Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1424/2023 15.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X2, İddiaçı icra məmuru Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təhkim edilmiş mobil qurğunun dəyəri olan 637.91 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin Bakı şəhər Maliyyə İdarəsində açılmış (M/H AZ 41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22 Bakı şəhər maliyyə idarəsi: H/H: AZ66CTRE********************, VÖEN: ********** Büdcə səviyyəsinin kodu:1, büdcə təsnifatının kodu: 142330) hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-170/2021 saylı, 04 avqust 2021-ci il tarixli hökmünə əsasən xx.xx.1967-ci il təvəllüdlü, Lənkəran şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm ilə məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Məhkum Cavabdeh barəsində hökm icraata xx.xx.2021-ci il tarixdə daxil olmuş, hökmün icrası ilə bağlı məhkumun yaşadığı ünvan 1 ünvanına bildiriş göndərilmiş, məhkum İddiaçınə gəlmiş, azadlığın mahdudlaşdırılması cəzasının çəkilməsi qaydaları cavabdehə izah edilməklə izahatı alınmışdır. Cəzanın icrası ilə əlaqədar məhkum Cavabdeh xx.xx.2021-ci il tarixində ENV-si tətbiq edilmiş, ENV-nin gəzdirmə və istifadə qaydalarına əməl edilməsi ilə bağlı hüquq və vəzifələri məhkuma izah edilmiş, xx.xx.2021-ci il tarixli protokola əsasən məhkum Cavabdeh “Attenti V6” markalı mobil qurğu, mobil qurğunun enerji adapteri və sadə elektron qolbaq olmaqla elektron nəzarət vasitəsi təhvil verilmişdir. Həmçinin, məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, azadlığın mahdudlaşdırılması cəzasının icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu tələblərə riayət edəcəyi barədə məhkumdan iltizam alınmışdır. Protokol və iltizam məhkum Cavabdeh tərəfindən imzalanmışdır. Məhkum Cavabdeh cəzası bitdiyi gün onunla əlaqə saxlanılmışdır. İddiaçınə yaxınlaşaraq ona tətbiq edilən ENV-ni təhvil verməsi barədə malumat verilmişdir. Lakin məhkum şöbəyə yaxınlaşacağını bildirsədə gəlməmiş və daha sonrakı tarixdə yaxınlaşaraq ENV-ni zədəli şəkildə təhvil vermiş, mobil qurğunun zədəli vəziyyətdə olduğu müəyyən edilmişdir. ENV-si təhvil verilərkən ona baxış keçirilmiş və təhvil verilməsi barədə protokol tərtib edilmişdir. ENV-si təhvil alındıqdan sonra Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsinə göndərilmiş, Evrodizayn QSC-nin mühəndisi tərəfindən ENV-nin zədələnməsi ilə bağlı texniki rəy verilmişdir. Texniki baxışın nəticə hissəsində “texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ana platasında korroziya müşahidəsinin olunduğu, təmirin mümkün olmaması və istifadəyə tam yararsız olması” rəyi verilmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi tərəfindən verilmiş arayışa əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. İddiaçı icra məmuru Nümayəndə məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cəzası bitdikdən sonra qolbaq onun həyətində qanuni şəkildə açılmışdır. Qanunsuz olaraq qolbağa hər hansı müdaxilə etməmişdir. Qolbaq açıldıqdan sonra müalicə üçün Bakıya getmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Elektron nəzarət dəstinin vəziyyəti haqqında Texniki rəydən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyekti Cavabdeh təhkim edilmiş elektron qolbağa müdaxilə olunmuş, ana platasında korroziya müşahidəsinin olunduğu, təmirin mümkün olmaması və istifadəyə tam yararsız olması olması aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon Məhkəməsinin 1(073)-170/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay miiddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh hazırkı iş üzrə ibtidai istintaq zamanı 25 may 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Hökmün icrası İddiaçınə tapşırılmışdır. Cavabdeh üzərinə İddiaçı məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Masallı şəhəri Natavan küçəsi ev 25-i tərk etməmək, Masallı rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Cavabdeh yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmışdır. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad Rayon Polis Şöbəsində saxlanıldığı tədqiqatdan sonrakı çəkisi 359,98 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxs Cavabdeh alınaraq dövfət büdcəsinə köçürülməsi hökm edilmişdir. İş materiallarına əlavə olunmuş 22 iyul 2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddələrinə əsasən elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onların dəyərinin ondan tutulacağı və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-7.4-ci və Azərbaycan Respublikası CM-in 52-1.5-ci maddələrinə əsasən üzərinə məhkəmənin hökmü ilə qoyulmuş vəzifələri yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırarsa, ona təyin olunmuş cəzanın azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunması ilə bağlı haqqında tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş “Eurodesing” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ED-M-96-21 nömrəli məktubdan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin (1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası) qiyməti 1930 manat, ƏDV-si isə 347.40 manat olmaqla, cəmi 2277.40 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunverciliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Habelə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iddia üzrə cavabdehin qanunazidd davranışları nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurulmuş, lakin cavabdeh tərəfindən həmin ziyan (zərər) tam şəkildə iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının haqlı olaraq zərərin əvəzinin tam şəkildə ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin hüquqa zidd əməlləri nəticəsində 637.91 manat məbləğində zərər dəymiş, iddiaçı isə hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tam əsaslıdır. Bu səbəbdən təmin edilməli və Cavabdeh 637.91 manat məbləğində pul vəsaiti tam şəkildə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin Bakı şəhər Maliyyə İdarəsində açılmış (M/H AZ 41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22 Bakı şəhər maliyyə idarəsi: H/H: AZ66CTRE********************, VÖEN: ********** Büdcə səviyyəsinin kodu:1, büdcə təsnifatının kodu: 142330) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 637.91 (altı yüz otuz yeddi, doxsan bir) manat məbləğində pul vəsaiti alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin Bakı şəhər Maliyyə İdarəsində açılmış (M/H AZ 41NABZ********************, VÖEN: **********, Kod: 210005, SWİFT: CTREAZ22 Bakı şəhər maliyyə idarəsi: H/H: AZ66CTRE********************, VÖEN: ********** Büdcə səviyyəsinin kodu:1, büdcə təsnifatının kodu: 142330) hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1424/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1424/2023
15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver