Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1416/2023 18.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(050)-924/2020 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqların saxlanılması üçün nəzərdə tutulmuş hər bir uşağa görə hər ay 135 manat olmaqla, iki uşağa görə 270 manat alimentin məbləği alimentin məbləğinin artırılaraq hər bir uşağa görə 220 manat, iki uşağa görə 440 manat sabit pul məbləğində alimentin təyin edilməsi və xx.xx.2017-ci il təvəllüdlü X4 asma xəstəliyinə görə onun müalicəsinə çəkilən xərclərin əvəzi kimi hər ay 100 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə el adəti ilə ailə qurub evlənmiş, birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə birgə yaşadıqları müddət ərzində xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli qətnaməsi ilə uşaqların atalığı müəyyən edilmiş, hər uşağın saxlanılması üçün 80 manat aliment kəsilmişdir. Daha sonra Masallı rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(050)-549/2018 saylı qətnaməsi ilə hər uşağa 100 manat aliment müəyyən edilmişdir. Qeyd edilən məbləğ uşaqların saxlanılmasına yetmədiyindən Masallı Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(050)-924/2020 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşağa görə 135 manat aliment təyin edilmişdir. Alimentin artırılmasından 3 ilə yaxın vaxt keçmiş, ötən il uşaqlar üçün alınmış geyim paltarları onların əyninə olmur. Artıq uşaqlar böyüdüklərindən onların tələbatları artmış və hazırki aliment məbləği uşaqların saxlanılmasına çatmır. Eyni zamanda 2017-ci il təvəllüdlü X8 asma xəstəliyindən əziyyət çəkir və onun müalicəsi xərc tələb etdiyindən o, uşağın dərmanlarını almağa çətinliklər çəkir. Hesab edir ki, alimentin məbləği artırılarkən uşağın müalicəsi ilə bağlı əlavə xərclər də təyin edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən də iddiaçı ilə birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Daha sonra münasibətləri pisləşdiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Masallı Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli qətnaməsi ilə uşaqların atalığı müəyyən edilmiş, hər uşağın saxlanılması üçün 80 manat aliment kəsilmişdir. Sonra Masallı Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli qətnaməsi ilə hər uşağa 100 manat aliment müəyyən edilmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə alimentin miqdarının artırılması ilə bağlı müraciət etmiş və Masallı Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər uşağa görə 135 manat, cəmi 270 manat aliment təyin edilmişdir. Hazırda iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Belə ki, o, təxminən 600 manat əmək haqqı alır. Himayəsində xəstə anası və digər nikahdan anadan olmuş bir azyaşlı uşağı vardır. Həmçinin əlavə heç bir gəliri yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan 09 fevral 2015-ci ildə X12 və 28 fevral 2017-ci ildə X10 anadan olmuşdur. Uşaqların atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. Masallı Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(050)-924/2020 saylı qətnaməsindən görünür ki, 09 fevral 2015-ci ildə anadan olmuş X6 və 28 fevral 2017-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarı hər uşağa görə 35 manat artırılaraq, hər ay bir uşaq üçün 135 manat, cəmi 270 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Lənkəran Rayon Mərkəzi X3 şöbəsinin 96 nömrəli çıxarılışından görünür ki, 28 fevral 2017-ci il təvəllüdlü X2 asma xəstəliyindən əziyyət cəkir. Məhkəmə tərəfləri dinləyib, mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin üçddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı iki nəfər uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pisləşmiş və ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2(050)-924/2020 saylı qətnaməsinə əsasən 09 fevral 2015-ci ildə anadan olmuş X6 və 28 fevral 2017-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarı artırılaraq, hər ay bir uşaq üçün 135 manat, cəmi 270 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən azyaşlı Fatimənin və Rüqayyənin saxlanılması üçün ödəməli olduğu aliment uşaqların tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, uşaqları saxlamaq, qayğısına qalmaq, onların maddi və mənəvi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Məhz bu səbəbdən də uşaqların saxlanılmasında o da iştirak etməli və hazırki tələbatlarına uyğun aliment ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideyinlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideyinlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə iclasında tərəflərin izahatlarından və iş materiallarından müəyyən edildi ki, tərəflərin birgə nikahlarından 28 fevral 2017-ci ildə anadan olmuş X5 xəstəliyi ilə əlaqədar əlavə xərclərin ödənilməsinə zərurət vardır. Buna görə də cavabdeh məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb edilməlidir. İddiaçı bununla bağlı hər ay cavabdehdən 100 manat tutulmasını tələb etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməklə 28 fevral 2017-ci ildə anadan olmuş X5 xəstəliyi ilə bağlı müalicəsi üçün əlavə xərcə görə hər ay 50 manat miqdarında pul cavabdehdən tutularaq iddiaçıya verilməli, əlavə xərclə bağlı iddianın qalan hissəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı aliment tələbinə dair iddiasına təxminən 3 il bundan əvvəl baxılaraq bir uşaq üçün 135 manat, iki uşaq üçün isə 270 manat aliment müəyyən olunduğundan, həmin vaxtdan hazırki dövrədək uşaqların tələbatı artdığından, Masallı Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli, 2 (050)-924/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, həmçinin Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 müalicə xərcləri üçün hər ay 50 manat pul tutularaq anası İddiaçı verilməlidir. Artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli 2(050)-924/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Artırılmış alimentin tutulmasına Masallı Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2 (050)-1416/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. X4 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka görə Cavabdeh hər ay 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə pul vəsaitinin tutulma müddəti 1 il müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1416/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1416/2023
18.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver