Məhkəmə qərarları › İş №2(050)-1017/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1017/2024

24.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1017/2024 24.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 (üç min yeddi yüz) manat pul məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 57 manat dövlət rüsumunun, ümumilikdə 3757 manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə aralarında olan hüquq münasibətinə əsasən ona məxsus avtonəqliyyat vasitəsilə yükdaşıma fəaliyyəti göstərərkən daşınan yükün müqabilində ona çatası pul məbləğlərini müxtəlif şəxslərdən onun xəbəri olmadan alaraq öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Etibarından suiistifadə edərək dələduzluq yolu ilə ona başqa-başqa şəxslərdən çatası 5600 manat pulu mənimsəyərək ona ziyan vurmuş cavabdeh bu hüquqazidd hərəkəti aşkara çıxdıqdan sonra pulu tezliklə qaytaracağını bildirərək, qısa zaman üçün vaxt verilməsini xahiş etmişdir. Həmin vaxtdan indiyədək ona cəmi 1900 manat pul qaytarmışdır (xx.xx.2023-cü il tarixdə, ona məxsus bank kartına ödəniş etməklə) və 3700 manat borcu qalmışdır. Dəfələrlə cavabdehə xəbərdarlıqlar etsə də, qalıq məbləği ödəməkdən qərəzli olaraq boyun qaçırmış və hər dəfədə müxtəlif yalan vədlər verməklə mənimsədiyi pulu qaytarmaqdan yayınmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehə yazılı Bildiriş göndərərək xəbərdarlıq etmişdir. Bildirmişdir ki, etibarından sui-istifadə edərək mənimsədiyi pul məbləğindən qalıq məbləği 7 (yeddi) qün müddətində qaytarmadığı təqdirdə yol verdiyi hüquqazidd hərəkət barədə hüquq mühafizə orqanlarına şikayət edəcək və qalıq pul məbləğinin alınması barədə müvafiq məhkəmədə iddia tələbi irəli sürəcəkdir. Buna baxmayaraq cavabdeh öz hüzuqazidd hərəkətlərinə davam etməkdədir. Məhz bu səbəbdən də iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh borcun qaytarılması barədə bildiriş göndərilmişdir. İş materiallarında olan 18 oktyabr 2020-ci il tarixli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında Etibarnamədən görünür ki, İddiaçı DAF FTXF 105.460 YÜK markalı, ** TM *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixinədək Cavabdeh idarə etmək üçün etibar etmişdir. İş materiallarında olan AD N 536789 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, ** TM *** dövlət qeydiyyat nömrəli, DAF FTXF 105.460 YÜK markalı avtomobilin sahibi İddiaçıdur. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə məhkəmə hesab edir ki, Cavabdeh 3700 (üç min yeddi yüz) manat pul məbləğini əsassız əldə etdiyi üçün həmin pul və iddia ərizəsi üçün ödənilmiş 57 manat dövlət rüsumu, ümumilikdə 3757 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 3700 (üç min yeddi yüz) manat maddi ziyan məbləği və 57 (əlli yeddi) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3700 (üç min yeddi yüz) manat maddi ziyan məbləği və 57 (əlli yeddi) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar