Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1434/2024 30.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun iştirakı ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı «vurulmuş maddi ziyan» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Masallı rayonu, Təklə kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində nömrəsiz evdə yaşayan, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh 2277.40 (iki min iki yüz yetmiş yeddi, qırx) vəsaitin alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 1(008)-694/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmənin hökmünə əsasən onun üzərinə cəza çəkdiyi müddət ərzində axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə hakimin göstərişi icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Məhkum Cavabdeh xx.xx.2023-cü il tarixdə idarənin qeydiyyatına alınmış və ona "Attenti" markalı 1 ədəd elektron qolbaq onun ayağına bağlanılmış, 1 ədəd mobil nəzarət qurğusu, həmin qurğunun 1 ədəd enerji adapterindən ibarət elektron nəzarət vasitələri tətbiq edilmişdir. Eyni zamanda məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərində çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib edilmiş protokoldan göründüyü kimi elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı barədə xəbərdarlıq edilmişdir, lakin Cavabdeh barəsində izlənmə məlumatı gəlmədiyinə görə idarəyə dəvət olunmuş, elektron nəzarət vasitəsinə baxış keçirilmiş, məlum olmuşdur ki, 35650152 saylı mobil qurğunun ekranına məlumatlar gəlməyir və bununla bağlı akt tərtib edilmişdir. Bundan sonra məhkumun izahatı alınmış, izahatında bildimişdir ki, şimşək çaxıb və ona görə də mobil qurğu xarab olmuşdur. Cavabdeh həmçinin izahatında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinin tələbləri, yəni tətbiq edilmiş elektron nəzarət vasitələrini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı barədə xəbərdar edildiyini qeyd etmişdir. Məhkum tərəfindən zərər elektron nəzarət vasitəsinin dəyərinin könüllü şəkildə ödənilməsi ilə bağlı tərəflərindən Cavabdeh müvafiq bildiriş göndərilmiş, lakin məhkum keçən müddət ərzində elektron nəzarət vasitəsinin dəyərini ödəməmişdir. "Attenti" markalı elektron nəzarət vasitələrini tədarük edən "xxxx" QSC-nin elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyindən görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinin mobil qurğusunun ana platada korriziya müşahidə olunur, təmiri mümükün deyil, istifadəyə tam yararsızdır. "xxxx" QSC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinə göndərdiyi xx.xx.2021-ci il tarixli məktubunda məhkumlar tərəfindən onlara verilmiş elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında həmin vasitələrin dəst şəklində dəyərinin ödənilməsi müəyyən edilmişdir. Həmin nəzarət vasitələri dəstinin dəyəri 2277.40 manat (ƏDV daxil) təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığına görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsi tərəfindən Probasiya Xidmətinə verilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən yerli qurumlara təhvil verilmiş, istifadə zamanı zədələnmiş və ya digər üsulla yararsz vəziyyətə salınmış elektron nəzarət vasitələrinin dəyərinin məhkumlardan tutulmasını təmin etmək məqsədilə məhkəmələrdə iddia tələbləri üzrə təmsil etmək, o cümlədən iddia ərizəsini yazmaq və imzalamaq, iddia predmetini və ya əsasını dəyişdirmək, məhkəmələr tərəfindən çıxarılmış qərarlardan şikayət etmək, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən verilən xidməti tapşırıqların yerinə yetirilməsinə dair qanunla müəyyən edilmiş hərəkətlər etmək Probasiya Xidmətinin bütün yerli qurumlarının rəislərinə və icra məmurlarına etibar olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-694/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Cavabdeh 14 fevral 2022-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət, 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək tutularaq saxlanıldığı 02 gün müddət, cəmi 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 08 gün müddət ona təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində 02 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cavabdeh üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması, Hökmün icrasına nəzarət Cavabdeh yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Cavabdeh cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində seçilmiş "polisin nəzarət altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut -"Sinbo" markalı ütünün qanuni sahibi X1 təhvil verilməsi nəzərə alınması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İş materiallarına əlavə olunmuş Elektron nəzarət dəstinin vəziyyəti haqqında Texniki rəydən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş texniki baxış zamanı müəyyən olunmuşdur ki, nəzarət subyekti Cavabdeh təhkim edilmiş elektron qolbağa müdaxilə olunmuş, ana platasında korroziya müşahidə olunduğu, təmirin mümkün olmaması və istifadəyə tam yararsız olması olması aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunverciliyin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Habelə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iddia üzrə cavabdehin qanunazidd davranışları nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurulmuş, lakin cavabdeh tərəfindən həmin ziyan (zərər) tam şəkildə iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının haqlı olaraq zərərin əvəzinin tam şəkildə ödənilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin hüquqa zidd əməlləri nəticəsində 2277.40 manat məbləğində zərər dəymiş, iddiaçı isə hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tam əsaslıdır. Bu səbəbdən təmin edilməli və Cavabdeh 2277.40 manat məbləğində pul vəsaiti tam şəkildə alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 2277.40 (iki min iki yüz yetmiş yeddi, qırx) manat məbləğində pul vəsaiti alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xüsusi hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1434/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1434/2024
30.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver