Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-963/2024 22.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X8 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurmuş ziyana görə 750 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus olan VAZ-21074 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə Ələt-Astara yolunun Lənkəran rayonun ərazisindən keçən 212-ci kilometrliyində Lənkəran rayonu, Səpnəkəran kəndində yaşayan X2 təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı ötrüş sahəsinə apararkən yola nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun qaranlıq hissəsindən asfalt örtüklü yola çıxarkən yolda öz hərəkət zolağında heyvan vurub. Nəticədə idarə etdiyi avtomaşına 750 manat dəyərində maddi ziyan dəymişdir. Hadisə yerinə həmin vaxt Daxili İşlər Nazirliyinin Yol Patrul Xidməti Alayının 11-ci tağımın əməkdaşları gəlmiş Cavabdeh barəsində 06 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin mütəxəssis dəvət edilmiş VAZ- 21074 markalı **-CV-*** dövlət qeydiyyat nişanlı maşına baxış keçirilmiş və maşına 750 manat maddi ziyan vurulması müəyyən edilmişdir. Beləliklə Cavabdeh 06 dekabr 2023-cü il tarixdə mal-qara ötürən zaman yol hərəkəti qaydalarını pozduğuna görə Lənkəran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-1761/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Məcəlləsinin 338.7-ci maddəsilə təqsirli bilinib 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-1761/2023 saylı qərarından görünür ki, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 dekabr 2023-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Ələt-Astara yolunun Lənkəran rayonun ərazisindən keçən 212-ci kilometrliyində Lənkəran rayonu, Səpnəkəran kəndində yaşayan X3 təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı örüş sahəsinə apararkən yolda nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun qaranlıq hissəsindən asfalt örtüklü yola çıxarkən yolda hərəkətdə olan Astara rayonu, Siyokü kənd sakini İddiaçı idarə etdiyi “Vaz 21074” markal **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə öz hərəkət zolağında heyvanı vurmuşdur. Bununla da, İddiaçı maddi ziyan vurmuşdur.Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Astara RPS-nin duracağında yerləşən VAZ- 21074 markalı **-CV-*** DQN-lı İddiaçı məxsus olan avtomaşına baxış keçirilib və müəyyən olunub ki, avtomobilə aşağıdakı məbləğlərdə ziyan dəymişdir: kapot qabaq 135 manat, krula sağ əzilib 20 manat, üst panel 85 manat, sıtka 80 manat, fara sağ 75 manat, radiotor 65 manat, dəmir işi 100 manat, rəng işi 200 manat- cəmi 750 manat. Astara rayon İHB-nın Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Astara rayonun Siyaku kəndində yaşayır. Məhkəmə Ekspertiza Mərkəzinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” Məlumatından görünür ki, 2(049)-963/2024 №-li mülki iş üzrə tərəfinizdən 17 aprel 2024-cü il tarixdə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının və yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: a) Məhkəmə vol-nəglivvat hadisələri ekspertizası üzrə: Yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrinin zədələnmiş hissələrinin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından. b) Məhkəmə-əmməşünaslıq ekspertizası üzrə: Qeyd edilən səbəblərə görə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddia tələbinə qiymət verərək, belə hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının tələbindən müəyyən olunur ki, o, cavabdehin təqsirli hərəkəti üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus nəqliyyat vasitəsinə cavabdeh tərəfindən vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin 21, 1096, 1097.1 və 1108-ci maddələridir. Belə ki, MM-nin 21-ci maddəsinə görə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-nin 1096-cı maddəsinə əsasən; 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı VAZ-21074 markalı **- CV-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə Ələt-Astara yolunun Lənkəran rayonun ərazisindən keçən 212-ci kilometrliyində Lənkəran rayonu, Səpnəkəran kəndində yaşayan X4 təsərrüfatına məxsus bir baş iribuynuzlu heyvanı ötrüş sahəsinə apararkən yola nəzarətsiz qoymuş, nəticədə həmin heyvan yolun qaranlıq hissəsindən asfalt örtüklü yola çıxarkən İddiaçı yolda öz hərəkət zolağında həmin heyvan vurmuşdur. Nəticədə idarə etdiyi avtomaşına 750 manat dəyərində maddi ziyan dəymişdir. Bu hadisə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(049)-1761/2023 nömrəli qərarında da öz əksini tapıb. X4 həmin qərar ilə Azərbaycan Respublikası İXM-nin 338.7ci maddəsilə təqsirli bilinib 150 manat məbləğində cərimə olunmuşdur. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübut etmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş ziyana görə Cavabdeh 750 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat pul alınaraq, İddiaçı ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş ziyana görə 750 manat və iddia qaldırılması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 780 (yeddi yüz səksən) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-963/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-963/2024
22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver