Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-123/2023 27.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Əliyev X1 Azər Rahim oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 913 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Q.Nəbi küçəsində ona məxsus olan “OPEL” markalı **- KY-*** dövlət nömrə nişanlı avtomobildən avtomobilə aid sənədləri, bank kartlarını, 25 manat dəyərində qol saatını, 363 manat nağd pulu oğurlamışdır. Cavabdehin əməlində cinayət tərkibi olmadığından, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 3(003)-1570/2022 saylı qərar ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 3 ay müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan başqa, hadisə nəticəsində avtomobilə 275 manat civarında zərər vurulmuşdur. Beləliklə 663 manat və sənədlərin oğurlanması ilə bağlı ödəmiş olduğu 250 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı teleqram ilə məhkəməyə müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(003)-1570/2022 saylı qərarında göstərilir ki, “...Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Belə ki, məhkəmədə müəyyən olundu ki, Cavabdeh 26 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Q.Nəbi küçəsində İddiaçı məxsus “Opel” markalı **-KY-*** dövlət nömrə nişanlı avtomobildən avtomobilə aid sənədləri, bank kartlarını, 25 manat dəyərində qol saatını, 363 manat nağd pulu oğurlamışdır. Cavabdeh izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Buzovna qəsəbəsində “Opel” markalı avtomobilin arxa yan şüşəsini daş parçası ilə sındıraraq oradan saxlanc yerini açaraq pul kisəsini, dirsək altından 363 manat deyil, 53 manat məbləğində pul və salondan bir ədəd qol saatını oğurlayaraq oradan uzaqlaşmışdır.” "xxxx" Firması tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 001 saylı təmir kartından görünür ki, 1997-ci il buraxılışlı “OPEL Astra F” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin 1 ədəd arxa sağ qapı şüşəsi - 65 manat, 1 ədəd arxa qapı iç açar mexanizimi - 40 manat, 1 ədəd arxa qapı şüşə qaldıran mexanizim - 60 manat, 1 ədəd arxa qapı çöl havaqaytaranı - 25 manat, 1 ədəd arxa qapı şüşəsinin qara örtüklə yapışdırılması - 15 manat, ehtiyyat hissələrinin dəyəri cəmi 205 manat, xidmət haqqı 70 manat, cəmi 275 manat təşkil etmişdir. Mülki Məcəlləyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Məhkəmə qeyd edir ki, sadalanan normaların mənasına görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuranın təqsirli olması. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin təqsirli əməli nəticəsində iddiaçıya zərər dəymişdir. İşin bu halı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir. Zərərin məbləğinə münasibətdə məhkəmə bildirir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə 25 manat dəyərində qol saatına və oğurlamış 363 manat nağd pula görə, cəmi 388 manat zərər məbləği müəyyən edilmişdir. Tələb edilən avtomobilə dəymiş zərər ilə bağlı məhkəmə bildirir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarından da görünür ki, cavabdeh “Opel” markalı avtomobilin arxa yan şüşəsini daş parçası ilə sındırmasını etiraf etmişdir. Bundan başqa, "xxxx" Firması tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 001 saylı təmir kartından, həmçinin işdə olan sənədlərin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, baş vermiş hadisə ilə avtomobildə görülmüş təmir işləri arasında zaman baxımından yaxın müddət olmuş, avtomobilin dəyişilən ehtiyyat hissələri avtomobilin sındırılmış arxa yan şüşəsi tərəfə aid ehtiyyat hissələridir. "xxxx" Firması tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 001 saylı təmir kartından görünür ki, 1997-ci il buraxılışlı “OPEL Astra F” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı avtomobilin 1 ədəd arxa sağ qapı şüşəsi - 65 manat, 1 ədəd arxa qapı iç açar mexanizimi - 40 manat, 1 ədəd arxa qapı şüşə qaldıran mexanizim - 60 manat, 1 ədəd arxa qapı çöl havaqaytaranı - 25 manat, 1 ədəd arxa qapı şüşəsinin qara örtüklə yapışdırılması - 15 manat, ehtiyyat hissələrinin dəyəri cəmi 205 manat, xidmət haqqı 70 manat, cəmi 275 manat təşkil etmişdir. İddianın təmin edilməyən hissəsinə - sənədlər ilə bağlı 250 manat pulun tutulması ilə məhkəmə qeyd edir ki, həmin sənədlərin nələrdən ibarət olması, həmin sənədlərin məhz hadisə nəticəsində oğurlanması, hansı əsasla həmin sənədlərə görə 250 manat pul tələb edilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə bir daha qeyd edir ki, həmin məsələlər ilə bağlı iddiaçı nə iddia ərizəsinə sübut əlavə etmiş, nədə ki, sonradan məhkəməyə sübut təqdim etmişdir. Hazırki vəziyyətdə iddianın həmin hissədə təmin edilməsi məntiqi baxımından o demək olardı ki, iddiaçı sənədlərin oğurlanması ilə bağlı istənilən bir məbləğ yazarsa (sübut olmadığı təqdirdə) tələb təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, dəymiş zərərə görə 663 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1. və 8.1.1-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu tutulur. İddia qismən təmin edilsədə iddianın qiyməti 1.000 manatadək olduğundan bu dövlət rüsumunun məbləğinə təsir etmədiyindən iddiaçı tərəfindən ödənilmiş 30,4 manat (0,40 manat xidmət haqqı ilə birlikdə) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Dəymiş zərərə görə 663 manat pul və ödənilmiş 30,4 manat (0,40 manat xidmət haqqı ilə birlikdə) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-123/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-123/2023
27.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver