Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1111/2023 18.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı X1, Cavabdeh iştirakları ilə. İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X4 Cavabdeh 1920 manat borc pulun və 40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsini tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayon, Kolatan kənd sakini Cavabdeh ona müaricət edərək ondan bir il müddətinə qaytarmaq şərti ilə 1920 manat borc pul istəmiş və ona həmin məbləğdə borc pul vermişdir. Qarşlığında isə Cavabdeh borcunu ödəmək üçün kartını ona vermişdir, lakin kart bağlı olduğuna görə həmin kartdan pul götürə bilməmişdir. Borc pul alması ilə bağlı qəbz imzalayaraq ona vermiş, eyni zamanda həmin qəbzi Şərafət Şahbazov da imzalmışdır. O, pulu cavabdehə öz evində vermişdir. Dəfələrlə cavabdehə borcunu qaytarması ilə bağlı müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, Cavabdeh 1920 manat borc pulun və 40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildrimişdir ki, cavabdeh Masallı rayonu, Kolatan kənd sakini Cavabdeh ona müraciət edərək ondan borc pul istəmişdir. Cavabdeh vermiş olduğu pulun məbləği yadında deyil, lakin cavabdeh və həyat yoldaşı Şərafət Şahbazov 2016-cı ildə ona sosial yardım kartını verərək aralarında sözləşmişlər ki, o, bir il ərzində həmin kartdan ayda 160 manat pul çıxardıb özünə götürəcək. Buda ümumilikdə bir il üçün 1920 manat pul edirdi. Lakin o həmin kartdan pul götürə bilməmiş, çünki, ay sonunda həmin kart artıq bağlı olmuşdur. Cavabdeh borc pul alması ilə bağlı qəbz imzalayaraq ona vermiş, eyni zamanda həmin qəbzi Şərafət Şahbazovda imzalamışdır. O, pulu cavabdehə öz evində vermişdir. Cavabdeh aldığı borcu qısa zaman ərzində qaytaracağına söz vermiş olsa da, lakin bu günə kimi borcunu qaytarmamışdır. Dəfələrlə borcunu qaytarmasını tələb etsədə heç bir nəticəsi olmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyək bildirmişdir ki, iddiaçı 2016-cı ildə ona 500 manat faizə pul vermişdir. Qarşılığında isə iddiaçıya özünə məxsus ünvanlı sosial yardım kartını vermişdir ki, öz pulunu götürsün. Adına olan sosial yardım kartını təxminən xx.xx.2016-cı il tarixdə iddiaçıya vermişdir. İddiaçı kartı özündə saxlayaraq ona qaytarmamışdır. İddiaçıya verdiyi kartı bağlatdırmamışdır.İddiaçı hər ay həmin kartdan 164 manat pul götürmüşdür. Lakin pulun qaytarılması barədə sübutu yoxdur. Maddi imkanı olmadığına görə hər ay 50 manat pul qaytaracqdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 21 aprel 2011-ci il tarixli qəbzdən görünür ki, Şahbazova X2 İbarət Əbdül oğluna ünvanlı sosial yardım kartını vermişdir. Kartın 2019-cu ilin fevral ayınadək etibarlı olması da qeyd edilmişdir. Bu barədə qəbz İddiaçı, Cavabdeh və Şahbazov Şərafətin imzaları təsdiq edilmişdir. Boradigah PB-nin 12 dekabr 2019-cu il tarixli məhkubundan görünür ki, İddiaçı şikayətinə cavab olaraq, işin mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. "xxxx" ASC-nin 13 iyul 2023-cü il tarixli, 2023/111/5743 nömrəli məktubundan görünür ki, uzun müddət keçdiyinə görə Cavabdeh adına olan kartdan pul çıxarılmasına dair kamera görüntüləri aşkar olunmamışdır. Ödəniş qəbzindən görünür ki, X4 40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən maddi normalara və işin faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. İddiaçı 1920 manat pul tələb etsə də, borcun məbləği barədə heç bir sübut təqdim etməmiş, işin halları ilə həmin məbləğdə borcun alınması təsdiq olunmamışdır. Cavabdeh 500 manat borclu olmasını etiraf etməsini nəzərə alaraq, iddia həmin həddə təmin olunmalıdır. İddia 500 manat həddində təmin olunduğuna görə, dövlət rüsumuna görə 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat borc pul və dövlət rüsumuna görə 30 manat alınaraq iddiaçı X3 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-1111/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1111/2023
18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver