Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1425/2025 12.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə iddiaçı "TİKMAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı "TİKMAT” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək сavabdeh Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat əsas borcun, 1000 (bir min) manat azaldılmış gecikmə cəriməsinin, 30 (otuz) manat məhkəmə rüsumunun, 1 (bir) manat bank xidmət haqqının, cəmi 5831 (beş min səkkiz yüz otuz bir) manat məbləğin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı "TİKMAT” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək сavabdeh Cavabdeh 4496 (dörd min dörd yüz doxsan altı) manat əsas borcun, 1000 (bir min) manat azaldılmış cəriməsinin, 30 (otuz) manat məhkəmə rüsumunun, 1 (bir) manat bank xidmət haqqının, cəmi 5527 (beş min beş yüz iyirmi yeddi) manat məbləğin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı rəsmi distribütor olaraq uzun illərdir "xxxx" markalı sementin satışını həyata keçirir. Şirkətin satış əhatə dairəsinə Bakı və Sumqayıt şəhərləri, Abşeron və digər rayonlar daxildir. 2014-cü ilin aprel ayında Cavabdeh İddiaçınə müraciət edərək, Xırdalan şəhərində icarəyə götürdüyü tikinti materialları mağazasında "xxxx" markalı sementin satışı üçün əlverişli imkanlar olduğunu bildirmişdir. Şirkət tərəfindən mağazaya baxış keçirildikdən sonra 06 may 2014-cü il tarixində cavabdehə ilkin olaraq 960 (doqquz yüz altmış) manat dəyərində “A klass” və “B klass” növləri üzrə "xxxx" markalı sement göndərilmişdir. Razılaşmaya əsasən cavabdeh hər satış üzrə dərhal məlumat verməli və satılmış malların dəyərini İddiaçı kassasına ən geci 26 gün ərzində ödəməli idi. Ümumilikdə cavabdehə 28280 (iyirmi səkkiz min iki yüz səksən) manat dəyərində sement göndərilmiş, lakin o, cəmi 23480 (iyirmi üç min dörd yüz səksən) manat məbləğində ödəniş etmişdir. Hal-hazırda onun şirkətə olan borcu 4800 (dörd min səkkiz yüz) manat təşkil edir. İlkin mərhələdə ödənişlər müəyyən ardıcıllıqla aparılsa da, sonradan cavabdeh ödəmə intizamını pozmuş, verilmiş etibardan sui-istifadə etmiş, ödənişləri azaldaraq və gecikdirərək borcun yığılmasına səbəb olmuşdur. Ərizəyə əlavə edilmiş üzləşmə aktında da, bu hallar öz əksini tapmışdır. Şirkət dəfələrlə cavabdehin iş yerinə gedərək borcun ödənilməsinin vacibliyini xatırlatmış və müvafiq orqanlara müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Buna baxmayaraq, cavabdeh borcu bu günə qədər tam olaraq ödəməmişdir. 16 may 2017-ci il tarixində cavabdeh borcunu yazılı şəkildə təsdiq etmiş və 16 iyun 2017-ci il tarixinə qədər tam ödəyəcəyini vəd etmişdir. Lakin bu öhdəliyini də, yerinə yetirməmişdir. 01 yanvar 2015-ci il tarixində bağlanmış TM-035 nömrəli müqavilənin 3.4-cü maddəsinə əsasən alıcı 26 iş günü müddətindən gec olmayaraq borcunu ödəməlidir. Əks halda, alqı-satqı müqaviləsinin 5.2ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0.2%-i miqdarında cərimə tətbiq olunmalıdır. Borclu ilə 2019-cu ildə əlaqə saxlanılmış, borcun qaytarılması ilə bağlı vəd vermiş, lakin sonradan telefonlarını söndürərək əlaqəni tamamilə kəsmişdir. Bu müddət ərzində cavabdeh ilə dəfələrlə əlaqə saxlamağa cəhd olunsa da, heç bir nəticə əldə edilməmiş, verdiyi vədlər isə sadəcə ödənişi gecikdirmək məqsədi daşımışdır.
Tərəflərin izahatları:
4. İddiaçı "TİKMAT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, İddiaçı direktoru X1 məhkəməyə 05 may 2025-ci il tarixli ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiklərini bildirmiş və məhkəmə iclasının iştirakları olmadan keçirilməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
6. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
9. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 aprel 2014-cü il tarixli, D-86/2014 nömrəli müqavilədən görünür ki, İddiaçı Cavabdeh sementlə təchiz etməyi öz üzərinə götürür. “A klass” markalı 40 kq kisələrə doldurulmuş sementin 01 yanvar 2014-cü il tarixindən 1 tonunun razılaşdırılmış qiyməti 130 manat, 1 kisəsi 5,20 manat, “B klass” markalı 40 kq kisələrə doldurulmuş sementin 15 mart 2014-cü il tarixindən 13 iyun 2014cü il tarixinədək 1 tonunun razılaşdırılmış qiyməti 112,5 manat, 1 kisəsi 4,50 manat təşkil edir.
10. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 yanvar 2015-ci il tarixli, TM-035 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh mülkiyyətinə "xxxx" MMC-nin istehsalı olan 40 kq kisələrə doldurulmuş sement (“A klass” və “B klass”) verməyi, alıcı Cavabdeh isə malı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
11. İddiaçı 16 may 2017-ci il tarixli maliyyə hesabatından görünür ki, Cavabdeh 14 noyabr 2016-cı il tarixinə kimi İddiaçınə ümumi olaraq 4800 manat məbləğində borcu vardır.
12. İddiaçı Cavabdeh arasında olan üzləşmə aktından görünür ki, Cavabdeh 05 may 2016-cı il tarixə İddiaçınə 6000 manat məbləğində borcu olduğunu təsdiq edir.
13. İddiaçı Cavabdeh arasında olan üzləşmə aktından görünür ki, Cavabdeh 16 may 2017-ci il tarixə İddiaçınə 4800 min manat məbləğində borcu olduğunu təsdiq edir.
14. İddiaçı tərəfindən tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçınə cəmi 4800 manat məbləğində borcu qalmışdır.
15. İddiaçı Cavabdeh ünvanlandığı 16 may 2017-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı ilə arasında bağlanmış 28 aprel 2014-cü il tarixli, D-86/2014 nömrəli və 01 yanvar 2015-ci il tarixli, TM-035 nömrəli müqavilələr üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. İddiaçı tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 7 (gün ərzində riayət olunmadığı təqdirdə, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
16. Cavabdeh 05 may 2025-ci il tarixli iltizam məktubundan görünür ki, İddiaçınə 4800 manat məbləğində borcu vardır, həmin borcdan 22 aprel 2025-ci il tarixdə 152 manat məbləğində ödəniş etmiş, qalan 4648 manat məbləğində borcu qəbul edir, Qazaxıstan Respublikasında yaşadığı üçün borcu tam şəkildə və hissə-hissə şəkildə qaytarmaq üçün üzərinə öhdəlik götürmüşdür.
17. 14 may 2025-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçınə 152 manat məbləğində ödəniş etmişdir.
18. 22 iyun 2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir.
19. 02 aprel 2025-ci il tarixli “ASAN ödəniş” sistemindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 48 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
20. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 28 aprel 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən “Klass A – CEM İİ/A-P 32.5 R” markalı, 40 kq kisələrə qablaşdırılmış sementin 01 yanvar 2014-cü il tarixindən 1 tonunun razılaşdırılmış qiyməti 130 manat, 1 kisəsi 5,20 manat dəyərində, “Klass B – CEM İİ/B-L 32.5 R” markalı, 40 kq kisələrə qablaşdırılmış sementin 15 mart 2014-cü il tarixindən – 13 iyun 2014-cü il tarixədək 1 tonunun razılaşdırılmış qiyməti 112,50 manat, 1 kisəsi 4,50 manat dəyərində müəyyən edilmişdir. 01 yanvar 2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan ümumilikdə 28280 (iyirmi səkkiz min iki yüz səksən) manat dəyərində “A klass” və “B klass” növləri üzrə "xxxx" markalı sement almış, həmin məbləğdən 23480 (iyirmi üç min dörd yüz səksən) manat məbləğində ödəniş etmiş və cavabdehin iddiaçıya 4800 manat əsas borcu qalmışdır. Cavabdeh 05 may 2025-ci il tarixli yazılı iltizamla İddiaçınə 4800 manat məbləğində borcdan 22 aprel 2025-ci il tarixdə 152 manat məbləğində ödəniş etmiş, qalan 4648 manat məbləğində əsas borcu qəbul etmişdir. 14 may 2025-ci il tarixdə Cavabdeh əlavə olaraq iddiaçıya 152 manat məbləğində ödəniş etmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, lakin müqavilə ilə üzərinə düşən öhdəliyə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 4496 manat borcu yaranmışdır.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
23. Göründüyü kimi, cavabdeh balğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da, müqavilələrin şərtlərini pozmuşdur.
24. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.
25. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər.
26. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması iddiaçının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğindən əhəmiyyətli dərəcədə artıq hesablanmışdır.
27. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, 4496 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 1000 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 20 manat müəyyən edilməlidir.
28. Məhkəmə hesab edir ki, cavabdehdən 4496 manat məbləğində borc və 20 manat məbləğində cərimə olmaqla, cəmi 4516 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə baxışının hədləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
30. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 78 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 4668 manat tutulduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65,16 (altmış beş manat on altı qəpik) manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 12,84 (on iki manat səksən dörd qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
31. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4496 manat əsas borc, 20 manat cərimə, ödənilmiş 65,16 manat dövlət rüsumu və 1 manat xidmət haqqı tutularaq İddiaçınə ödənilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 12,84 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4496 manat əsas borc, 20 manat cərimə borcu, cəmi 4516 (dörd min beş yüz on altı) manat məbləğində pul, ödənilmiş 65,16 (altmış beş manat on altı qəpik) manat dövlət rüsumu və 1 (bir) manat xidmət haqqı tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 12,84 (on iki manat səksən dörd qəpik) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elşən Hüseynov