Məhkəmə qərarları › İş №2(050)-127/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-127/2023

02.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-127/2023 02.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, İlk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və X2 iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1, X3 və Cavabdeh3 qarşı qızıl əmlak və evə çəkilmiş xərclər tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı (iddia üzrə cavabdeh) Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 yaşadıqları Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evə çəkilmiş xərclərə görə ümumilikdə 56751 manat pulun, gəlin köçərkən mərhum qızı X4 hədiyyə kimi verilən və iddia ərizəsində olan siyahıda göstərilən cehiz əmlaklar və qızıl əşyalarının və ya onların dəyəri olan 39680 manat pulun, ödənilmiş 355 manat dövlət rüsumunun və 55 manat mediasiya xəcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (iddia üzrə cavabdeh) Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilk iddianın rədd edilməsi, cavabdeh İddiaçı evinin təmiri və bəzi xırda tikinti işlərinin həyata keçrilməsi məqsədilə hissə-hissə ondan aldığı ümumilikdə 21.800 (iyirmi bir min səkkiz yüz) manat pulun alınaraq ona ödənilməsi, nəvəsi X5 əlilliyinə görə 10 (on) ildən çox bir müddətə əldə etdiyi kartla mənimsədiyi pulun müəyyən edilərək dövlət büdcəsinə qaytarılması və barəsində ciddi tədbirlərinin görülməsinə nail olmaqdan ötrü müvafıq xüsusi qərardadın çıxarılmasını təmin edərək Masallı Rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, hazırda cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 tələb etdiyi sonuncuların yaşadıqları Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən evə çəkilmiş xərclərə görə ümumilikdə 56751 manat pulu və gəlin köçərkən mərhum qızı X4 hədiyyə kimi verilən və iddia ərizəsində olan siyahıda göstərilən cehiz əmlaklar və qızıl əşyalarının və ya onların dəyəri olan 39680 manat pulu böyük X6 bağışladığı üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmaqla işin baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə iclası zamanı ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 və X7 işin mahiyyəti üzrə həll olunmasını tələb etməyərək mülki işin baxılmamış saxlanılmasına etirazları olmadığını, həmçinin, qarşıqlıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmaqla işin baxılmamış saxlanmasını xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ilk iddia və qarşılıqlı iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.5, 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 qarşı qızıl əmlak və evə çəkilmiş xərclər tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İlk iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 355 (üç yüz əlli beş) manat və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən ödənilmiş 121 (bir yüz iyirmi bir) manat 50 qəpik dövlət büdcəsindən onlara qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar