Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1495/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "xxxx" X15 Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmlakın həbsdən azad olunması, ipoteka ilə yüklülüyünə xitam verilməsi və mülkiyyət hüququnun bərpası” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı "xxxx" X15 Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmlakın həbsdən azad olunması, ipoteka ilə yüklülüyünə xitam verilməsi və mülkiyyət hüququnun bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, hazırda Cavabdeh2 QSC-nin mülkiyyətinə verilmiş 0,09832 ha torpaq sahəsinin ipoteka ilə yüklülüyünə xitam verilməsi və əmlakın həbsdən azad olunması, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,09832 ha torpaq sahəsinə Cavabdeh2 QSC-nin mülkiyyət hüququnun ləğv edilməsi, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,09832 ha torpaq sahəsinə əvvəllər mövcud olmuş İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən tərəflər:
2. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.
3. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırki tələblərlə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları var.
4. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X9 bildirdi ki, iddia tələbinin təmin edilməsini xahiş edir.
5. Cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" X15 Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
6. Məhkəmə işə cavabdehlərlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" X15 Məsuliyyətli Cəmiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
9. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)-59/2019 saylı qətnaməsi ilə Cavabdeh2 QSC-nin cavabdehlər İddiaçı, X8, X2, X3, X4, "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, borclulardan müştərək qaydada bankın xeyrinə ümumilikdə cəmi 291812,26 ABŞ dolları (iki yüz doxsan bir min səkkiz yüz on iki ABŞ dolları, 26 sent) məbləğində borcun və məhkəmə xərclərinin tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 22 saylı fərdi yaşayış evinə, yeni qaydalarla ünvan 2 ünvanda yerləşən əmlaka yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 790000 manat müəyyən edilməsi, əmlakın satıldıqdan sonra boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(103)-9742/2019 saylı qətnaməsi ilə hər iki tərəfin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli 2(007)- 59/2019 saylı qətnaməsi cərimə borcunun tutulması hissəsində dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-699/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-9742/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. İddiaçı Cavabdeh2 QSC-yə, Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 22, Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 95-lə bərabər, eyni zamanda mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan 0.0984 kv.m torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələri haqqında 08 sentyabr 2020ci il tarixli, 17/71-11E/27 saylı protokolun etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2445/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-972/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2445/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmiş, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
11. Bundan başqa Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Cavabdeh2 QSC üçüncü şəxs kimi cəlb edilməklə) “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-544/2023 saylı qərarına əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı qüvvəsində saxlanmışdır.
12. Daha sonra İddiaçı təkrarən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik nüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 22 saylı evə (yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, ünvan 1 və onun yerləşdiyi 0,0984 ha torpaq sahəsinə vahid əmlak kimi Cavabdeh2 QSC-nin adına verilmiş xx.xx.2021-ci il tarixli, **********09-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın qismən, 0,0984 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-10346/2023 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamışdır.
13. Bundan sonra İddiaçı və X10 Cavabdeh2 QSC-yə qarşı fərdi yaşayış evindən və torpaq sahəsinin bir hissəsindən istifadə edilməsinə maneələrin aradan qaldırılması tələbi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1614/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
14. Bundan sonra İddiaçı və X7 yenidən Cavabdeh2 QSC-yə qarşı Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən Cavabdeh2 QSC-nin mülkiyyətində olan 0.09832 ha torpaq sahəsinin 0.05 ha hissəsinə görə kompensasiya olaraq 65000 manat ödənilməklə həmin hissənin öz mülkiyyətlərinə verilməsi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişlər. Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-376/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
15. Göründüyü kimi iddiaçının hazırki tələblərinə artıq yuxarıda sadalanan, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə qiymət verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir.
16. İddiaçı iddi tələbində həmçinin Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi ev 22 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, hazırda Cavabdeh2 QSC-nin mülkiyyətinə verilmiş 0,09832 ha torpaq sahəsinin həbsdən azad olunmasını tələb edir. Lakin iş materiallarından görünür ki, sözügedən əmlak üzərində həbs yoxdur.
17. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır.
18. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzdən görünür ki, ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, xidmət kodu: 14221301, transaksiya nömrəsi: İB557584436, tarix: xx.xx.2025, saat: 21:41:48) iddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
19. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı "xxxx" X15 Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmlakın həbsdən azad olunması, ipoteka ilə yüklülüyünə xitam verilməsi və mülkiyyət hüququnun bərpası” tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qərara aldı:
İddiaçı "xxxx" X15 Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmlakın həbsdən azad olunması, ipoteka ilə yüklülüyünə xitam verilməsi və mülkiyyət hüququnun bərpası” tələbinə dair iddia üzrə icraata xitam verilsin. İddia üzrə icraata xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi İddiaçı izah edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, xidmət kodu: 14221301, transaksiya nömrəsi: İB557584436, tarix: xx.xx.2025, saat: 21:41:48) məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəflərə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova