Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-97/2024 15.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X2 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə 15 yanvar 2024-cü il tarixdə, Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİR HİSSƏ İddiaçı cavabdeh X1 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 450 manat zərərin əvəzinin və dövlət rüsumu olaraq ödənilmiş 30 manat dəymiş zərərin əvəzinin ödənilməsiun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehin adı “Raid” deyil, “Rahid”dir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə saat 04- 05 radələrində Bakı şəhəri, Suraxani rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi 117 V saylı binanın qarşısında yerləşən ona məxsus “Məhəllə” marketin yan tərəfində olan HOFFMAN markalı kondisionerin çöl blokunu oğurlamış və ona 450 manat məbləğində ziyan vurmuşdur. O, oğurluqdan dərhal sonra ərazidə olan 33-cü polis bölməsinə ərizə ilə müraciət etmiş və üç aydan artıq vaxt keçdikdən sonra oğru Cavabdeh xx.xx.2022-ci il tarixdə əlləri qandallı vəziyyətdə Suraxani Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə prosesində cavabdeh törətdiyi əməli etiraf edərək bir ay müddətində ona vurduğu 450 manat məbləğində zərəri ödəyəcəyini söz vermiş və mobil nömrəsini ona verərək onunla əlaqə saxlayacağına bildirmişdir. Təxminən 3 ay telefonla danışdıqdan sonra cavabdeh telefon zənglərinə cavab verməmiş və əlaqələri kəsilmişdir. Məhkəmə iclasında İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, cavabdеh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(010)- 3785/2022 saylı qərarından görünür ki, Cavabdeh İddiaçı 450 manat məbləğində zərər vurduğuna görə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmiş və onu inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh xx.xx.2022-ci il tarixdə saat 04-05 radələrində Bakı şəhəri, Suraxani rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi 117 V saylı binanın qarşısında yerləşən “Məhəllə” marketin yan tərəfində İddiaçı məxsus HOFFMAN markalı kondisionerin çöl blokunu oğurlayaraq ona 450 manat məbləğində ziyan vurmuş və nəticədə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(010)- 3785/2022 saylı qərarı ilə onun İXM-nin 227 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia əsaslı olaraq təmin edilməli və Cavabdeh maddi zərərin əvəzi olaraq 450 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və sonuncudan alınaraq iddiaçıya verilməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 450 manat və 30 manat məbləğində dövlət rüsumu, cəmi 480 (dörd yüz səksən) manat alınaraq, İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2(049)-97/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-97/2024
15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver