Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1335/2024 25.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyan» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu maddi ziyana görə 685 (altı yüz səksən beş) manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Səmidxan kəndində idarə etdiyi Mercedes Benz markalı avtomaşınla sərxoş vəziyyətdə onun yaşadığı ünvana gələrək ona məxsus "Ford Fusion" markalı, ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilə qəsdən vurmaqla onun avtomobilinə 685 manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılmış və araşdırma nəticəsində Cavabdeh İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin şəxs barəsində protokol tərtib olunmuş və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-347/2024 saylı qərarına əsasən təqsirli bilinərək 685 manat cərimə edilmişdir. Ona dəymiş ziyan "Avtoservis" T.X.S Masallı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışla 685 manat müəyyən edilmişdir. Lakin hazırkı vaxtadək cavabdeh dəymiş maddi ziyanı ödəməmişdir. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının teleqramını nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan “Avtoservis” T.X.S Masallı tərəfindən verilmiş 12 dekabr 2023cü il tarixli, 1744 nömrəli arayışdan görünür ki, Ford Fusion markalı, ** LT *** dövlət nömrə nişanlı avtomaşına cəmi 685 (altı yüz səksən beş) manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)- 347/2024 nömrəli qərardan görünür ki, İnzibati xəta törətmiş şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib dəymiş ziyanın 1 misli miqdarında 685 (altı yüz səksən beş) manat məbləğində inzibati cərimə edilməsi, zərərçəkmiş İddiaçı ona dəymiş 685 manat maddi ziyanla bağlı mülki icraat qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə Cavabdeh barəsində cinayət İşinin başlanılması rədd edilməsi, Toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işi başlanması rədd edilməsi, Cavabdeh törətdiyi əməldə Azərbaycan Respublikası İXM-in 232-1-ci, 510-cu və 564-cü maddələrində nəzərdə tutulmuş müvafiq olaraq əmlakı qəsdən məhv etmə və ya zədələmə, Xırda Xuliqanlıq və "Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma inzibati xətalarının tərkib əlamətləri müəyən edildiyindən onun həmin maddələrlə inzibati qaydada məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Masallı rayonu Birinci Semidxan kəndində alkoqoldan istifadə edərək Mercedes Benz C markalı, ** NX *** d.q.nlı avtomobilini idarə etdiyi üçün törətdiyi əməldə Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinin tərkib əlaməti olduğu üçün həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş Qərarın surəti Masallı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Masallı rayonu Birinci Səmidxan kəndində Cavabdeh yaşadığı ünvanda spirtli içki qəbul edərək sərxoş vəziyyətdə özünə məxsus Mercedes Benz C markalı, ** NX *** d.q.n-lı avtomobili idarə edərək avtomobillə həmkəndlisi İddiaçı yaşadığı ünvana getmiş, qərəzli şəkildə Mercedes Benz C markalı, ** NX *** d.q.n-li avtomobilin ön hissəsini həyətdə durmuş vəziyyətdə olan İddiaçı məxsus Ford Fusion markalı, ** LT *** d.q.n-lı avtomaşına qəsdən vuraraq İddiaçı 685 manat maddi ziyan vurmuşdur. Cavabdeh avtomobildən yerə endikdən sonra ünvansız küçə söyüşləri söyərək həyətdə və küçədə İddiaçı və ailə üzvlərini təhqir edərək ictimai qaydanı kobud surətdə pozmaqla cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirmişdir. Daha sonra spirtli içkinin təsiri altında DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək həqiqəti əks etdirməyən məlumat verərək bilə-bilə yalandan ərazi polis orqanını çağırdıqdan sonra ünvansız söyüşlər söyərək idarə etdiyi Mercedes Benz C markalı, ** NX *** d.q.n-lı avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmışdır. Vət: İddiaçı də DİN-in 102 xidməti zəng mərkəzinə zəng edəərk və Masallı RPŞ-yə ərizə yazaraq şikayət etmişdir. Yuxarıda qeyd olunan xüsusatlar vət. Cavabdeh etirafedici ərizə və izahatı, Xəzər-Lada ATSC-nın dəymiş ziyanla bağlı xx.xx.2023-cü il tarixli, 1744 nömrəli arayışı və toplanmış digər zəruri sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 186-cı maddəsində nəzərdə tutulmuş Əmlakı qəsdən məhv etmə və ya zədələmə cinayətinin tərkibi zərərçəkmiş şəxsə ümumilikdə 5000 manatdan yuxarı ziyan dəydikdə yaranır. Bununla da toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət işi başlanması rədd edilməli, qəbul edilmiş qərarın surəti maraqlı tərəfə göndərilməklə vurulmuş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmə hüquqlarının olması izah edilmədir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 685 (altı yüz səksən beş) manat maddi ziyan məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 685 (altı yüz səksən beş) manat maddi ziyan məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1335/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1335/2024
25.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver