Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1354/2024 05.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 (sədrlik edən), Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16450 (on altı min dörd yüz ǝlli) manat borcun, ayrı-ayrı şəxslərdən ona veriləsi 400 (dörd yüz) manat mənimsədiyi pulun, saxlanc yeri olan nənəsinə məxsus fərdi yaşayış evindən götürdüyü stol-stul dəstinin özü, olmadıqda dəyəri 600 (altı yüz) manat pulun ümumilikdə, 17450 (on yeddi min dörd yüz əlli) manat və ödədiyi 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh 18060 (on səkkiz min altmış) manat borcun və ödədiyi 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Təzə Alvadı kəndində qardaşı Sübhan Muxtarova məxsus "Madeyra" adlı mebel sexi vardır, həmin mebel sexində nəzarətçi işləyərək qardaşına köməklik göstərir. Həmkəndlisi Cavabdeh yaxından tanıdığı üçün onunla dost münasibətində olmuşdur. Təxminən 2012-2021-ci illər ərzində Cavabdeh onların mebel sexində mebel ustası kimi fəaliyyət göstərmişdir. Qurduğu mebellərə görə ona nəzərdə tutulmuş qaydada pul verilmişdir. Yataq dəsti, qonaq otağı mebellərini 40 manat olmaqla, mətbəx mebeli isə 30 manat idi. Aylıq isə 200 manat Elmara pul vermişdir. Onun vəzifəsi müştərilərə satılan mebel əşyalarını yaşadıqları ünvanda quraşdırmaqdan ibarət idi. Quraşdırdığı mebellərə uyğun isə onun pulu verilmişdir. Onlar satdıqları mebelləri müştəriyə aylıq kredit və ya nağd ödənişlə də vermişlər. Elmarın mebel sexində işlədiyi müddət ərzində müxtəlif bəhanələrlə ümumilikdə hissə-hissə olmaqla 13000 manat ona borcu yaranmışdır. Elmarla belə razılaşdığına görə Elmar həmin pulları işləyərək hissə-hissə geri qaytarmalı idi. Hətta işlədiyi müddət ərzində Elmara mebel salonunun avtomobilini idarə etmək üçün təxminən 9-10 il əvvəl sürücülük vəsiqəsi almışdır. Təxminən 2021-ci ilin mart-aprel aylarında Elmar ona yaxınlaşıb ailəsi ilə birlikdə Bakı şəhərinə getmək istədiyini bildirib və bu adla mebel sexində öz istəyi ilə ayrılmışdır. Elmar Bakı şəhərinə köçdükdən sonra Masallı rayonu, Təzə Alvadı kənd sakini Qüdrət Alışovdan və Cəlilabad rayonu, Göytəpə kənd sakini Tahirə Allahverdiyevadan müqaviləsiz şifahi olaraq təxminən 2020-ci ilin əvvəllərində nisyə satdıqları mebellərə görə qalan 250 və 150 manat borcları istədikdə həmin şəxslər satdıqları mebellərin pulunu mebeli quraşdırarkən Elmara ödədiklərini bildirmişlər. Bundan başqa Elmar özü də təxminən iki ilə yaxın imiş ki, onlara məxsus Masallı şəhəri, Təzə Alvadı kəndində yerləşən mebel dükanından mebel dəstləri götürmüşdür. Həmin mebel dəstlərinin təxminən 5000-6000 manata qədər "Madeyra" mebel dükanından, 670 manat dəyərində mebel dəstini isə Təzə Alvadı kəndində onlara məxsus olan "Şarm" mebel salonunda Gülşən adlı işçidən götürmüşdür. 5000-6000 manat dəyərində kreditlə götürdüyü mebellərin pulundan bir hissəsini ödəyərək, 2100 manat borcu qalmışdır. Həmçinin Cəlilabad rayonunda yaşayan X6 onlara məxsus “Madeyra" mebel salonundan kreditlə qızı üçün cehizlik mebel əşyaları götürmüş və mebelin pulunu ödəmişdir. Lakin daha sonra İlham qızı ilə ailəsi arasında yaranan narahatçılığa görə həmin mebel dəstini geri qaytarmalı olmuşdur. Onlara məxsus "Madeyra" mebel dükanının anbarlarından biri də Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən Elmarın nənəsi evinin birinci mərtəbəsində idi. Buna görə də həmin mebellər sürücü Ramin və usta kimi digər işçiləri İlkinlə birlikdə Bakı şəhərindən Cəlilabad rayonuna İlhamın evinə geri qaytarmış, Cəlilabad rayonunda İlham lazım olanları öz evinə boşaltdırmış, qalanını isə geri qaytarmışdır. O, Raminə həmin mebellərin Elmarın nənəsi evinə boşaldılmasını demişdir. Sonradan İlham adlı şəxs ona zəng edərək həmin mebelləri yenidən geri qaytarmaq istədiyini deyəndə o, isə İlhama heç bir etiraz etməmişdir. İlham həmin cehizlik əşyalarını geri götürən zaman ona zəng edərək cehizlik əşyalarından stol-stul dəstinin olmamasını bildirmişdir. Bunlardan əlavə, Elmarın götürdüyü kreditlərlə və ona yaranmış ümumi borcları ilə birlikdə ümumilikdə təxminən 13000 manat pul ödəməli idi. Bundan əlavə Elmar "Madeyra" da işləyən Vüsalə adlı qadından anasının xəstə olmasını əsas gətirərək 4000 manat borca da pul almışdır. Lakin həmin puldan da ona hər hansı bir məbləğdə pul geri qaytarmamışdır. Daha sonra Elmarla olan borca görə nənəsinə məxsus pensiya kartını onlara verməsi və hər ay onun borcundan 260 manat pul çıxarmaqla bağlı razılaşmışlar. Elmar kartı ona təqdim etdikdən sonra hər ay 260 manat mağazaya pul ödəmişdir. Beş-altı ay idi ki, həmin məbləği kartdan çıxarıb mağazanın hesabına ödəmişdir ki, Elmar banka gedərək həmin kartı bağlatdırmışdır. O, Elmara zəng edib onu polisə şikayət edəcəyini bildirdikdə Elmar heç kimdən qorxmadığını bildirmişdir. Bundan sonra o, Masallı RPŞ-nə müraciət edib Elmar barəsində şikayət etmişdir, təhqiqata verdiyi izahat zamanı Elmarın mebel salonundan kreditlə götürdüyü mebellərin pulunu ödəməməsi və nisyə mebel götürən adlarını qeyd etdiyi şəxslərdən 250 manat və 150 manat pulu alınaraq ona verməməsini, həmçinin İlham adlı şəxsin Elmarın nənəsinə məxsus fərdi yaşayış evinə boşaldılması üçün qaytardığı stol-stul dəstinə görə onun mebellərinin pulunu mənimsədiyini bildirmişdir. Masallı Rayon Polis Şöbəsində material üzrə iş aparılarkən Cavabdehla Masallı RPŞ-nin İB-də işi aparan müstəntiqin vasitəsi ilə razılığa gəlib qərarda da bildirmişdir ki, ona olan borcunun məbləğini müəyyənləşdirdikdən sonra hissə-hissə ödəyəcəyinə söz vermişdir. Beləliklə, Cavabdeh həmin vaxt 300 manat və sonrakı ayda 250 manat vedikdən sonra yenə qeyri rəsmi yaşadığı Bakı şəhərinə gedərək ona olan borcunu verməkdən yayınmağa başlamışdır. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Qanunvericiliyin tələbinə əsasən onun cavabdehdə olan pulu ilə yanaşı həmin pulunun onda olduğu dövr üçün bank uçot dərəcəsinə uyğun faizlərini də tələb etmək hüququ vardır. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1-ci, 442-ci, 445.1-ci, 445.2.1-ci, 741-ci, 449.1-ci, 449.2-ci, 739.1-ci, 21.1-ci maddələrinə əsaslanmışdır. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Masallı rayonu, Təzə Aladı kəndində qardaşı Sübhan Muxtarova məxsus "Madeyra" adlı mebel sexinin hər bir işi onun nəzarəti ilə idarə olunur. Həmkəndlisi Cavabdeh yaxından tanıdığı üçün onunla dost münasibətində olmuşdur. Cavbadehdə həmin dostluq münasibətindən etibarından istifadə edərək işlədiyi müddət ərzində hissə-hissə ayrı-ayrı vaxtlarda ona ümumilikdə 18060 manat borcu yaranmışdır. İşlədiyi "Madeyra" mebel sexində satdıqları mebelləri müştəriyə aylıq kredit və ya nağd ödənişlə verilmişdir. Elmar mebel sexində işlədiyi müddət ərzində müxtəlif bəhanələrlə etibarından istifadə edərək ilk öncə hissə-hissə olmaqla, 13000 manat ona borcu yarandıqdan sonra, razılaşmağına görə Elmar həmin pulları işləyərək hissə-hissə qaytarmalı idi. Təxminən 2021-ci ilin mart-aprel aylarında Elmar ona yaxınlaşıb, Bakı şəhərinə getmək istədiyini bildirərək və bu adla mebel sexindən öz istəyi ilə ayrılmışdır. Elmar Bakı şəhərinə köçdükdən sonra Qüdrət Alışovdan və Tahirə Allahverdiyevadan nisyə satdıqları mebellərə görə qalan 250 və 150 manat borclarını ona çatdırmaq adı ilə almış və ona çatdırmamışdır. Bundan da əlavə, Elmar özü də onlara məxsus Masallı rayonu, Təzə Alvadı kəndində yerləşən "Madeyra" mebel dükanından 6000 manat dəyərində götürmüş mebel dəstlərinin pulundan ödəyərək 2100 manat borcu qalmışdır. Eyni zamanda Təzə Alvadı kəndində yerləşən onlara məxsus olan "Şarm" mebel salonundan da 670 manat mebel dəstini götürmüşdür. Bütün bunlardan əlavə Elmar anasının xəstə olmasını bildirərək 4000 manat pulu "Madeyra" mebel salonundan götürüb Vüsalə adlı işçilərinin yanında cavabdehə vermişdir. Beləliklə, cavabdehin ona 20170 manat borcu yaranmışdır. Elmar olan borclarına görə nənəsinə məxsus pensiya kartını ona verməklə, hər ay onun borcundan 260 manat pul çıxılması ilə bağlı razılaşmışdır. Elmar kartı ona təqdim etdikdən sonra hər ay 260 manat Elmarın borcunu mağazaya ödəmişdir. Altı ay həmin məbləği kartdan çıxardıb mağazaya ödəmişdir ki, Elmar banka gedərək həmin kartı bağlatdırmışdır, Elmara zəng edib onu polisə şikayət edəcəyini bildirdikdə Elmar heç kimdən qorxmadığını bildirmişdir. Bundan sonra o, Masallı RPŞ-nə müraciət edib Elmar barəsində şikayət etmişdir. Masallı RPŞ-nə verdiyi izahat zamanı Elmarın mebel salonundan kreditlə götürdüyü mebellərin pulunu ödəməməsini və mebel salonundan nisyə mebel götürən şəxslərdən 250 manat və 150 manat pulu alaraq ona verməməsini, həmçinin İlham adlı şəxsin Elmarın nənəsinə məxsus istifadəsində olan fərdi yaşayış evinə boşaldılması üçün qaytardığı stol-stul dəstinə görə onun mebellərinin pulunu mənimsədiyini bildirmişdir. Masallı RPŞ-də material üzrə iş aparılarkən Cavabdehla Masallı RPŞ-nin İB-də işi aparan müstəntiqin vasitəsi ilə razılığa gələrək ona olan borcunun məbləğini müəyyənləşdirdikdən sonra hissə-hissə ödəyəcəyinə söz vermişdir. Cavabdeh həmin vaxt 300 manat və sonrakı ayda 250 manat verdikdən sonra, yenə qeyri rəsmi yaşadığı Bakı şəhərinə gedərək, ona olan borcunu verməkdən yayınmağa başlamışdır. Beləliklə də, Cavabdeh ona 18060 manat olan borcunu vermədiyinə görə məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur, ona görə də iddia tələbinin təmin edilməsini Cavabdeh 18060 manat borcun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ünvan 1ində Sübhan Muxtarova məxsus "Madeyra" mebel mağazasında mebel ustası işləmiş, işlədiyi müddətdə mebel mağazasında vəzifəsi müştərilərə satdıqları mebel əşyalarını yaşadıqları ünvanda quraşdırmaqdan ibarət olmuş, "Madeyra" mebel salonunun mebellərinin bir hissəsi anbar kimi nənəsinin yaşadığı ünvan 1ində olmuş əsas mebel anbarı Azərin evinin həyətində yerləşmiş. Digər işçilər kimi o da mebel anbarına girib-çıxmışdır, işlədiyi müddətdə onun aylıq qazancı 400-500 manat təşkil etmişdir, işlədiyi müddətdə Azərdən müxtəlif vaxtlarda borc pullar almışdir, həmçinin "Madeyra" mebel dükanından və "Şarm" mebel dükanlarından şifahi razılıqla kreditlə mebellər götürmüşdür, "Madeyra mebel salonundan götürüyü mebellər təxminən 2000-2500 manat, "Şarm" mebel salonundan isə götürdüyü mebellər 670 manat dəyərində olmuşdur, həmin kreditlərin xeyli hissəsini işlədiyi dövr ərzində qaytarmışdır. Hazırda onun Azərə təxminən 1000 manat pul borcu vardır. 2021-ci ilin fevral ayında ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə köçərək orada yaşamağa başlamışlar, işdən ayrıldıqdan sonra Azər ona zəng edərək borcunu geri qaytarmağını tələb etmişdir, əks təqdirdə ondan polisə şikayət edəcəyini, cibinə narkotik atdırıb tutduracağı ilə hədələmişdir, Azərə qısa zamanda borcunu qaytaracağını demişdir. Sonradan ona məlum olmuşdur ki, Azər onun işlədiyi müddət ərzində ona məxsus mebel əşyalarını xəbərsiz şəkildə sataraq mebel mağazasına 10500 manat dəyərində maddi ziyan vurmağı barədə polisə ərizə ilə müraciət etmişdir, İddiaçı 10500 manat dəyərində ziyan vurmamışdır, Azərə 7500 manat şəxsi borcu olmuşdur, həmin puldan qaytarmış hazırda 1000 manat borcu qalmışdır, həmin borcunu da qaytaracaqdır. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, oğlu Elmarın iddiaçıya borcu olmuşdur, həmin pulu qaytarmış 1000 manat borcu qalmışdır, iş üzrə qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Masallı RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X7 tərəfindən qəbul edilmiş 05 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 1ində yaşayır. ünvan 1ində qardaşı Sübhan Muxtarova məxsus "Madeyra" adlı mebel sexi vardır. O, da mebel sexində nəzarətçi işləyərək qardaşına köməklik göstərir. Cavabdeh həmkəndlisi kimi yaxından tanıyır. Onunla dost münasibətində olmuşdur. Təxminən doqquz il imiş ki, Cavabdeh onların mebel sexlərində mebel ustası kimi fəaliyyət göstərirmiş, qurduğu mebellərə görə ona nəzərdə tutulmuş qaydada pul verilirmiş. Yataq dəsti, qonaq otağı mebellərinin quraşdırılması 40 manat olmaqla mətbəx mebeli 30 manat imiş. Aylıq isə 200 manat Elmara pul verilirmiş. Onun vəzifəsi müştərilərə satılan mebel əşyalarını yaşadıqları ünvanda quraşdırmaqdan ibarət imiş. Quraşdırdığı mebellərə uyğun isə onun pulu verilirmiş. Onlar satdıqları mebelləri müştərilərə aylıq kredit və ya nağd ödənişlə də satırmış. Elmarın mebel sexində işlədiyi müddət ərzində ondan müxtəlif bəhanələrlə ümumilikdə hissə hissə olmaqla 13000 manat borcu yaranmışdır. Elmarla razılıqlarına görə Elmar həmin pulları işləyərək hissə-hissə geri qaytaracaqmış. Hətta işlədiyi müddət ərzində Elmara mebel salonunun avtomobilini idarə etmək üçün təxminən 7-8 il əvvəl sürücülük vəsiqəsi almışdır. Təxminən altı-yeddi ay əvvəl Elmar yaxınlaşıb ailəsi ilə birlikdə Bakı şəhərinə köçmək istədiyini bildirmiş və bu adla mebel sexində öz istəyi ilə işdən ayrılmışdır. Elmar Bakı şəhərinə köçdükdən sonra ünvan 1 sakini Qüdrət Alışovdan və Cəllabad rayonu Göytəpə kənd sakini Tahirə Allahverdiyevadan müqaviləsiz şifahi olaraq təxminən 1 il yarım əvvəl nisyə satdıqları mebellərə görə qalan 250 və 150 manat borcları istədikdə həmin şəxslər satdıqları mebellərin pulunu mebeli quraşdırarkən Elmara ödədiklərini bildirmişlər. Bundan başqa Elmar özü də təxminən iki ilə yaxın imiş ki, onlara məxsus Masallı şəhəri Təzə Alvadı kəndində yerləşən mebel dükanlarından mebel dəstləri götürmüşdür. Həmin mebel dəstələrinin təxminən 5000-6000 manata qədərini "Madeyra" mebel dükanından, 670 manat dəyərində mebel dəstini isə Təzə Alvadı kəndində onlara məxsus olan "Şarm" mebel salonunda Gülşən adlı işçilərindən götürmüşdür. 5000-6000 manat dəyərində kreditlə götürdüyü mebellərin pulundan bir hissəsini ödəmiş, 2100 manat isə borclu qalmışdır. Həmçinin təxminən 4-5 il əvvəl Cəlilabad rayonunda yaşayan X6 onlara məxsus "Madeyra" mebel salonundan kreditlə qızı üçün cehizlik mebel əşyaları götürmüş və mebelin pulunu ödəmişdir. Lakin daha sonra İlham qızı ilə ailəsi arasında yaranan narahatçılığa görə həmin mebel dəstini geri qaytarmalı olmuşdur. Onlara məxsus "Madeyra" mebel dükanının anbarlarından biri də Elmarın ünvan 1ində yerləşən nənəsi evinin birinci mərtəbəsində imiş. Buna görə də həmin mebellər sürücü Ramin və usta kimi digər işçiləri İlkinlə birlikdə Bakı şəhərindən Cəlilabad rayonuna İlhamın evinə geri qaytarılmış, Cəlilabad rayonunda İlham lazım olanları öz evinə boşaltdırmış qalanını isə geri qaytarmışdır. O, Ramin gilə həmin mebellərin Elmarın nənəsi evinə boşaldılmasını demişdir. Təxminən iki il yarım bundan əvvəl İlham adlı şəxs ona zəng edərək həmin mebelleri yenidən geri qaytarmaq istədiyini demişdir. O isə İlhama heç bir etiraz etməmişdir. İlham həmin cehizlik əşyalarını geri qaytaran zaman ona zəng edərək cehizlik əşyalarından stol-stul dəstinin olmamasını demişdir. Elmarın götürdüyü kreditlərlə və ona yaranmış ümumi borcları ilə birlikdə ümumilikdə təxminən 13000 manat pul ödəməli imiş. Bundan əlavə Elmar "Madeyra"da işləyən Vüsalə adlı qadından anasının xəstə olmasını əsas gətirərək 4000 manat borca da pul almışdır. Lakin həmin puldan da ona hər hansı bir məbləğdə pul geri qaytarmamışdır. Daha sonra Elmarla onlara olan borca görə nənəsinə məxsus pensiya kartını onlara verməsi və hər ay onun borcundan 260 manat pul çıxarmaqla bağlı razılaşmışlar. Elmar kartı ona təqdim etdikdən sonra hər ay 260 manat mağazaya pul ödəyirmiş, beş-altı ay imiş ki, həmin məbləği kartdan çıxararaq mağazanın hesabına ödəyirmiş. Bir ay bundan əvvəl Elmar həmin kartı banka gedərək bağlatdırmışdır. O, Elmara zəng edib onu polisə şikayət edəcəyini bildirdikdə Elmar heç kimdən qorxmadığını demişdir. Bundan sonra o Masallı RPŞ-yə poçt vasitəsilə müraciət edib Elmar barəsində şikayət etmişdir. O, təhqiqata verdiyi izahat zamanı Elmarın mebel salonundan kreditlə götürdüyü mebellərin pulunu ödəməməsi və nisyə mebel götürən adlarını qeyd etdiyi şəxslərdən 250 manat və 150 manat pulu ona verməməsinə həmçinin İlham adlı şəxsin Elmarın nənəsinə məxsus fərdi yaşayış evinə boşaldılması üçün qaytardığı stol-stul dəstinə görə onun mebellərin pulunu mənimsədiyini bildirmişdir. Araşdırma zamanı X4 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 sakini İddiaçı həmkəndlisi Cavabdeh barəsində Masallı RPŞ-yə ünvanladığı müraciətlə tanış olmuşdur. Təxminən dörd ildir ki, ünvan 1ində yerləşən "Şarm" mebel salonunun direktorudur. Cavabdeh da mebel salonunda usta işlədiyi üçün o zamandan tanıyır. Direktoru olduğu "Şarm" mebel dükanı da İddiaçı gilə məxsusdur. ünvan 1ində təxminən üç il əvvəl Elmar direktoru olduğu mebel salonundan altı ədəd 270 manat dəyərində stul götürmüş, təxminən altı ay əvvəl isə ümumi dəyəri 400 manat olan paltar dolabı almış, anasının xəstə olduğunu bildirdiyi üçün və eyni zamanda bir yerdə işlədiklərinə görə o hissə-hissə ödəmək şərti ilə Elmara qeyd etdiyi mebel əşyalarını versə də, Elmar indiyədək həmin əşyaların pulunu ödəmir. Təxminən altı ay əvvəl Elmar Bakı şəhərinə köçmək adı ilə İddiaçı mebel mağazasındakı işindən imtina etmişdir. Elmar "Şarm" mebel dükanına ümumilikdə 670 manat pul ödəməlidir. Araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, ünvan 1 sakini əvvəllər işlədiyi Masallı rayonunda yerləşən "Madeyra" mebel salonunu işlədən İddiaçı onun barəsində Masallı RPŞ-yə ünvanladığı müraciətlə tanış olmuşdur. İddiaçı həmkəndli kimi yaxından tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2012-ci ilin fevral ayından ünvan 1ində Sübhan Muxtarova məxsus "Madeyra" mebel mağazasında mebel ustası işləyirmiş. İşlədiyi müddət ərzində mebel mağazasında vəzifəsi müştərilərə satdıqları mebel əşyalarını yaşadıqları ünvanda quraşdırmaqdan ibarət imiş. Həmçinin "Madeyra" mebel salonunun mebellərinin bir hissəsi anbar kimi nənəsinin yaşadığı ünvan 1ində imiş. Lakin əsas mebel anbarı Azərin evinin həyətində yerləşirmiş. Digər işçilər kimi o da mebel anbarına girib-çıxırmış. İşlədiyi müddətdə onun aylıq qazancı ümumilikdə 400-500 manat təşkil edirmiş. İşlədiyi müddət ərzində Azərdən müxtəlif vaxtlarda borc pullar almaqla, həmçinin onlara məxsus "Madeyra" mebel dükanından və "Şarm" mebel dükanlarından şifahi razılıqla kreditlə mebellər götürmüşdür. "Madeyra mebel salonundan götürüyü mebellər təxminən 2000-2500 manat, "Şarm" mebel salonundan isə götürdüyü mebellər 670 manat dəyərində olmuşdur, həmin kreditlərin xeyli hissəsini işlədiyi dövr ərzində qaytarmışdır. Hazırda onun Azərə təxminən 1500 manat pul borcu vardır. 2021-ci ilin fevral ayında ailə vəziyyəti ilə əlaqədar Sumqayıt şəhərinə köçərək orada yaşamağa başlamışlar. İşdən ayrıldıqdan sonra Azər zəng edərək borcunu geri qaytarmağını ondan tələb edir, əks təqdirdə onu polisə şikayət edəcəyini bildirirmiş. O, isə Azərə səbrli olmasını, qısa zamanda borcunu geri qaytaracağını təkrarlayırmış. Sonradan ona məlum olmuşdur ki, Azər onun işlədiyi müddət ərzində ona məxsus mebel əşyalarını xəbərsiz şəkildə sataraq mebel mağazasına 10500 manat dəyərində maddi ziyan vurmağı barədə Masallı RPŞ-yə ərizə ilə müraciət edib. O, İddiaçı 10500 manat dəyərində ziyan vurmamış, Azərə sadəcə olaraq 1500 manat pul borcu vardır. Həmin pulu da geri qaytaracaqdır. O, Azərdən təxminən bir il əvvəl kredit borclarından əlavə 1500 manat borc pul almış, lakin maddi imkanı olmadığı üçün həmin borc pulunu geri qaytara bilmir. Azərə məxsus "Madeyra" və "Şarm" mebel dükanında olan kredit borcları ilə birlikdə ona təxminən 3000 manat pul borcu qalmışdır. Ona məxsus mebel dükanından onun xəbəri olmadan heç vaxt mebel satmamışdır. Ümumiyyətlə satışla bağlı o heç bir fəaliyyət göstərməmişdir. 2018-ci ilin qış aylarında anası Sumqayıt şəhərində yerləşən Unikal Hospitalda qadın xəstəliyi ilə bağlı əməliyyat olunmuş, bu zaman əməliyyat xərci 1500 manat təşkil edirmiş, bu zaman o Vüsalə vasitəsilə Cəlilabad rayonu Göytəpə şəhərində yaşayan Lalə adlı qadından 4000 manat pul almış, həmin pulu nənəsi Xanımgül Səfərovaya məxsus pensiya kartı ilə ödəmişdir. O, həmin pulu Solmazdan və ya Vüsalədən deyil, Vüsalənin dostu Lalədən almışdır. O, Tahirə adlı qadının evinə mətbəx mebeli və qaz sobası quraşdırarkən mağazaya ödəniləcəyi 150 manat pulu nağd şəkildə Tahirədən alıb Azərə təqdim etmişdir, lakin Qüdrətdən aldığı 250 manat pulu ehtiyacı olduğu üçün Azər deyərək borc kimi özünə götürmüşdür. İlham adlı şəxsi və onun yaşadığı ünvanda mebel əşyası quraşdırmağını xatırlamır, lakin satıldıqdan sonra geri qaytarılan mebel əşyalarını çox vaxt Sübhan Muxtarovun evinin həyətindəki əşya anbarında yerləşdirirmışlər. Həmin mebel əşyası nənəsinə məxsus evə yığılan zaman o orada olmamışdır. Lakin Azər bu barədə ona bildirdikdə o Azərə "əgər stol stul nənəsinə məxsus evdən yoxa çıxıbsa pulunu özüm ödəyəcəyəm" demişdir. Lakin sonradan həmin stol stul dəstinin nənəsinə məxsus evə boşaldılmamasını öyrənmişdir. O, təhqiqat araşdırması zamanı verdiyi izahatda həmin mebel əşyasının Ramingil tərəfindən Azərin öz evinin həyətində olan mebel anbarına boşaldılmasını bildirmək istəmişdir. Çünki həmin mebel əşyaları təxminən 4-5 il əvvəl geri qaytarılan zaman və həyətə boşaldılan zaman o orada olmamışdır. Azər və Vüsalə ilə söhbət zamanı onu polisə şikayət edəcəklərini bildirdikləri zaman o onlara demişdir ki, ona şər atdıqları təqdirdə intihar etməyinin səbəbkarı kimi onların adlarını qeyd etdiyi kağıza ərizə yazaraq intihar edəcək. Lakin onun belə bir fikri yoxdur. Sadəcə Azərgilin ona bir qədər möhlət vermələrini istəmişdir. O Azərgilə olan borcunun məbləğini konkretləşdirərək hissə-hissə onlara ödəyəcəyinə söz vemişdir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh təxminən 7-8 il müddət ərzində işlədiyi ünvan 1ində yerləşən "Madeyra" mebel salonundan və "Şarm" mebel salonundan müxtəlif vaxtlarda şifahi razılıq əsasında kreditlə mebel dəstləri götürmüş, lakin həmin mebellərin pullarını tam şəkildə ödəməmiş, həmçinin İddiaçı və Vüsalə Allahverdiyevadan müəyyən məbləğlərdə aldığı borc pulları hazırki vaxta qədər ödəyib qaytarmamışıdır. Araşdırma zamanı X1 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 sakini İddiaçı həmkəndlisi Cavabdeh barəsində Masallı RPŞ-yə müraciətlə tanış olmuşdur, təxminən 9 ildir ki, ünvan 1ində Sübhan Muxtarova məxsus "Madeyra" adlı mebel mağazasında satış məsləhətçisi işləyir, aylıq 300 manat əmək haqqı alır. Vəzifəsi mebel mağazasına yaxınlaşan müştəriləri qəbul edib onlara mebel çeşidlərini təqdim etməkdən və ya kreditlə alınmış mebellərlə bağlı kredit müqaviləsi bağlamaqdan ibarətdir. Təxminən doqquz ildir ki, Cavabdeh mebel sexində usta işlədiyi üçün yaxından tanıyır, lakin mebel mağazasında işləməzdən əvvəl onu tanımırmış. İşlədiyi müddətdə Elmarın vəzifəsi müştərilərə satılan mebel əşyalarını yaşadıqları ünvanda quraşdırmaqdan ibarət imiş. Elmar həmçinin anbarda olan mebel əşyalarının sayı hesabına da nəzarət edirmiş, bu işi ona İddiaçı həmkəndli olduğu üçün etibar etmişdir. Mebelləri müştərilərə aylıq kreditlə, şifahi razılıqla və ya nağd ödənişlə də satırmışlar. Elmar mebel mağazasında işlədiyi zaman təxminən bir il əvvəl anasının səhhətində narahatçılıq yarandığını iddia edərək ondan 4000 manat borc pul istəmişdir. Elmara inandığı üçün onun yalan danışacağına inanmırmış, çünki o, işlədiyi müddət ərzində onların etibarını qazanmışdır. Əməliyyat olunduqdan sonra borc olaraq aldığı pulu guya dərhal geri qaytaracaqdır. Bu səbəbdən o Cəlilabad rayonu Musalı kəndində yaşayan bacısı Solmazdan 4000 manat pul alaraq Madeyra mebel dükanında təklikdə Elmara vermişdir. Bir müddət keçdikdən sonra iş yoldaşları olaraq əməliyyat olunan anasına baş çəkməyə getmək istədikdə Elmar onlara icazə verməyərək anasına tibbi sistemlə su köçürüldüyünü, bu səbəbdən qonşu rayona getdiyini bildirmişdir. İşlədikləri müddət ərzində Cəlilabad rayonu Kazımabad kəndində yaşayan bibisi Tahirə Allahverdiyava da onların mebel mağazasından kreditlə 1200 manat dəyərində mətbəx mebeli və 150 manat dəyərində qaz sobası almışdır. Qaz sobasını alan zaman üzərində pulunun olmadığını, qaz sobasının pulunu nağd şəkildə evdə ödəyəcəyini bildirmişdir. Mətbəx mebelini və qaz sobasını bibisi Tahirənin evində Cavabdeh quraşdırmışdır. Daha sonra o bibisindən bu barədə soruşduqda bibisi həmin 150 manat pulu Elmarın özünə verməsini bildirmişdir. Onlar son zamanlaradək elə bilirmişlər ki, bibisi qaz sobasının pulunu hələ də ödəməyib. Bu səbəbdən təxminən beş-altı ay əvvəl bibisinə zəng edib 150 manat borcunu mebel mağazasına ödəməsini dedikdə bibisi onlara qaz sobasının pulunu mebel quraşdırarkən Elmara mağazaya təqdim etməsi üçün verdiyini bildirmişdir. Elmar isə iddia edirmiş ki, bibisi Tahirədən aldığı 150 manat pulu guya İddiaçı təqdim edib. Lakin Azər isə ona pul verilmədiyini iddia edir. Təxminən altı-yeddi ay əvvəl Elmar ailəsi ilə birlikdə Bakı şəhərinə köçmək istədiyini bildirmiş və bu adla mebel sexində öz istəyi ilə işdən ayrılmışdır. X14 Muxtarova müəyyən məbləğdə borcu olmaqla ona 4000 manat pul borcu var. O, Elmardan borcunu ödəməsini istədikdə Elmar guya özünü öldürəcəyi və onların ondan pullarını istədikləri üçün bunları edəcəyini bildirir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan və materiallardan görünür ki, İddiaçı Masallı RPŞ-nə müraciət edərək ona məxsus 10500 manat pulunu Cavabdeh adlı şəxs tərəfindən mənimsənildiyini bildirmişdir. Məhkəmə araşdırmaları zamanı isə müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıdan 7500 manat borc pul almış və həmin pulu qaytarmamaqla iddiaçıya 7500 manat məbləğində borcu olmuş həmin məbləğdə pulu iddiaçıdan borc aldığını etiraf etmiş və borcu qaytardığını iddiaçıya 1000 manat borcu qaldığını etiraf etməsinə baxmayaraq 7500 manat borc aldığı pulu iddiaçıya qaytarması barədə məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin iddiaçının cavabdehin ona ziyan vurması və pul mənimsəməsi barədə sübut təqdim edilmədiyi üçün iddia tələbi qalan hissələrdə rədd edilməlidir. Məhkəmə bu qənaətə gələrkən hüquqi mövqeyini onunla əsaslandırır ki, tərəflər arasında yazılı əmək müqaviləsi olmamış, cavabdehlə iddiaçının işlədiyi mebel sexi üzrə rəsmi əmək müqaviləsi bağlanmamış, iddiaçı mebel sexində nəzarətçi işləmişdir, bildirməsinə görə Masallı rayonu, Təzə Alvadı kəndində qardaşı Sübhan Muxtarova məxsus "Madeyra" adlı mebel sexində nəzarətçi işləyərək qardaşına köməklik göstərir. Həmçinin cavabdehə hansı mebellərin təhvil verilməsi və mebellərə görə öhdəliyinin nədən ibarət olması rəsmi qaydada olmamışdır, cavabdehin işi mebelləri aparıb müştərilərə təhvil vermək və quraşdırmaqdan ibarət olmuşdur, iddiaçı isə mebel sexində nəzarətçi işləmişdir, ona görə də hazırki iddia tələbi üzrə cavabdehə qarşı maddi ziyan tələbi sübut olunmadığı və müəyyən olunmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə işin faktiki və hüquqi hallarını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçı cavabdehdən 18060 (on səkkiz min altmış) manat məbləğində pulun alınıb ona verilməsini iddia etməsinə baxmayaraq iddianın tam təmin edilməsi, ziyan vurulması barədə sübut təqdim etməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan və iş materillarından görünür ki, cavabdeh mebel salonunda işlədiyi vaxtlarda iddiaçıdan şəxsi ehtiyacları üçün aldığı borc pul 7500 manat olmuş və 7500 manatın cavabdeh tərəfindən iddiaçıya qaytarılması barədə sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməli və cavabdehdən 7500 manat pul alınaraq iddiaçıya verilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 144 (bir yüz qırx dörd) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində pul və 144 (bir yüz qırx dörd) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1354/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1354/2024
05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver