Məhkəmə qərarları › İş №2(050)-1236/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1236/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1236/2023 23.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh1, onların vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarsız hesab edilmiş 11 noyabr 2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi əsasında ödənilmiş 5000 manat, gecikdirilmiş müddət üzrə hesablanmış 440,44 manat, cəmi 5440,44 manat pulun Cavabdeh2 və Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdehlər arasında 11 noyabr 2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Masallı rayonu, Şarıtoba kəndində yerləşən cavabdehlərə məxsus 0,18 ha torpaq sahəsindən 0,07 ha sahəsi 5000 manata ona satılmışdır. xx.xx.2020-ci il tarixli, ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla, həmçinin xx.xx.2020-ci il tarixli, 494876 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə torpaq sahəsinə dair hüquqları təsdiq olunmuşdur. Məlumatı və icazəsi olmadan cavabdehlər torpaq sahəsinə hasar çəkərək, daşınmaz əmlak inşa etməyə başlamışdılar. Bu səbəbdən qanunsuz tikilmiş hasarın sökülməsi tələbi ilə Masallı Rayon Məhkəməsinə müraciət etdikdə məhkəmə mübahisəsinin gedişində məlum olmuşdur ki, həmin torpaq sahəsi miras əmlak olmuş və həmin miras əmlaka yalnız Cavabdeh2 Elman oğlu və Cavabdeh1 deyil, Babayeva (Sadıqova) Gülmirə Edman qızı da vərəsədir və həmin torpaq sahəsində payı vardır. Məhkəmə mübahisəsinin gedişi zamanı Babayeva (Sadıqova) Gülmirə Edman qızı tərəfindən o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Elman oğluna, həmçinin X12, X13, X14, X17, X4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Masallı regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə qarşı 11 noyabr 2015-ci il tarixli, AN-İ ******* saylı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2020-ci il tarixli, ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması tələbi ilə məhkəməyə müraciət edilmişdir. Masallı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(050)-27/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, X5 tələbi isə təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(050)-27/2022 saylı qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hər iki məhkəmə qətnaməsi mübahisə üzrə preyudisial əhəmiyyət daşıdığından və həmin qətnamələrlə sözügedən alğı-satqı müqaviləsi ləğv edildiyi üçün həmin müqavilə əsasında cavabdehlər tərəfindən əldə edilmiş 5000 manat pul vəsaiti də ona geri qaytarılmalıdır. Çünki həmin pul məbləğinin cavabdehlərə verilmə əsası ortadan qalğmış və həmin məbləğin cavabdehlərdə qalması əsassız varlanma faktıdır. Dəfələrlə cavabdehləri bu barədə xəbərdar etməsinə baxmayaraq, ödəniş edilməmişdir. Müqavilənin dəyəri olan 5000 manat pul vəsaiti üçün 2015-ci ildən hesablanmış faiz dərəcəsi 440,44 manat təşkil edir. İddiaçı tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1, 1092.1.1, 1092.1.2, 1091.2, 567, 573.1, 449.1 və 449.2-ci maddələrinə istinad etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, tələb edilən pulu Cavabdeh2 və Cavabdeh1 vermişdir. 5000 manat pulu müqavilə bağlayan şəxslərin iştirakları ilə şəxsən əlbəəl Cavabdeh2 vermişdir. Alğı-satqı müqaviləsinin 4-cü bəndində göstərilir ki, “Alıcı” torpaq sahəsini 5000 manat qiymətinə aldı. Alğı-satqı müqaviləsinə görə ödənilmiş 5000 manat pulu tələb edir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddianı qəbul etməyərək, bildirdi ki, ona pul verilməmişdir. 11 noyabr 2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi onunla bağlanmamışdır. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 iddianı qəbul etməyərək, bildirdi ki, ona pul verilməmişdir. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, bildirdi ki, Cavabdeh2 anası İddiaçı pul götürmüşdür. 11 noyabr 2015-ci il tarixli, AN-İ ******* saylı alğı-satqı müqaviləsi Cavabdeh1 ilə bağlanmamış, Cavabdeh2 adı isə müqavilədə keçdiyi üçün onun tərəfindən sadəcə müqavilə imzalanmışdır. Cavabdeh2 da pul verilməmişdir. İddiaçı rəhmətlik Elgünün anasına verdiyi pulun bir neçə dəfə artığını almışdır. Alğı-satqı müqaviləsinin 4-cü bəndində “Alıcı” nın torpaq sahəsini 5000 manat qiymətinə “onlardan” aldığı qeyd edilməmişdir. Sonda Vəkil iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 11 noyabr 2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 1 və 4-cü bəndlərində göstərilmişdir ki, satıcılar Masallı rayonu, Şatıroba kəndində yerləşən ümumi sahəsi 0.18 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağıda göstərilən hissəsini alıcının mülkiyyətinə verirlər: - X1, X20, Cavabdeh2, X15, X19, X23, X21 və X22 0.18 ha torpaq sahəsindən bölgü planı əsasında 0.07 ha torpaq sahəsini - Alıcı İddiaçı mülkiyyətinə verir. - Alıcı İddiaçı X1, X20, Cavabdeh2, X15, X19, X23, X21 və X6 aldığı 0.18 ha torpaq sahəsindən 0.07 ha torpaq sahəsini ondan 5000 manat qiymətinə aldı. Notariat işində olan Cavabdeh1 tərəfindən imzalanmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, o, torpaq sahəsinin satılmasına razılıq vermişdir. Masallı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(050)-27/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsində qanunsuz tikilmiş daş hasarın sökülməsi, onların gələcəkdə də həmin torpaqlara qanunsuz müdaxilələrinə qadağa qoyulması, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdeh İddiaçı, Cavabdeh2, X12, X13, X14, X17, X4, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, Masallı Regional “Asanxidmət” mərkəzində notaiat ofisinə qarşı X10 verilmiş AR-l № 404079 saylı 07 noyabr 2015-ci il tarixli etibarnamənin və Daşınmaz Əmlakın alğı-satqısına dair AN-l № ******* saylı 11 noyabr 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş Çıxarışın ləğv olunması tələbinə dair mülki işə baxılaraq, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı ona məxsus 0,07 ha torpaq sahəsində tikilmiş hasarın sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və gələcəkdə torpaq sahəsinə qanunsuz müdaxilələrinə qadağa qoyulması tələblərinin təmin olunmaması, müstəqil tələb irəli sürən üçüncü şəxs Babayeva (Sadıqova) Gülmirə Edman qızının iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh2 və digərləri arasında bağlanmış AN-İ ******* nömrəli, 11 noyabr 2015-ci il tarixli 0,07 ha torpaq sahəsinin satılmasına dair alğı-satqı müqaviləsinin, o cümlədən X7 adından X10 verilmiş AR-l № 404079 nömrəli, 07 noyabr 2015-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində 0,07 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınması barədə 15 mart 2020-ci il tarixli, **********3 nömrəli qeydin, o cümlədən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********08 reyestr nömrəli çıxarışın ləğv edilməsi, məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri 256 manatın İddiaçı və cavabdehlər Cavabdeh2, X8, X6, X9, X11, X2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X3 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-27/2022 saylı, 14 mart 2022-ci il tarixli qətnaməsinin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamənin 3-cü səhifəsində İddiaçı izahatında göstərilmişdir ki, “...İddiaçı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, təqribən 2014-cü ildə cavabdehlər Cavabdeh1 və X24 ondan 3000 manat borc pul almışlar. Belə ki, onların “Molbulak” Bank Olmayan Kredit Təşkilatına kredit borcları olmuşdur. Ondan borc istəyərkən belə razılaşmışlar ki, kredit borcunu təşkilata ödədikdən sonra onlar yenidən kredit götürəcəklər və onun borcunu qaytaracaqlar. Onlarla birlikdə kredit təşkilatının Masallı şəhərində yerləşən filialına getmişlər, pulu orada Elgüngilə vermiş və onlar borcu ödədikdən sonra, təşkilatın nümayəndəsi gəlib bildirmişdir ki, gecikmələri olduğuna görə, onara növbəti dəfə kredit verə bilməyəcəklər. Bu səbəblə də Elgün və Gültəkin ona borclu qalmışlar. Üzərindən bir il keçsə də, onun pulunu qaytara bilməmişlər. Həmin müddətdə də Elgün ondan əlavə olaraq hissə-hissə 4000 manat da borc almış və nəticədə cavabdehlərin ona 7000 manat borcları yaranmışdır. Ona görə razılaşmışlar ki, borcun əvəzində ona torpaq sahəsi versinlər.” Həmin qətnamənin 3-4-cü səhifələrində Cavabdeh1 izahatında göstərilmişdir ki, “...Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, onların həqiqtən “Molbulak” Bank Olmayan Kredit Təşkilatına kredit borcları olmuşdur. Borcu bağlayıb yenidən kredit götürmək istəmişlər. Bu səbəblə 2014-cü ildə (ayı xatırlamır) Mətləb Ağayevdən faizə 3000 manat borc pul almışlar ki, borcu ödəyib, yenidən kredit götürsünlər və faizi ilə birlikdə Mətləbin pulunu qaytarsınlar. Lakin ödənişlərində gecikmələri olduğuna görə növbəti dəfə onlara kredit verməmişlər və bu səbəblə də Mətləbə borclu qalmışlar. ...O və əri yenə də borc alınmış 3000 manat pulu geri qaytarmağa razıdılar, lakin Mətləb buna razı deyil.” Həmin qətnamənin 4-cü səhifəsində Cavabdeh2 izahatında göstərilmişdir ki, “...Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, Cavabdeh1 ilə eyni məzmunda izahat vermişdir.” Həmin qətnamənin 11-ci səhifəsində göstərilmişdir ki, “...Hazırki mübahisədən görünür ki, 11 noyabr 2015-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlanmasına səbəb məhz İddiaçıla müstəqil tələb irəli sürən X7 bacısı Cavabdeh1 və qardaşı Cavabdeh2 arasında olan borc müqavilələri üzrə öhdəliyin uzun müddətdə yerinə yetirilməməsi və yaranmış mübahisəni həll etmək üçün cavabdehlərin ailəlikcə İddiaçı ilə danışıqlar aparılması və yaranmış mübahisəni həll etməklə borc müqavilələri üzrə borcun silinməsi məqsədi daşımışdır.” Həmin qətnamənin 12-ci səhifəsində göstərilmişdir ki, “...Kollegiya əvvəlki vəziyyəti bərpa etmək məsələsi ilə bağlı həmçinin qeyd edir ki, işin mübahisəsiz halı kimi, müqavilədə satış məbləği 5000 manat qeyd olunsa da, alğı-satqı müqaviləsi bağlanan müddətdə İddiaçı depozit hesaba, o cümlədən müqavilənin digər tərəfləri olan Mahirə Sadıqovaya və digərlərinə pul ödəməmişdir. Onun borc münasibəti Cavabdeh2 və Cavabdeh1 arasında olmuşdur. Həmçinin iddiaçı tərəf 7000 manat borc pul verməsini, cavabdeh tərəf isə 3000 manat borc pul almasını etiraf edir. Bundan başqa İddiaçı 8000 manat pulun qaytarılması halında, torpaq sahəsini geri qaytarması barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə danışıqlar aparması barədə izahatı, bu halı cavabehlərin də təsdiq etməsi, məhz qaytarılmalı olan borc pulun məbləği ilə bağlı razılaşma olmadığına görə iddiaçının alğı-satqı müqaviləsinin bağlanmasından 5 ilə yaxın müddətdən sonra DƏDRX-də mülkiyyət hüququna dair çıxarış alaraq məhkəməyə müraciət etməsi ona əsas verir ki, tərəflər arasında olan alğı-satqının faktiki mahiyyəti qarantiya məqsədi daşımış, tərəflər əslində borc münasibətini pərdələmək məqsədi ilə formal olaraq alğı-satqı müqaviləsi bağlamışlar. İşin halları onu göstərir ki, iddiaçının hazırkı iddia ilə faktiki niyyəti cavabdehləri 8000 manat pulu ödəmək məcburiyyətində buraxmaqdır. Çünki məhkəməyə müraciət edilmədən öncə, hətta məhkəmə mübahisəsi müddətində cavabdehlər 8000 manat pulu qaytaracaqları halda, Mətləb Ağayevin izahatına əsasən, o, torpaq sahəsini geri qaytaracaqdı. Belə vəziyyətdə geri qaytarılmalı olan pul məbləğinin nə qədər olması mübahisəlidir. Ona görə də məhkəmə həqiqətə nail olmaq və ədalətli məhkəmə araşdırması prinsipinə əsasən həmin məsələyə hazırkı vəziyyətdə hüquqi qiymət verə bilmir. Əks halda tərəflərdən hər hansı birinin mənafeyi pozulmuş olar. Odur ki, məhkəmə İddiaçı gələcəkdə pul tələbi ilə bağlı ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququnu izah edir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 75 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, müqavilədə satış məbləği 5000 manat qeyd olunsa da, alğı-satqı müqaviləsi bağlanan müddətdə İddiaçı depozit hesaba, o cümlədən müqavilənin digər tərəfləri olan Mahirə Sadıqovaya və digərlərinə pul ödəməmişdir. Onun borc münasibəti Cavabdeh2 və Cavabdeh1 arasında olmuş, o cümlədən borc müqaviləsinin predmeti pul məbləği olmuşdur. İddiaçı gələcəkdə pul tələbi ilə bağlı ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. İddiaçı alğı-satqı müqaviləsinə görə pul tələb etsədə, əslində o, əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnamə ilə tərəflər arasındakı münasibətə borc münasibəti kimi qiymət verilmiş münasibətə görə pul tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.1, 739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir (427). Məhkəmə tələb edilən əsas (5000 manat) pul məbləğinə münasibətdə bildirir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İddiaçı əsas məbləğ olaraq 5000 manat pul tələb etsədə, onun tərəfindən məhz 5000 manat pulun verilməsi barədə məhkəməyə sübut verilməmiş və bu sübut edilməmişdir. Cavabdehlər onlara pul verilmədiklərini bildirsələr də Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının borc münasibəti Cavabdeh2 və Cavabdeh1 arasında olmuş, o cümlədən borc müqaviləsinin predmeti pul məbləği olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnaməsinin 3-4-cü səhifələrindən görünür ki, məhkəmə iclasında hazıki iş üzrə Cavabdeh1 vermiş olduğu izahatında göstərmişdir ki, “...Onların həqiqtən “Molbulak” Bank Olmayan Kredit Təşkilatına kredit borcları olmuşdur. Borcu bağlayıb yenidən kredit götürmək istəmişlər. Bu səbəblə 2014-cü ildə (ayı xatırlamır) Mətləb Ağayevdən faizə 3000 manat borc pul almışlar ki, borcu ödəyib, yenidən kredit götürsünlər və faizi ilə birlikdə Mətləbin pulunu qaytarsınlar. Lakin ödənişlərində gecikmələri olduğuna görə növbəti dəfə onlara kredit verməmişlər və bu səbəblə də Mətləbə borclu qalmışlar. ...O və əri yenə də borc alınmış 3000 manat pulu geri qaytarmağa razıdılar.” Həmin qətnamənin 4-cü səhifəsindən görünür ki, həmin məhkəmə iclasında hazırki iş üzrə cavabdehlərdən olan Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunda izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Vİİ fəsili sübutlar adlanır və işdə iştirak edən şəxslərin izahatları sübut növlərindən biridir. Mübahisə üzrə sübutların bölgüsü baxımından cavabdehlər 05 iyul 2022-ci il tarixli, 2(106)-1444/2022 saylı qətnamə üzrə keçirilmiş məhkəmə iclasında iddiaçıdan 3000 manat borc aldıqları pulun qaytarılmasını sübut etməlidirlər. Onlar tərəfindən həmin pulun qaytarılması barədə məhkəməyə sübut verilməmiş və sübut edilməmişdir. Belə bir vəziyyətdə məhkəmə tələb edilən pulun məbləğinin 3000 manat olmasını əsaslı hesab edir. Verilmiş pulun faizə verilməsi ilə bağlı məhkəməyə sübut verilməmiş və bu sübut edilməmişdir. Məhkəmə tələb edilən 440,44 manat faiz pula münasibətdə bildirir ki, iddia həmin hissədə də əsassızdır. Belə ki, tərəflər arasında məhkəmə mübahisəsi olmuş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, onlar arasındakı münasibətlər borc münasibətini pərdələmək üçün olmuş, bağlanmış müqavilə etibarsız hesab edilmiş və çıxarış ləğv edilmişdir. Həmin müqaviləni imzalayan şəxslərdən biri də iddiaçı olmuşdur. Yəni, iddiaçı vaxtı ilə özü də borc münasibətinin qeyd edilən formada pulun qarşı tərəfdə qalması şərti ilə pərdələnməsinə razılaşmış, sonradan isə yuxarıda qeyd edilən hal baş vermişdir. Beləliklə göstərilənlərə əsasən hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 41,02 manat məbləğində pul birgə qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 41,02 manat məbləğində pul birgə qaydada Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar