Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-138/2023 31.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məmmədov X9 Rəna Gülağa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə 900 manat, hüquqi yardıma görə 100 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat, cəmi 1100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında olan razılığa əsasən xx.xx.2020-ci il tarixdə müqavilə bağlayaraq onun və ailə üzvlərinin xüsusi mülkiyətlərinə verilmiş 1,10 hektar torpaq sahəsini kənd təsərrüfatı məhsulları əkibbecərmək məqsədi ilə icarəyə götürmüşdür. xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək icarəyə götürdüyü 1,10 hektar torpaq sahəsinin icarə haqqını qabaqcadan Cavabdeh ödəmiş, icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi qalmamışdır. Cavabdeh icarəyə götürdüyü 1,10 hektar torpaq sahəsinə çoxillik əkin hesab olunan 1 kq 10 manata olan 50 kq yonca tumu səpmişdir. İcarəyə götürdüyü 1,10 ha torpaq sahəsinə əkdiyi yonca sahəsi ilə bağlı Masallı Rayon Kənd Təsərrüfatı İdarəsinə hesabat da vermişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş, ona icarəyə verdiyi 1,10 hektar torpaq sahəsini müqavilə qüvvədə olduğu müddətdə X1, sonuncu aldığı onun əkdiyi yonca sahəsini traktorla şumlayaraq yerində buğda əkmişdir. Cavabdehin müqavilənin şərtləri pozması nəticəsində ona 900 manat ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh il icarə müqaviləsi bağlamışdır. Müqavilə müddəti 5 il, 5 illiyə görə icarə haqqı 1500 manat müəyyən edilmiş və əvvəlcədən 1500 manat pulu cavabdehə vermişdir. Torpaq sahəsinin icarə haqqının müqavilədə illik 150 manat göstərilməsinə səbəb vergi məsələləri ilə bağlı olmuşdur. Torpaq sahəsinin 5 illiyə görə icarə haqqının 1500 manat müəyyən edilməsi ilə bağlı rəsmi sənəd yoxdur. Belə razılıq şifahi şəkildə olmuşdur. Torpaq sahəsini 2 il əkmiş, icarə müddəti 3 il qalmışdır. Lakin sonradan cavabdeh ona icarəyə verdiyi və pulunu əvvəlcədən aldığı torpaq sahəsini X1, sonuncu aldığı ona icarəyə verilmiş torpaq sahəsini traktorla şumlayaraq yerində buğda əkmişdir. Cavabdehin müqavilənin şərtləri pozması nəticəsində ona 900 manat ziyan dəymişdir. Sonda İddiaçı iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, bildirdi ki, İddiaçı ilə xx.xx.2020-ci il tarixdə müqavilə bağlayaraq ona və ailə üzvlərinin xüsusi mülkiyətlərinə verilmiş 1,10 hektar torpaq sahəsini kənd təsərrüfatı məhsulları əkib-becərmək məqsədi ilə 5 il müddətinə icarəyə vermişdir. İddiaçı illik icarə haqqı 200 manat olmaqla, əvvəlcədən 1000 manat ona pul vermişdir. Lakin torpaq sahəsinin illik icarə haqqı kimi 250 manat, 5 ilə görə 1250 manat verilməli idi. İddiaçı torpaq sahəsini 3 il, 2 il otlaq yeri, 1 ilini isə buğda əkərək istifadə etmişdir. Torpaq sahəsi sonradan başqa şəxsə satılmış, 400 manat pulu iddiaçıya qaytarmışdır. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Torpağa mülkiyyət hüququna” dair JN-0077 Kod 80500058 saylı Dövlət aktının surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 14 oktyabr 1997-ci il tarixli, 162 saylı qərarına əsasən X14, Cavabdeh, X15, X7 və X4 təsərüffatı məhsullarının istehsalı üçün Masallı rayonu, Xıl kəndində yerləşən 1,10 hektar torpaq sahəsi verilmişdir. 01 yanvar 2020-ci il tarxili icarə müqaviləsindən göstərilir ki, icarə verən Cavabdeh tərəfindən icarədar İddiaçı Mirağa oğluna Masallı rayonu, Xıl kəndində yerləşən 1,10 hektar torpaq sahəsi illik icarə haqqı 150 manat müəyyən edilməklə icarəyə verilmişdir. İcarə müqaviləsi icarəyə verən və icarədar tərəfindən imzalanmış, müqavilənin “Təsdiq edirəm” adlanan hissəsi Masallı RİHB-nın Xıl ƏİD üzrə nümayəndəsi Mirsənan Sadıqov tərəfindən imzalanmış və nümayəndəliyin möhürü vurulmuşdur. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş notariat işindən görünür ki, xx.xx.2022ci il qeydiyyat tarixli, **********10 saylı reyestr nömrəli çıxarışdan və reyestrdə 4Ə-118 nömrə ilə qeyd edilmiş seriya AN-İ, ******* saylı, 21 fevral 2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Masallı rayonu, Xıl kəndində yerləşən 1,1016 hektar torpaq sahəsi üzərində X8 3/15, Cavabdeh 4/15, X11 4/15 və X5 4/15 hissədə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində 164 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. (Satıcılar) Cavabdeh, X16, X17, X12 paylı mülkiyyətlərində olan Masallı rayonu, Xıl kəndində yerləşən 1,1016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini (alıcı) X2. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əssaən xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Mülki Məcəlləyə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (144.1). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1). Məhkəmə tərəflər arasında bağlanmış 01 yanvar 2020-ci il tarxili icarə müqaviləsinə münasibətdə bildirir ki, müqavilə qanunvericiliyin şərtləri pozulmaqla bağlanmış, ərazi nümayəndəsinin müqaviləni təqdiqləməsi səlahiyyəti olmamış, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı digər mülkiyyətçilərin razılığının olub-olmaması məsələnin bir başqa tərəfidir. Bundan başqa, hər iki tərəfin izahatı ilə təsdiq edilir ki, müqvailədə göstərilmiş illik 150 manat icarə haqqı həqiqəti əks etdirmir. Lakin işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh Masallı rayonu, Xıl kəndində yerləşən 1,10 hektar torpaq sahəsini iddiaçıya 5 il müddətinə istifadəyə vermişdir. İddiaçı iddia edir ki, bunun üçün qarşı tərəfə əvvəlcədən 1500 manat pul ödəmiş, torpaq sahəsini 2 il istifadə etmişdir. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatı ilə etiraf edir ki, torpaq sahəsini iddiaçıya icarəyə verməsinə görə illik icarə haqqı 200 manat olmaqla, əvvəlcədən 1000 manat pul almışdır. Lakin torpaq sahəsinin illik icarə haqqı kimi 250 manat, 5 ilə görə 1250 manat verilməli idi. Cavabdeh torpaq sahəsini 3 il istifadə etmişdir. Torpaq sahəsi sonradan başqa şəxsə satılmış, 400 manat pulu iddiaçıya qaytarmışdır. Sübutların bölgüsü baxımından ilk növbədə iddiaçı sübut etməlidir ki, torpaq sahəsinin faktiki illik icarə haqqı 300 manat olmuş və o, torpaq sahəsindən istifadə etməsinə görə 1500 manat pulu cavabdehə vermişdir. İddiaçı torpaq sahəsinin faktiki illik icarə haqqının 300 manat olması və məhz 1500 manat pulun cavabdehə verməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut etməmişdir. Lakin cavabdeh etiraf edir ki, torpaq sahəsini iddiaçıya icarəyə verməsinə görə illik icarə haqqı 200 manat olmaqla, 5 illiyə görə əvvəlcədən 1000 manat pul almışdır. Belə bir vəziyyətdə torpaq sahəsindən istifadəyə görə illik haqq 200 manat qəbul edilməlidir. Cavabdeh torpaq sahəsinin iddiaçı tərəfindən 3 il müddətinə istifadə edilməsini (iddiaçı isə 2 il istifadə etdiyini iddia edir), torpaq sahəsi sonradan başqa şəxsə satıldıqdan sonra iddiaçıya 400 manat pulu geri qaytarmasını bildirsədə, bunlarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, iş materiallarından olan reyestrdə 4Ə-118 nömrə ilə qeyd edilmiş seriya AN-İ, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, mübahisəli torpaq sahəsi 21 fevral 2022-ci il tarixdə başqa şəxsə satılmışdır. Belə vəziyyətdə iddiaçının torpaq sahəsindən istifadə müddəti 2 il olaraq qəbul edilməlidir. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Məcəlləyə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1.) Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 600 manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Lakin İddiaçı tərəfindən vəkil və ya nümayəndənin göstərdiyi yardıma görə hesab və ya digər rəsmi sənəd təqdim olunmamışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1, və 8.1.1 maddələrinə görə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat dövlət rüsumu ödənilir. İddia qiymətləndirilən iddia, iddiaçının tələbi maddi ziyan qismində 1000 manat pulun ödənilməsi olduğu üçün (məhkəmə xərcləri məsələsinin həlli məhkəmənin vəzifəsi olduğu üçün iddiaçının tələbi deyil) və iddia qismən təmin edilsədə bu iddianın təmin edilən hissəsinə görə ödənilməli olan dövlət rüsumunun məbləğinə təsir etmədiyinə görə (iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat dövlət rüsumu ödənilir) 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qismində 30 (otuz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-138/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-138/2023
31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver