Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1174/2024 04.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbab Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3148 manat və dövlət rüsumu kimi ödənilmiş 52 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ilin mart ayından etibarən ondan qızıl almağa başlamışdır. Vüsaləyə dəfələrlə qızıl satmışdır. Vüsalə daima aldığı qızılın pulunu aylıq olaraq vermiş, sonuncu dəfə 2023-cü ilin aprel ayında 160 manat ödəniş etmişdir. Bundan sonra Cavabdeh ümumilikdə 3148 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən borcunu istəsə də, Vüsalə borclarının çox olması səbəbindən pulu verə bilməyəcəyini və maddi imkanı olan kimi pulunu verəcəyini bildirmişdir. Məsələ ilə bağlı cavabdeh barəsində Masallı RPŞ-yə müraciət etmişdir. Masallı RPŞ-də tələbin mülki xarakterli olması səbəbindən cinayət işinin başlanılması rədd edilmiş və ona məhkəməyə müraciət etmək hüququnu izah etmişlər. Cavabdeh 3148 manat borcunu geri alması ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında bildirdi ki, Cavabdeh nisyə qızıl-zinət əşyaları satmış, onun buna görə 3148 manat borcu yaranmış, sonradan həmin puldan 50 manat ödəmişdir. Məsələ ilə bağlı cavabdeh barəsində Masallı RPŞ-yə müraciət etmişdir. Araşdırma zamanı cavabdehin izahatı alınmış və o, izahatında ona 3148 manat mabləğində borcunun olmasını təsdiq etmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 25 aprel 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, İddiaçı nisyə qızıl-zinət əşyaları almış, onun buna görə 3148 manat borcu yaranmış, sonradan həmin puldan 50 manat ödəmişdir. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Borcunu ödəyəcəkdir. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Məhkəmə sorğusu əsasında Masallı Rayon Polis şöbəsindən alınmış HK-1/381 materialdan görünür ki, İddiaçı müraciət əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatı alınmış, o, izahatında İddiaçı nisyə aldığı qızıl-zinət əşyalarına görə ona 3148 manat borcunun olmasını etiraf etmişdir. Məhkəmə iclasında işdə olan CD disklərə baxış keçirilmiş, baxış nəticəsində İddiaçı Cavabdeh nisyə qızıl-zinət əşyaları alması və buna görə borcunun yaranması müəyyən edilmişdir. Mülki Məcəlləyə müvafiq olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qızıl-zinət əşyalarının alıcıya verildikdən sonra hissə-hissə ödənilməsi (nisyə satışı) barədə alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, müqavilə üzrə iddiaçıya borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, tərəflər arasındakı müqaviləyə əsasən ödənilməli məbləğ cavabdehdən tutulmalıdır. İşin araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya 3098 manat borcu yaranmışdır. Bunu iş materiallarında olan sübutlar, o cümlədən tərəflərin izahatları təsdiq edir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 3098 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 52 manat məbləğində pul vəsaitinin 50.98 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 3098 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna görə ödənilmiş 52 manat məbləğində pul vəsaitinin 50.98 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-1174/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1174/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver