Məhkəmə qərarları › İş №2(050)-1068/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1068/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1068/2024 10.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2016-cı il tarixli şifahi müqavilə əsasında Cavabdeh verdiyi 2000 (iki min) ABŞ dolları, dəymiş zərərə görə 1000 (bir min) manat, əldən çıxmış faydaya görə 500 (beş yüz) manat, məhkəmə rüsumu 69 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əvvəllər tanıdığı Masallı rayon Kosakül kand sakini Cavabdeh 2016-ci il tarixində onunla görüşüb bildirdi ki, ona iş qurmaq üçün təcili pula ehtiyacı vardır və ondan xahiş etdi ki, 4 ay müddətində qaytarmaq şərtilə 5000 (beş min) dollar borc pul versin. O, Cavabdeh 5000 (beş min) ABŞ dollar 4 aya qaytarmaq şərti ilə vermişdir. Lakin ötən müddət ərzində Cavabdeh arasında bağlanmış şifahi müqavilədə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ondan aldığı 5000 (beş min) dollardan 2018-ci ildə 2500 (iki min beş yüz) ABŞ dollarını, 2023-cü ilin mart ayında 500 (beş yüz) ABŞ dollarını qaytarsada, qalan 2000 (iki min) ABŞ dollarını qaytarmamışdır. Dəfələrlə Cavabdeh 2000 (iki min) ABŞ dolları qaytarmasını tələb etsə də qaytarmamışdır. O, bir neçə il Balakən rayonundan Cavabdeh yaşadığı Masallı rayonuna gedərək 2000 (iki min) ABŞ dolları qaytarmasını tələb etmişdir. İki dəfə əlyazması ilə çoxlu sayda şifahi olaraq yaxın vaxtlarda 2000 (iki min) dolları qaytaracağını öhdəsinə götürsə də götürdüyü öhdəliyi yerinə yetirməyərək müxtəlif bəhanələrlə onun pulunu qaytarmaqdan yayınmışdır. Bu barədə Masallı rayon Polis şöbəsinə müraciət etmişdir. Masallı rayon Polis şöbəsində Cavabdeh ona borclu olduğunu etiraf etmişdir. Masallı rayon Polis şöbəsi mülki qaydada məhkəməyə müraciət etməyini bildirmişdir. Bir neçə il Cavabdeh ünvanına getdiyi üçün yolxərci xərcləmişdir. Cavabdeh yol xərcinə görə ona 1000 (bir min) manat maddi zərər vurmuş, bundan əlavə 2000 (iki min) dolları aralarında sövdələşdikləri vaxta vermədiyi üçün 2000 (iki min) dollardan vaxtında faydalana bilməmişdir. Ona görə əldən çıxmış fayda kimi 500 (beş yüz) manat tələb edir. Odur ki, Cavabdeh verdiyi məbləğdən qalan 2000 (iki min) ABŞ dolları, dəymiş zərərə görə 1000 (bir min) manatı, əldən çıxmış faydaya görə 500 (beş yüz) manatın alınması barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianın qismən qəbul edərək bildirdi ki, hazırda iddiaçıya 2000 ABŞ dolları məbləğində borcu vardır. Həmin borcu hissəhissə olmaqla iddiaçıya qaytaracaqdır. Həmçinin, əldən çıxmış fayda olaraq iddiaçıya 500 manat ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 07 mart 2020-ci il tarixli əlyazma müqavilənin məzmunundan görünür ki, Cavabdeh dostu İddiaçı iki il əvvəl 5000 (beş min) ABŞ dolları pul almışdır. Bu ilin (2020) iyun, iyul, avqust aylarında hər ay üçün 3000 (üç min) manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əlyazma müqavilənin məzmunundan görünür ki, Cavabdeh dostu İddiaçı aldığı 5000 (beş min) ABŞ dolları puldan 2500 (iki min beş yüz) ABŞ dollarını ödəmişdir. Qalan 2500 (iki min beş yüz) ABŞ dolları 2023-cü ilin aprel ayının 15-nə qədər ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddianın 500 (beş) manat əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd olunmalıdır ki, tərəflər arasında öz razılıqları əsasında kredit müqaviləsi bağlanmış və iddiaçı hər hansı əlavə şərt qoymadan qeyd olunan məbləği cavabdehə vermişdir. Mülki Məcəllənin 443.4-cü maddəsində qeyd edilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçı bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh iddianı qismən qəbul edərək, iddiaçıya iddia üzrə əldən çıxmış faydaya görə 500 manat ödəməyi məhkəmə iclasında vermiş olduğu izahatla təsdiq etmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməlidir. Bundan əlavə iddiaçı hazırkı iddia ərizəsində cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilməsi tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 1000 mant zərərlə bağlı sübut təqdim edilmədiyi və bu hal müəyyən edilmədiyindən iddia 1000 manat dəymiş zərər tələbi hissədə təmin edilməməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia qismən təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2000 ABŞ dolları (ödəmə günü azərbaycan respublikası məzənnəsi ilə) məbləğində pul borc, 500 manat məbləğində əldən çıxmış fayda və ödənilmiş 69 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2000 ABŞ dolları (ödəmə günü Azərbaycan Respublikası məzənnəsi ilə) məbləğində pul, 500 manat məbləğində əldən çıxmış fayda və ödənilmiş 69 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar