Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1193/2024 02.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 Ağabala sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nisyə aldığı QAZ-31029 markalı avtomobilin dəyəri olan 1200 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 32 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə cavabdehdən QAZ 31029 markalı ** LG *** dövlət nömrə nişanlı avtomobili almışdir. Avtomobil onun adına olmadığından pulu ona versə də, avtomobilin sahibinin etibarnamə verdiyi şəxs ona etibarnamə vermişdir. Aldıqdan sonra avtomobilin təmirinə xeyli pul xərcləsə də, mühərrik, ban və şassi nömrələrində də uyğunsuzluq olduğunu aşkar etdikdən sonra cavabdehlə razılığa gəlmiuşlər ki, avtomobili cavabdehə verisin, cavabdeh isə avtomobilə görə ona 1200 manat pul ödəsin. Həmin pulu ayda 80-100 manat olmaqla ona ödəməyə razılaşmışlar. Bu şərtlə də avtomobili 28 avqust 2019-cu il tarixdə cavabdehə vermişdir. Lakin cavabdeh ona həmin ilin sentyabr ayının 25-də 80 manat, dekabr ayının 4-də 50 manat 2020-ci ilin yanvar ayının 29-da 80 manat, 2021-ci ilin dekabr ayının 4-də 30 manat pul ödəmişdir. Cavabdehin ondan 2015-ci ildə 240 manat borc almasını nəzərə alaraq, həmin pulları cavabdehin borcuna çıxmışdır. Nəticədə cavabdeh avtomobilin pulundan yenə də ona 1200 manat borclu qalmışdır. Cavabdehi avtomobili ehtiyat hissələr kimi satsa da, pulunu verməmişdir. Bu barədə Masallı RPŞ-nə müracət etməli olmuşdur. Cavabdeh Masallı RPŞ-də verdiyi izahatından həqiqətən də ondan 2019-cu ildə QAZ 31029 markalı avtomobili almasını, 200-250 manat pul verməsini, 400-450 manat borclu qalmasını göstərmişdir. Ancaq cavabdeh borcunu ödəmədiyindən məhkəməyə müraciət etməli və buna görə 32 manat rüsum köçürməli olmuşdur. Cavabdeh 2019-cu ilin avqust ayının 28-də ondan QAZ 31029 markalı avtomobili nisyə almaqla, həmin avtomobilin dəyərini hər ay 80-100 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüş, yəni öhdəliyin icra müddəti təyin edilmiş, lakin həmin müddət ərzində cavabdeh öhdəliyini yerinə yetirməyərək bununla da ona 1200 manat məbləğində ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh 01 may 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı 1200 manat borcu vardır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Masallı RPŞ-nin İTB-nin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Masallı şəhəri, Dadva küçəindı yaşayan İddiaçı Ramil oğlunun xx.xx.2019-cu il tarixdə özünə məxsus QAZ-31029 markalı, minik avtomaşını Masallı rayon Böyük Xocavar kənd sakini Cavabdeh 1200 manata satması, lakin Cavabdeh hazırki vaxta kimi 1200 manatı ona qaytarmaması, ona görə də həmin pulun alınaraq ona qaytarılmasına köməklik göstərilməsi barədə xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzi sisteminə və Masallı rayon polis şöbəsinə ünvanladığı müraciətini yoxlamışdır. Yoxlama zamanı alınmış izahatlardan və toplanmış materialdan məlum olmuşdur ki, Masallı şəhəri, Dadva küçəsində yaşayan İddiaçı Ramil oğlu xx.xx.2019-cu il tarixdə özünə məxsus QAZ-31029 markalı, minik avtomaşını Masallı rayon Böyük Xocavar kənd sakini Cavabdeh 1200 manata satmış, lakin Cavabdeh hazırki vaxta kimi 1200 manatı ona qaytarmamışdır. Araşdırma zamanı Masallı rayon Böyük Xocavar kənd sakini Cavabdeh izahatında Masallı şəhəri, Dadva küçəsində yaşayan X1 aldığı minik avtomaşını 1200 manata deyil, 650 manata aldığını, həmin borcdan 200-250 manat ödədiyini, 400-450 manat borcu qaldığını bildirmişdir. Belə ki, qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığından “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunun 7.10-cu maddəsinə əsasən mülkü qaydada məhkəməyə müraciət etmək hüququnun olması barədə müraciət müəllifinə məktubla bildirilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq material mülkü xarakterli olduğundan matetialın işə alınması məqsədə müvafiq hesab edilmişdir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydıngöstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə qeyd edilmişdir ki, alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan avtomobil nisyə almış və iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmışdır. İddiaçı isə iddia ilə məhkəməyə müraciət edərək satmış olduğu avtomobilin dəyəri olan qalıq qalmış 1200 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 32 (otuz iki) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1193/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1193/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver