Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1215/2024 13.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakına dəymiş ziyanın, yəni 4645 (dörd min altı yüz qırx beş) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 13 yanvar 2024-cü il tarixdə, saat 20:30 radələrində idarə etdiyi “Samand SE” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Biləsuvar rayonu, Xırmandalı kəndinə gedərkən Ələt-Astara İran yolunun 107-ci km-də kəndə dönən zaman Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **- VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilinin arxa hissəsindən vurmuş, nəticədə avtomobili yaxınlıqda olan kollektora arxası üstə aşaraq ona maddi zərər vurmuşdur. “Opel Astra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Masallı rayonu, Çaxırlı kənd sakini Cavabdeh heç bir sənədi (sürücülük vəsiqəsi) olmadan, özünə aid olmayan avtomobili idarə edərək avtoqəza törətmişdir. Qəza zamanı ona aid olan avtomobilə dəyən ziyan barədə Biləsuvar rayonunda yerləşən “Cəsur” Avtoservis tərəfindən akt tərtib edilmişdir. Dəymiş ziyanın məbləği 4645 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən idarə edilən “Opel Astra” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dövlət sığortası olmamışdır. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -Biləsuvar Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 3(022)-181/2024 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. -Məhkəmə Ekspertiza Mərkəzinin X1 tərəfindən verilmiş 07 may 2024-cü il tarixli, 19/341 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “CəsurAvtotəmir Servisi” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı (cild.i.v 6) məlumatlarına əsasən 2015-ci il buraxılışlı “Samand SE” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müyyən edilir.
1. Dəyşilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablamaqla 3983,00 manat. Dəyşilməli hissələrin qiyməti-1863,00 manat; Təmir-bərpa işlərinin qiyməti-2120,00 manat.
2. Dəyşilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 3466,00 manat. Dəyşilməli hissələrin qiyməti-1346,00 manat; Təmir-bərpa işlərinin qiyməti-2120,00 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf öz tələbində göstərdiyi kimi 13 yanvar 2024-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin təqsiri nəticəsində idarə etdiyi “Samand SE” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan vurulduğunu sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin ona ziyan vurması ilə bağlı tələbini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh təqsirli, hüquqa zidd əməli (qanunsuz hərəktləri) nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Məhz bu səbəbdən də cavabdehdən vurulmuş ziyana görə (aşınma tətbiq edilməklə) 3466 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə bu qənaətə gələrkən iddiaçıya məxsus avtomobilin 2015-ci ildən, yəni 9 ildir istifadədə olmasını nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən 54,66 manat tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 3466 manat və ödənilmiş dövlət rüsumuna görə 54,66 manat, cəmi 3520 (üç min beş yüz iyirmi) manat 66 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən:Firdovsi Əliyev