaiti bir dəfəyə ödəyə bilməyəcəkdir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BD seriyalı, 477556 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Mercedes Benz S320” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı, 1999-cu buraxılış ili olan avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin YPX-nin inspektoru, polis kapitanı X1 tərəfindən qəbul edilmiş İXP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli “inzibati tənbehvermə haqqında” qərardan görünür ki, həmin qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin YPX-nin inspektoru, polis kapitanı X1 tərəfindən qəbul edilmiş İXP seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun, yol-nəqliyyat hadisəsinin sxeminin, X2 və Cavabdeh izahatlarının məzmunundan müəyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 14-20 radələrində Lənkəran şəhəri ərazisində İddiaçıın mülkiyyətində olan və X3 tərəfindən idarə edilən Mercedes Benz S320” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh məxsus olan iri buynuzlu heyvan toqquşaraq, yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan BD seriyalı, 477556 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “Mercedes Benz S320” minik markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı, 1999-ci buraxılış ili olan avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, QCM/İ 03-063/25 nömrəli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Qiymətləndirmə və Consulting Mərkəzi" MMC-nin mütəxəssis rəyinə əsasən 1999-cu il buraxılışlı “Mercedes Benz S320” minik markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan dəymiş ziyan təxminən 1.600 manat müəyyən edilir. İş materiallarında olan mütəxəssis rəyi üçün ödənişə dair xx.xx.2025-cil tarixli 4793 nömrəli qəbzin surətindən görünür ki, həmin dəyəri cəmi 300 manat təşkil edir və İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 29.1-ci maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (S.Bayramovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 16 iyul 2012-ci il tarixli Qərarı)” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh məxsus iri buynuzlu heyvan nəzarətsiz buraxıldığından İddiaçı məxsus olan Mercedes Benz S320” minik markalı, **-CT-*** qeydiyyat nişanlı avtomaşınla toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə avtomaşının mülkiyətçisinə 1600 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən, Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək 1600 manat məbləğində vurulmuş maddi ziyan Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən keçirilmiş mütəxəssis rəyinin dəyəri olan 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş maddi ziyana dair 1.600 manat, mütəxəssis rəyinin dəyəri olan 300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 37 manat olmaqla, cəmi 1.937 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar