Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-969/2024 06.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8, cavabdeh "xxxx" X27 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" X28 Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər "xxxx" ASC və Lənkəran rayon 1 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" X28 Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 8İ-10587 saylı reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində X8 məhkəməyə ərizə verərək mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə qarışmış və cavabdehlər "xxxx" ASC və Lənkəran rayon 1 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair iddia irəli sürməklə, Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X8 tərəfindən verilmiş həmin ərizə və iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin icraatına qəbul edilərək X8 iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1978-ci il tarixdə Lənkəran rayonu, Şilavar kəndində anadan olmuşdur və hal-hazırda da həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Özü fərdi sahibkarlıqla məşğul olmaqla vergi orqanında qeydiyyatda olmuş, hazırda isə fəaliyyətini dayandırmışdır. O, xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-nin Lənkəran filialı ilə 19KL/11-2 nömrəli kredit müqaviləsi bağlayaraq bankdan 34000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin vaxt kredit götürərkən bank onunla ipoteka müqaviləsi bağlamış və qardaşı X8 ilə paylı mülkiyyətdə olan Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 115.9 kv.m olan qeyri-yaşayış binası olan mağazanı ipotekaya qoymuşlar. Həmin kredit müqaviləsi üzrə ödənişləri əvvəllər vaxtında etmiş, lakin sonradan dollar qalxdığı üçün maddi vəziyyətində problemlər yaranmış və o, kredit müqaviləsi üzrə ödənişləri ödəyə bilməmiş, nəticədə bank onu məhkəməyə vermişdir. Lənkəran rayon məhkəməsinin 10 may 2017-ci il tarixli 2(049)- 33/2017 saylı qətnaməsi ilə bankın iddia tələbi qismən təmin edilərək ondan və zaminlərdən müştərək qaydada 19965.57 ABŞ dolları məbləğində və 15751.46 ABŞ dolları məbləğində kredit borclarının tutularaq banka ödənilməsi qət edilmişdir. Həmin vaxtı qeyd olunan əmlakı ipoteka ilə yüklü edəndə bank tərəfindən həmin obyektə 36000 manat qiymət qoyulmuşdur. O, həmin qətnamədən apellyasiya şikayəti verdiyinə görə Şirvan Apellyasiya Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(106)- 195/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 115.9 kv.m olan qeyri-yaşayış binası olan mağazanın 25 fevral 2019-cu il tarixə bazar dəyəri 90000 manat müəyyən edilmişdir. Sonradan xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-nin Lənkəran filialı onunla 09KL/20 saylı kredit müqaviləsi bağlayaraq ona 50000 manat məbləğində kredit yazaraq həmin kredit məbləğini köhnə borca silmişdir. Həmin kredit müqaviləsi bağlayarkən bank qardaşı X8 ilə paylı mülkiyyətdə olan Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 115.9 kv.m olan qeyri-yaşayış binası olan mağazanı ipotekada saxlamışdır. Həmin kredit müqaviləsi üzrə ödənişləri əvvəllər vaxtında etmiş, lakin sonradan maddi vəziyyəti ilə bağlı problemlər yarandığı üçün kredit müqaviləsi üzrə ödənişləri ödəyə bilməmiş və onun hazırda 25193.00 manat əsas borc, 1344.50 manat faiz borcu, 9.38 manat dəbbə pulu olmaqla cəmi 26546.88 manat kredit borcum yaranmışdır. Yuxarıda qeyd etdiyi kimi qeyd olunan əmlakı ipoteka ilə yüklü edəndə bank tərəfindən həmin obyektə 36000 manat qiymət qoyulsa da, məhkəmənin qətnaməsi ilə 25 fevral 2019-cu il tarixə həmin əmlakın bazar dəyərini 90000 manat müəyyən edilmişdir. Hazırda bank Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X9 müraciət edərək qeyd olunan kredit borcu ilə əlaqədar icra qeydinin yazılaraq icraya yönəldilməsini xahiş etmişdir. Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X12 da xx.xx.2023-cü il tarixdə icra qeydi yazaraq icraya yönəltmiş, lakin həmin icra qeydində ipoteka qoyulan əmlak olan Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 115.9 kv.m olan qeyri-yaşayış binası olan mağazanın dəyərini qeyd etməmişdir. Ona görə də hazırda həmin icra qeydi üzrə icra işi aparan Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru həmin əmlakı hərraca çıxarmaq üçün "xxxx" MMC-yə sifariş məktubu ünvalamış və qeyd olunan əmlakın ilkin satış qiymətini 36000 manat qeyd etmişdir. Baxmayaraq ki, Şirvan Apellyasiya Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(106)-195/2019 saylı qətnaməsi ilə Lənkəran rayonu, Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 115.9 kv.m olan qeyriyaşayış binası olan mağazanın 25 fevral 2019-cu il tarixə bazar dəyərini 90000 manat müəyyən edilmişdir. Yuxarıda qeyd etdiyi faktlara və dəlillərə görə, eyni zamanda təqdim etdiyi sənədlərə görə hesab edir ki, Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 8İ-10587 saylı icra qeydi etibarsız edilməlidir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 öz iddia tələbini onunla əsaslandırmışdır ki, “X23” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı Hüseybala oğlu arasında 27 oktyabr 2011-ci il tarixdə əsas kredit müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında müxtəlif vaxtlarda əlavə kredit müqavilələri bağlanmış, həmçinin kredit müqaviləsi üzrə yeni ödəniş cədvəlləri təsdiq edilmişdir. Eyni zamanda alınmış kreditin təminatı kimi 27 oktyabr 2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X2 mülkiyyətində oian və Lənkəran rayonu Şilavar kəndində yerləşən 0.01288 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyriyaşayış binası ipoteka ilə Bankın xeyrin yüklü edilmişdir. Tərəflər arasında 30 may 2012ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən X2 mülkiyyətində olan və Lənkəran rayonu Şilavar kəndində yerləşən 0.12712 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi kreditin təminatı olaraq ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Borclu İddiaçı tərəfindən kredit öhdəliyi razılaşdırılmış qrafik üzrə ödənilmədiyindən bank tərəfidən kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Lənkəran Rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli, 2(049)- 33/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ipoteka predmeti olan Lənkəran rayonu, Şilavar kəndində yerləşə 0.01288 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının (mağazanın) ilkin satış qiyməti 46.000 manat müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 13 fevral 2018-ci il tarixli, 2(106)-172/2018 saylı qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi dəyişdirilərək Lənkəran rayonu, Şilavar kəndində yerləşə 0.01288 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış binasının (mağazanın) ilkin satış qiyməti 60.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli, 2(102)-4505/2018 saylı qərarı ilə cavabdehlərin kassasiya şikayəti qismən təmin edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(106)-195/2019 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X5, X8, X10, X16, X11 və üçüncü şəxs X15 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(049)- 33/2017 saylı qətnaməsi dəyişdirilmiş, ipoteka predmeti olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən qeyri-yaşayış binasının (**********34-06301 reyestr nömrəli) 25 fevral 2019-cu il tarixə bazar dəyəri 90.000 manat müəyyən edilmiş, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən fərdi yaşayış evinin (**********17-10301 reyestr nömrəli) 25 fevral 2019-cu il tarixə bazar dəyəri 135.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu ii tarixli, 2(102)-7073/2019 saylı Qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2019-cu il tarixli, 2(106)-195/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lənkəran rayon 1 saylı notariat ofisində 20 oktyabr 2020-ci il tarixdə "xxxx" ASC ilə X6, İddiaçı və X8 arasında sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən tərəfindən xx.xx.2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir. Lənkəran Rayon İcra və probasiya Şöbəsinin icra məmuru Vüsal Qasımov tərəfindən icra qeydi əsasında 10 avqust 2023-cü il tarixdə icraata başlmaq haqqıda qərar qəbul edilmişdir. Eyni zamanda tələbin könüllü icrası haqqında bildiriş İddiaçı göndərilmişdir. "xxxx" MMC tərəfindən göndərilmiş 004/24 nömrəli, xx.xx.2024-cü il tarixli hərrac bildirişdində ipoteka predmeti əmlaka dair 14 fevral 2024-cü i! tarixdə hərrac keçiriləcəyi, hərracın ilkin satış qiymətinin 36.000 manat olduğu göstərilmişdir. X8 tərəfindən müvafiq olaraq Hərrac Mərkəzinə ərizə ilə müraciət olunmuş, eyni zamanda icraçının hərəkətlərindən məhkəməyə şikayət verilərək göstərilərmişdir ki, ilkin satış qiymətinin haradan və necə müəyyən edilməsi aydın deyil. İpoteka haqqında AR Qanunun tələblərinə əsasən ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməlidir. Hazırki mübahisə üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ipoteka predmetinin həmin tarixə ilkin satış qiyməti 90.000 manat müəyyən edilmişdir. Göründüyü kimi ipoteka predmetinin 2019-cu il tarixə ilkin satış qiyməti 90.000 manat müəyyən edilmiş, həmin müddətdən beş il keçmişdir. Daşınmaz əmlak bazarında qiymətlərin bu müddət ərzində xeyli artdığını nəzərə alaraq hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətində artım olmuş, nəyiki həmin qiymət 36.000 manata enmişdir. Bu baxımdan qeyd edilən formada hərracın təşkil edilməsi qanuni olmamaqla, ipoteka qoyanların mənafeyinə də uyğun deyildir. Bu əsasla ipoteka predmetinə tələbin yönəldilməsi ilə bağlı icra məmurunun hərəkətləri qanunsuz hesab edilməli, ipoteka predmetinin hazırkı tarixə ilkin satış qiyməti müəyyən edilməklə hərracın keçirilməsi təşkil olunmalıdır. İddiaçı hazırki iddia ərizəsi ilə 20 oktyabr 2020-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş icra qeydinin etibarsızığırıı məhkəmə qaydasında tələb edir. İddiaçı hesab edir ki, onun tələbi əsaslıdır və təmin olunmalıdır. İş üzrə cavabdeh "xxxx" ASC iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 iddiasına qarşı məhkəməyə ünvanladığı etirazda göstərmişdir ki, "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2020-ci il tarixli 09KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 09KL/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə xx.xx.2023-cü il tarixinədək illik 17% ödəmək şərtilə, 29947 (iyirmi doqquz min doqquz yüz qırx yeddi) AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində, ipoteka saxlayan "xxxx" KB ASC ilə Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 09İCLİ/20 saylı, 3M-601 reyestr nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən X2 və X4 paylı mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binası olan mağaza ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində **********34-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ’’Unibank KB” ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, ipotekada qalmaq şərti ilə daşınmaz əmlakın X3 məxsus olan (tikilialtı sahə 0.00506 ha, ümumi sahə 45.4 kv.m) hissəsinin İddiaçı adına özgəninkiləşdirilməsinə razılıq verilmişdir. AR ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, paylı mülkiyyətdə olan həmin fərdi yaşayış evinin X3 məxsus olan hissasi-0.00506 ha torpaq sahəsi və 45.4 kv.m tikili Lənkəran rayon 1 saylı Notariat ofisində bağlanılmış 4Ə-758 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı adına keçmişdir. Həmin alqı-satqı müqaviləsinə və ’’Unibank KB” ASC-nin xx.xx.2021-ci il tarixli məktubuna əsasən mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı aparılaraq X8 və İddiaçı adına paylı mülkiyyətdə olmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış və texniki pasport hazırlanmışdır. Qeydiyyat aparılan zaman xx.xx.2020-ci il tarixli 09KL/20 saylı kredit müqaviləsinə və sonrakı ipoteka müqaviləsinə əsasən, sözügedən daşınmaz əmlak Milli Qeydiyyat Sistemində yüklü edilmişdir.Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafika uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu İddiaçı xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən 09KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 25193 AZN, faiz borcu üzrə 1344,50 AZN, cərimə borcu üzrə 9,38 AZN, cəmi 26546,88 AZN borcu yaranmışdır. Odur ki, xx.xx.2023-cü il tarixində ipoteka qoyan X8 və İddiaçı qeydiyyatda olduğu ünvanına ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə bildiriş, borcalan İddiaçı qeydiyyatda olduğu ünvanına isə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixində isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-yə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ilə müraciət olunmuş və bildiriş qeydə alınmışdır. İddiaçıya bildiriş xx.xx.2023-cü il tarixində göndərilmiş və 5 gün keçdikdən sonra-xx.xx.2023-cti il tarixində təqdim olunmuş sayıbmışdır. Yəni iddiaçı hamin tarixdən etibarən 21 gün ərzində bildirişi məhkəmədə mübahisələndirə bilərdi. Buna baxmayaraq o 21 gün ərzində bildirişdən məhkəməyə şikayət etməmiş və 'icra qeydi aparılmışdır. Bundan başqa, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ipoteka predmeti olan əmlakın hərracdakı ilkin satış qiyməti ilə razı deyildir. Bununla əlaqədar olaraq ilk növbədə onu qeyd edək ki, icra qeydində tələbin ipoteka predmetinə yönəldilməsi qeyd olunur, əmlakın ilkin satış qiyməti ümumiyyətlə icra qeydlərində göstərilmir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü maddəsinə əsasən ipoteka prcdmeti olan əmlak tərəflərin qarşılıqlı razılığı əsasında 36 000 manat qiymətləndirilmişdir. Bu səbəbdən də iddiaçının qeyd etdiyi halın heç bir hüquqi əsası mövcud deyil və icra qeydinin ləğvi üçün əsas ola bilməz. Borcun mübahisəsizliyini təsdiq edən sənədlər müvafiq notariat orqanına təqdim edilmişdir. İddiaçının (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin) ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı tələbinə gəldikdə isə qeyd etmək istəyirik ki, iddiaçı ipoteka müqaviləsinin etibarsız sayılmasını tələb etmək üçün qanunla nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Belə ki, mübahisələndirilən ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində bağlanmışdır. Həmin tarixdən isə 4 ilə yaxın vaxt keçmişdir. İddiaçı Cavabdehna və üçüncü şəxs "xxxx" ASC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdehna və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız sayılması və icra qeydinin ləğvi tələbi üzrə 2(049)-969/2024 saylı mülki iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X8 da iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" X28 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəməyə ünvanlanmış etirazın dəlillərinə uyğun məzmunlu çıxış edərək hər iki iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi X17 iddia tələblərini etiraf etməyərək, hər iki iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi X17 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, X8 və İddiaçı ilə birlikdə "xxxx" X28 Səhmdar Cəmiyyəti ilə xx.xx.2020-ci il tarixdə sonrakı ipoteka müqaviləsi bağlamışlar. İpoteka predmeti olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən qeyri-yaşayış binasının (**********34-06301 reyestr nömrəli) ilkin satış qiyməti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 90.000 manat müəyyən edildiyi halda, bankın nümayəndəsi onları aldatmış, bağladıqları müqavilədə həmin ipoteka predmetinin 36000 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəsatəti əsasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, "xxxx" X28 Səhmdar Cəmiyyətinin Lənkəran filialında Korprativ kreditlər üzrə qrup rəhbəri vəzifəsində çalışır. xx.xx.2020-ci il tarixdə sonrakı ipoteka müqaviləsinin şərtləri "xxxx" X28 Səhmdar Cəmiyyəti ilə X5, X8 və İddiaçı arasında razılaşdırılmış, o isə notariat ofisində müqaviləsinin təsdiq edilməsi üçün bankıdan adından səlahiyyətli nümayəndə kimi iştirak etmişdir. Müqavilənin onunla deyil, bankın baş ofisinin hüquq şöbəsinin əməkdaşları ilə ipoteka qoyanlar arasında razılaşdırılmışdır. O, nə ipoteka predmetinin ilkin satış qiyməti, nə də müqavilənin digər müddəaları ilə bağlı ipoteka qoyanlarla heç bir danışıq aparmamış, heç kəsi aldatmamış, ipoteka saxlayanla ipoteka qoyanlar arasında razılaşdırılmış müqaviləni ipoteka saxlayanın adından təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən aparılmış 23 iyun 2023-cü il tarixli 8İ-1 reyestr nömrəli icra qeydinə əsasən, ipoteka saxlayan – "xxxx" X27 Səhmdar Cəmiyyətinin tələbi ilə ipoteka qoyan İddiaçı və X4 paylı mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binası olan mağaza ünvanında yerləşən əmlaka tutma yönəldilmişdir. (Öhdəliyi müəyyən edən 3M-601 müqaviləyə əsasən müddət üçün vaxtında ödəniİməmiş 25193.00 AZN əsas borc, 1344.50 AZN faiz borcu, 9.38 AZN dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 26546.88 AZN təşkil edir.) Həmin icra qeydi xx.xx.2023-cü il tarixdə aparılmışdır. "xxxx" KB ASC ilə borclu İddiaçı arasında xx.xx.2020-ci il tarixli 09KL/20 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2020- ci il tarixli 09KL/20-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, borcalana 36 ay müddətinə xx.xx.2023-cü il tarixinədək illik 17% ödəmək şərtilə, 29947 (iyirmi doqquz min doqquz yüz qırx yeddi) AZN məbləğində kredit verilmişdir. İpoteka saxlayan "xxxx" KB ASC ilə Lənkəran rayonu 1 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 09KLİ/20 saylı, 3M-601 reyestr nömrəli sonrakı ipoteka müqaviləsindən görünür ki, X2 və X4 paylı mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binası olan mağaza ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışdan görünür ki, Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binası olan mağaza "xxxx" ASC-nin xeyrinə yüklülüyü **********34-06301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcluya borc 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydi aparılacağı diqqətə çatdırılmışdır. "xxxx" ASC tərəfindən X8 və İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli “Hərracda satılması ilə bağlı ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı və X4 paylı mülkiyyətində olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binası olan mağazaya notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi üçün prosedura başlanacağı bildirilmişdir. Müvafiq poçt sənədlərinin surətlərindən görünür ki, həmin bildiriş X8 və İddiaçı çatdırılmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia verilməsindən ötrü 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, X8 tərəfindən məhkəmədə iddia verilməsindən ötrü 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddiaçının və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi rədd edilməlidir. Məhkəmə nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik aktlarına diqqət yetirməyi zəruri hesab edir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 76. İcra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. M a d d ə 7 7 . İcra qeydlərinin məzmunu İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkar fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 3) borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖEN-i; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə); 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 36. İpoteka predmetinə tutmanın yönəldilməsi qaydası 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 37. İpoteka predmetinə tutmanın yönəldilməsi zamanı məhkəmə müdafiə tədbirləri 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. Maddə 38. İcra qeydi əsasında ipoteka predmetinə tutmanın yönəldilməsi 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir.
162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”
1. Pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli; 1-1. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həm İddiaçı, həm də iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 8İ-10587 saylı reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsini xahiş edirlər. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 iddia tələbində həmçinin Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilənin etibarsız hesab edilməsini də irəli sürmüşdür. İcra qeydinin etibarsızlığına (ləğvinə münasibətdə) iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbində ona istinad edirlər ki, notarius tərəfindən icra qeydi verilərkən ipoteka predmeti olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən 0.01288 ha torpaq sahəsinin üzərində yerləşən 115.9 kv.m sahədən ibarət qeyri-yaşayış binasının Şirvan Apellyasiya Məhkəməsinin 28 iyun 2019-cu il tarixli 2(106)-195/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiyməti - 90000 manat qeyd edilməli idi. Lakin notarius tərəfindən icra qeydində ipoteka predmetinin qiyməti göstərilməmişdir. Bundan başqa, iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X8 isə iddia edir ki, Lənkəran rayon 1 saylı notariat ofisində bağlanmış 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilə ona görə etibarsız hesab edilməlidir ki, müqavilə bağlayarkən ipotekaqoyan olaraq o və X5 və İddiaçı ipotekasaxlayan - "xxxx" ASC-nin nümayəndəsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinə münasibətdə aldadılmışlar. Cavabdehlər isə iddia tələblərini qəbul etməyərək icra qeydinin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edildiyini və 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilənin isə tərəflərin sərbəst iradə ifadələrini əks etdirdiyini, etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas olmadığını bildirərək iddia tələblərinin rədd edilməsini xahiş etmişlər. İcra qeydi ilə bağlı yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işə tətbiq etdikdə məhkəmə qeyd edir ki, Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən tərtib edilmiş 23 iyun 2023-cü il tarixli 8İ-10587 saylı reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün heç bir hüquq əsas mövcud deyildir. Belə ki, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs Gülağa Hüseynov icra qeydində ipoteka predmeti olan əmlakının satış qiymətininin göstərilməməsini əsasə gətirərək həmin icra qeydinin ləğv edilməsini xahiş etsələr də, Notariat haqqında” Azərbaycan Respublikası Qanununun “İcra qeydlərinin məzmunu” adlanan 77-ci maddəsində icra qeydlərinin özündə əks etdirməli olduğu məlumatlar sırasına tutma yönəldilən ipoteka predmetinin ilkin satış qiymətinin göstərilməsi nəzərdə tutulmamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilənin tərəfləri müqavilə bağlayan zaman öz iradə ifadələrini əks etdirmişlər. Bu zaman onların məqsədi hər hansı hüquqdan sui-istifadə ilə bağlı olmamışdır. İradə sərbəstliyi prinsipi ilə bağlı qeyd olunmalıdır ki, əqdin başlıca əlamətlərindən biri iradə ifadəsidir. Əqdlər həmişə iradəvi olmalıdır. İnsanın daxili iradəsi və iradənin zahiri ifadəsi fərqləndirilir. İradə - insanın müəyyən hüquqi nəticəyə nail olmağa yönələn daxili arzusu, niyyətidir. İradə ifadəsi - iradənin xarici təzahürüdür. İradə ifadəsi subyektin daxili iradəsinə uyğun olmadıqda, əqd zorakılıq və ya hədə təsiri altında bağlanmış müqavilə kimi etibarsız hesab oluna bilər və heç bir hüquqi nəticə törətmir. Əqdin etibarsızlığının hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsidir. Həmin normada qeyd olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 14-cü fəslində əqdlərin etibarsızlığından bəhs edilir və hansı hallarda bunun mümkün olması təsbit edilmişdir. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı (MM 339), uydurma və yalan əqdlərin etibarsızlığı (MM 340), qeyri-ciddi əqdin etibarsızlığı (MM 341), Fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 342), Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 343), on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 344), on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı (MM 345), öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı (MM 346), vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı (MM 347). Məhkəmə qeyd edir ki, iddia tələbinin dəlilləri yuxarıda göstərilən normalar üzrə təhlil edilən zaman aşkar edilir ki, mübahisələndirilən sonrakı ipoteka haqqında müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Çünki etibarsız hesab etmə üçün hər hansı hal baş verməmişdir. İddiaçı tələbin əsasları kimi mötəbər sübutlar təqdim etməmişdir ki, əqdin etibarsız hesab edilməsi nəticəsinə gəlinsin. Məhkəmə araşdırması zamanı 3M-601 nömrəli, 20 oktyabr 2020-ci il tarixli sonrakı ipoteka haqqında müqavilənin qanunvericiliyin tələblərinə müvafiq qaydada bağlandığı müəyyən edilmiş, həmin müqavilənin etibarsızlığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və buna dair müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar,təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə subutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" X28 Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər "xxxx" ASC və Lənkəran rayon 1 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair iddia tələbləri iddiaçı və onun tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs tərəfindən iddianın əsaslılığını təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən rədd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçı və üçüncü şəxsə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddiaçı cavabdeh Lənkəran rayon 1 saylı Notariat Ofisi və müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" X28 Səhmdar Cəmiyyətinə qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər "xxxx" ASC və Lənkəran rayon 1 saylı Notariat Ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğvi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı və iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nicat Ağabəyov