Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-956/2023 11.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı X4 iştirakı ilə İddiaçı X4 cavabdeh X7 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X9 iddia tələbi ilə məhkəməyə müraciət edərək, vurduğu maddi ziyana görə 2700 manat, dövlət rüsumuna görə 50 manat və iddianın tərtibinə görə 100 manan, ümumilikdə 2850 manat pulun cavabdeh X2 alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəlilabad rayonunun Söyüdlü kəndində yaşayaraq xırda sahibkalıq fəaliyyəti ilə məşğulam olmaqla aləsini saxlayır. Sahibkarlıq fəaliyyəti yeganə qazanc mənbəyidir. Belə ki, özünə məxsus olan torpaq sahəsində kartof əkib, becərib satır. 2022-ci ilin may ayının axırlarında əkib becərdiyi 3.7 ton kartofu uzun müddətdir tanıdığı Lənkaran rayonunun Velədi kənd sakini X7 hər kq-ı 80 qəpik olmaqla 2700 manata satmışdır. X17 verdiyi zaman həmkəndlisi, o cümlədən, Zaur Məlikovla dostuq edən X10 da orada iştirak etmişdir. Alqı-satqı zamanı Zaur Məlikov bildirmişdir ki, onun üstündə pul yoxdur, onun pulunu sabah ödəyəcəkdir. İddiaçının onun bu təklifi ilə razılaşmağa səbəb o olmuşdur ki, Zaur Məlikovu bir neçə ildir ki tanımaqla onlarn kəndinənigər şəzxslərdən də kartof alırdı. Növbəti gün o, iddiaçının pulunu qaytarmadığı üçün mən ona zəng edib səbəbini soruşmuşdur. Zaur Məlikov müxtəlif bəhanələr gətirməklə pulu qısa müddətdə ödəyəcəyini söz vermişdir. 2022-ci ilin may ayının axırlarından noyabr ayınm əvvəllərinə kimi dəfələrlə ona zəng etməyimə baxmayaraq pulunu ödəməkdən yayınmışdır. Zururun onu aldatdığını görüb hüquq hühafizə orqanlarına o cümlədən Cəlilabad rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Cəlilabad rayon Polis İdarəsinə ünvanlandığı ərizə ilə əlaqədar həmin idarənin X12 tədqiqatçısı İlkin İsmayılov onu bölməyə dəvət edərək izahat almışdır. Polis şöbəsində Zaur Məlikovla telefonla danışarkən sonuncu bildirmişdir ki, onun pulunun 1000 manatını xx.xx.2023-cü il tarixdə, qalan məbləği isə 1 ay ərzində ödəyəcəkdir. Onun telefonda bu dedikləri təhqiqatçı tərəfindnə rəsmiləşdirərək arayış tərtib olunmuşdur. Buna baxmayaraq Zaur Məlikov mənim pulum ödəməkdən bu günkü günə kimi yayınır. Bu səbəbdən də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Fərəcov Şakir onun qonşusudur, həmçinin o, özü X5 işçisi olmuşdur. Belə ki, Zaur sahələrdən kartof toplayarkən o, Zaur üçün fəhlə kimi işləmişdir. X19 Fərəcovdan da bir dəfə 100 kisə hər kisə 37,38 kr olmaqla kartof almışdır və həmin kartofları o özü maşına yükləmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X13 ifadəsində bildirmişdir ki, o, iddiaçı Şakir Fərəcovun həmkəndlisidir. O, özü də Zaur Məlikova öz sahəsindən becərdiyi kartofu satmışdır. Şakirin də Zaura kartof satdığının şahidi olmuşdur. Hal-hazırda Zaurun ona da kartofun pulundan 5300 manat borcu qalmışdır və Şakirin kartofunun 2700 manatını hələ də ödəməmişdir. İş materiallarında olan Cəlilabad Rayon Polis X6 təhqiqatçısı İlkin Süleymanovun 07 yanvar 2023-cü il tarixli qərarı ilə Cəlilabad rayonunun Söyüdlü kənd sakini X4 müraciətləri üzrə X11 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, “Göytəpə PB-də izahat verdiyi zaman Zaur Məlikov mobil telefonda təhqiqatçı ilə əlqə saxlayarkən ucadan bildirdi ki, ona həqiqətən 2700 (iki min yeddi yüz) manat pul borcludur və söz verdi ki, 10 yanvar 2023-cü ilədək həmin puldan ona 1000 (min) manat ödəyəcək və buna söz vermişdir.” İş materiallarında olan Cəlilabad Rayon Polis X6 təhqiqatçısı İlkin Süleymanov tərəfindən tərtib edilmiş 30 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, “Cəlilabad rayonun Söyüdlü kənd sakini X4 Azərbaycan Respublikası Dövlət orqanlarına çoxsaylı müraciətləri üzrə tərəfindən aparılan HK-1- 797 nömrəli materialın araşdırılması ilə əlaqədar Lənkəran rayonun Velədi kənd sakini X5 izahatını almaq məqsədi ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsi ilə həmin şəxslə əlaqə saxlayaraq, barəsində şikayət daxil olmasını bildirib onu izahat vermək üçün Cəlilabad RPŞ-nin Göytəpə PB-nə dəvət etmişdir. Lənkəran rayonun Velədi kənd sakini X11 telefonda danışıq zamanı bildirmişdir ki, onun haqqında Cəlilabad rayonun Kazımabad və digər kənd sakinlərinin kartof alqı-satqısı ilə əlaqədar əvəllər Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsində, daha sonra isə İstintaq Bölməsində bir neçə dəfə araşdırma aparılmış, bu araşdırmalarla əlaqədar dəfələrlə Göytəpə PB-də və Cəlilabad RPŞ-də çağırışa gəlmiş, izahatlar vermiş və araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanılması rədd edilmiş, hal-hazırda kartof alqı-satqısı ilə əlaqədar eyniməzmunlu şikayətlər üzrə Azərbaycan Respublikası Komerssiya məhkəməsində mülki işə baxılır və bununla əlaqədar vəkili ona bildirmişdir ki, heç bir çağırışa getməsin. Bundan əlavə, Cəlilabad rayonun Söyüdlü kənd sakini X9 ilə onun yanında X11 ilə telefon vasitəsi ilə danışaraq bildirmişdir ki, X3 nisiyə kartof məhsulu aldığına görə ona həqiqətən 2700 (iki min yeddi yüz) manat pul borcludur, həmin borcdan 10 yanvar 2023-cü ilədək 1000 (min) manatını qaytaracaq, qalan borcunun 1 ay ərzində ona tam ödəyəckdir.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs(varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında yaranmış münasibət borc müqaviləsi olmasa da, cavabdehin hüquqi əsası olmadan əsassız varlanması öz təsdiqini tapır. Belə ki, işin faktiki halları ilə cavabdeh X5 iddiaçı X1 məhsullarını alması və bunun əvəzində iddiaçıya 2700 manat pul ödənişini etməli olduğu öz təsdiqini tapmışdır. Belə halda cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə 2700 manat pul məbləğini iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı X9 tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 2700 manat və 50 manat dövlət rüsumu alınaraq iddiaçı X8 ödənilməlidir. Həmçinin iddianın tərtibinə görə iddiaçı tərəfindən cavabdehdən 100 manat məbləğində pul vəsaiti tələb edilsə də bununla əlaqədar məhkəməyə heç bir əsaslı sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 2700 (iki min yeddi yüz) manat və 50 (əlli) manat dövlət rüsumu alınaraq iddiaçı X8 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-956/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-956/2023
11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver