Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1090/2024 22.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclas katibi X5, İddiaçılar İddiaçı1, X2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, X2 Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara borclu olduğu 700 (yeddi yüz) manat məbləğində pulun, 30 manat ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni İddiaçı1 Masallı rayon Xanalyan kəndində qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Cavabdeh usta kimi tanımışdır. Bir neçə dəfə onun evində ustalıq etmişdir. Evində usta işləyərkən onunla münasibətləri genişlənmişdir. Cavabdeh ona zəng vuraraq ona 500-600 manat borca pul verməyini xahiş etmişdir. O, cavabdehə bildirmişdir ki, onun pulu yoxdur, evində 1000 manat pul var, o da gəlininin bilet pulusudur. Həmin vaxt o, Bakı şəhərində olmuşdur. Cavabdeh həmin vaxt evinin yanında küçədə olmuş, evdə olan yoldaşını çağıraraq evindəki 1000 manat pulu guya onun razılığı ilə verməyini xahiş etmişdir. X8 evdəki pulu Cavabdeh vermişdir. O, bu barədə Cavabdeh soruşduqda dedi narahat olma 2-3 günə qaytaracaqdır. Dediyi vaxt gəlib çatdıqda özü ona zəng vuraraq pulunu düzəldə bilmədiyini, tez bir zamanda qaytaracağını bildirdi. Üzərindən bir müddət keçdikdən sonra Azərdən pulunu istədikdə pulunun olmadığını, nə vaxt olsa verəcəyini bildirmişdir. O, cavabdeh barəsində Boradigah Polis bölməsinə şikayət etmişdir. Onları bölməyə çağırmışlar, həmin vaxt Azər ona 300 manat pul vermiş, 700 manatı da tez bir zamanda qaytaracağını bildirmişdir. Şikayəti mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçılar İddiaçı1 və X6 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qəbul edir. Həmçinin, iddiaçılara borclu olduğu 700 manat məbləğində pulu 15 iyul 2024-cü ildək ödəyəcəkdir. Odur ki, iddianın təmin ediləsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş 15 fevral 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Materialın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Qəbul edilmiş qərarın surəti tərəflərə göndərilməklə qəbul edilmiş qərardan narazı olduğu halda prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması ona izah edilməsi, İddiaçı1 Cavabdeh ilə arasında olan mülki xarakterli mübahisələrlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, Qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən Masallı rayon Prokuroruna göndərilməsi, Material saxlanılması üçün Masallı RPŞ-nin Boradigah PB-nin arxivinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən cavabdehin borclu qaldığı pulu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Məhkəmə tərəflərin izahatlarını müqayisəli təhlil edərək işin mübahisəsiz halları kimi onu müəyyən edir ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, cavabdeh ilk olaraq iddiaçılardan 1000 manat məbləğində pul almış, daha sonra bocun 300 manat hissəsini iddiaçılara qaytarmışdır. Lakin qalıq qalmış 700 manat pul məbləğini iddiaçılara ödəməmişdir. İddiaçılar hazırda cavabdehdən 700 manat mənləğində borc məbləğinin tutularaq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə məhkəmədə ərizə təqdim edərək iddiaçılara 700 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən yekun olaraq 700 manat məbləğində pulu borc olaraq cavabdehə verilməsi və cavabdeh tərəfindən ümumilikdə iddiaçılara ******* manat ödəniş edilməsi mülki işin mübahisəsiz halı olduğundan, hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından alınmış pulun tam şəkildə geri qaytarılmış olmasını sübut etmək vəzifəsini cavabdeh daşıyır. Cavabdeh məhkəmə iclasında iddiaya dair münasibət bildirərək iddiaçılara 700 manat məbləğində borcunun qaldğını etiraf etmişdir. Həmçinin, Masallı RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X9 tərəfindən qəbul edilmiş 15 fevral 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh polis şöbəsində verdiyi izahatında iddiaçılara 700 manat borcunun olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və X3 verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1090/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1090/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver