Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1023/2025 10.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin geri qaytarılması tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı özünə məxsus 1994-cü il buraxılışlı, "BMW 318" minik markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh satmış, Cavabdeh avtomobilin razılaşdırılmış qiymətinin bir hissəsini ödəsə də, 3100 manat hissəsi ödənilməmiş olaraq qalmışdır. İddiaçının cavabdeh qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. İddiaçının xüsusi mülkiyyətində olan 1994-cü il buraxılışlı, "BMW 318" minik markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh sahibliyində və istifadəsində olsa da, avtomobilin razılaşdırılmış dəyərini ödəməkdən yayınmışdır. Cavabdehin onu aldadaraq, pulunu ələ keçirməsi barədə Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə müraciət etsə də, mübahisənin mülki xarakterli olduğu bildirilərək, məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İddiaçının tələbi: Cavabdeh X2 1994-cü il buraxılışlı, "BMW 318" minik markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin, avtomobilin geri qaytarılması mümkün olmadıqda isə 3100 manat məbləğində borcun, məhkəməyə müraciət üçün ödənilmiş 51 manat dövlət rüsumunun əvəzinin, hüquqi yardıma görə ödənilmiş 150 manat rüsumun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh onun qonşusudur və maşını satmağını eşidib ona maşını almaq istədiyini bildirmişdir. Aralarındakı razılığa əsasən avtomobili 6500 manata qeyri-rəsmi alqı-satqı etmişlər. Şifahi razılaşmalarına əsasən hər ayın 1-i cavabdeh 400 manat pul ödəməli idi. Avtomobili cavabdehə ümumi etibarnamə əsasında xx.xx.2023-cü ildə vermişdir. xx.xx.2024-cü ildə isə etibarnaməni Niyaməddinin borcunu ödəmədiyinə görə ləğv etdirmişdir. Cavabdeh tərəfindən ona ümumilikdə 3400 manat ödəniş edilmiş, 3100 manat borc qalmışdır. Cavabdeh borcunu ödəmədiyindən etibarnaməni ləğv etdirmiş və avtomobili geri tələb etmişdir. Lakin cavabdeh nə borcundan ödəniş etmiş, nə də ki, maşını geri qaytarmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Avtomobili 6500 manata razılaşmaqla ümumi etibarnamə əsasında almış, 3400 manat ödəniş etmiş, 3100 manat borcu qalmışdır. Hazırda avtomobili satmışdır. İş materiallarına əlavə edilmiş sənədlər: Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, 1994-cü il buraxılışlı, "BMW 318" minik markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüquqları üzrə İddiaçı məxsusdur. Elektron notariat X1 Çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli 1994-cü il buraxılışlı, "BMW 318" minik markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən ləğv edilmişdir. xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 1994-cü il buraxılışlı, "BMW 318" minik markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması, geri qaytarılmadığı halda isə 3100 mana pulun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 1 ədəd DVD diskdə olan video görüntüdən görünür ki, Cavabdeh İddiaçı ilə 6500 manata avtomobili alqı-satqı etməyə razılaşmışlar. Cavabdeh 1000 manat ilkin ödəniş etmiş, qalan pulu hər ayın biri 400 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, A İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 52 manat dövlət rüsumu ödənilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, A İddiaçı tərəfindən hüquqi yardıma görə 90 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müəyyən olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, tərəflər arasında 1994-cü il buraxılışlı, "BMW 318" minik markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair şifahi razılaşma olmuş, avtomobilin alqı-satqı qiyməti 6500 manat məbləğində razılaşdırılmışdır. Cavabdeh avtomobilə görə 3400 manat ödəniş edilmiş, 3100 manat borcu qalmışdır. Bu hal məhkəmə iclasında cavabdeh tərəfindən verilmiş izahatla da təsdiqini tapmışdır. Hazırda iş materialları ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli etibarnamə xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən ləğv edilmişdir və avtomobil mülkiyyət hüquqları ilə İddiaçı məxsusdur. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi avtomobilin qanunsuz sahiblikdən geri qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, 1994-cü il buraxılışlı, "BMW 318" minik markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçıya geri qaytarıldıqdan sonra Cavabdeh İddiaçı qarşı 3400 manat məbləğində pulun geri qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunur. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51 manat məbləğində pul vəsaiti və və 90 manat hüquqi yardıma görə xərc Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən hüquqi yardıma görə 150 manat xərcin çəkilməsi və həmin məbləğin cavabdehdən tutulması tələb edilsə də, iş materiallarında olan sübutlarla hüquqi yardıma görə çəkilmiş xərclər yalnız 90 manat həcmində sübuta yetirilmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. 1994-cü il buraxılışlı, "BMW 318" minik markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq, İddiaçı verilsin. Ödənilmiş 51 manat dövlət rüsumu və 90 manat hüquqi yardıma görə xərc Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-1023/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1023/2025
10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver