Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1494/2023 06.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 (on min) ABŞ dolları məbləğində pulun və ödənilmiş 198 (yüz doxsan səkkiz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1 ilə 2000-ci ildə faktiki nikah münasibətinə girməklə ailə həyatı qurmuşdur. Nikahlarını xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası, Smolensk vilayətinin Roslavsk rayonu Vətəndaşlıq Aktları qeydiyyatı Bölməsində rəsmiləşdırmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2002-ci il təvəllüdlü Jalə adlı bir qız, xx.xx.2004-cü il təvəllüdlü Samir adlı bir oğlan övladları dünyaya gəlmişdir. Onlar ailə həyatı qurduqdan sonra yaşamaq uçün Rusiya Federasiyasına köçmüşlər. Həyat yoldaşı orada ortaqları ilə birlikdə ət tədarükü və satışı ilə məşğul olmuşlar. Mərhum həyat yoldaşı Havasət Mirzəyev xx.xx.2015-ci il tarixdə, iş yerində Rusiya Federasiyası, Smolensk vilayətinin Roslavsk rayonunun Sloboda kəndində vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra yaxınlarının köməyi ilə ərinin cənazəsini Azərbaycan Respublikasına gətirərək xx.xx.2015-ci il tarixdə Masallı rayonu, Hüseynhacılı kənd qəbirstanlığında dəfn etmişlər. Mərhum sağlığında vəfatından 4-5 ay əvvəl özünə məxsus 2006-cı il istehsalı olan ''Volkswaqen Touareq" markalı avtomaşını yeni avtomaşın almaq niyyəti ilə 800000 (səkkiz yüz min) rus rubluna satmışdır. Həmin pul da onda olmuşdur. O, həmin puldan 3000 manat dəyərində rus rublunu yas məclisini yola vermək üçün böyük qaynı, yəni Cavabdeh vermişdir. Cənazə dəfn edildikdən sonra cababdeh kənddə yaşayışın çətin olduğunu əsas götürərək onu övladları ilə birlikdə Masallı şəhərində yerləşən ailəsinin yaşadığı iki mərtəbəli yaşayış evinə aparmışdır. Sonra isə yas məclisi ilə əlaqədar kəndə gedib gəlirmişlər. Mərhumun yeddi məclisindən sonra cavabdeh ona bildirmişdir ki, verdiyi pul məclisə çatmış, üstəlik də əlavə 5000 (beş min) manat pul yığılmışdır. Həmin pullada mərhumun cümə axşamlarına, 40-na və baş daşının hazırlanmasına sərf ediləcəkdir. Daha sonra cavabdeh ona bildirmişdir ki, mərhumun avtomaşının satışından əldə etdiyi pulu da banka qoymaq üçün, həmçinin qızıllarını da saxlamaq üçün versin. O, da cavabdehin böyüklüyünü diqqətə alaraq və inanaraq qızıllarını (dörd ədəd qızıl zəncir, iki ədəd qızıl qolbaq, dörd ədəd qızıl üzük və iki dəst qızıl komplekt) və puldan qalan 670000 (altı yüz yetmiş min) rus rublunu cavabdehə vermişdir. Həmin ilin avqust ayının ortalarında uşaqların məktəbə qediyyatı ilə əlaqədar Xırdalan şəhərinə getmiş, gedərkən cavabdehdən qızıllarını istəmişdir. Cavabdeh ona qızılların onda qalmasının daha münasib olacağını bildirsə də, o, təkid etdiyindən, müəyyən söz söhbətdən sonra cavabdeh qızıllarını ona qaytarmışdır. O, övladları ilə birlikdə qardaşı Aslanın Masallı şəhərində yerləşən evinə gedərək bir həftə qalmış və daha sonra qardaşının köməkliyi ilə Xıradalan şəhərinə gedərək kirayə ev tutmuşdur. Mərhum həyat yoldaşının sağlığında Abşeron rayonu, Viləşçay MTK 28-ci məhəlləsində yerləşən iki otaqlı mənzil almışdır. Lakin bina tam hazır olmamışdır. Onun da Xiradalan şəhərinə köçməkdə məqsədi həm uşaqların təhsili ilə, həm də aldıqları mənzilin təmiri ilə əlaqədar olmuşdur. O, uşaqları ilə birlikdə bir il müddətinə kirayədə qalmışdır. Həmin müddətdə o, mənzilin təmiri ilə də məşğul olmuşdur. Həyat yoldaşının vəfatından sonra Rusiya Federasiyasında olan ortaqları bir il altı ay ərzində har ay 1000 (bir min) manat dəyərində rus rublu yardım etmişlər. Bununla yanaşı qardaşlarının imkanları daxilində, həmçinin mərhumun dostları imkanları daxilində ona maddi köməklik etmişlər. O, da ona çatdırılan pullarla həm yaşayışı təmin edir, həm də mənzilin təmiri ilə məşğul olmuşdur. 2016-cı ilin sonlarında mənzilin təmirini tam başa çatdırmasa da, kirayə haqqından qurtulmaq məqsədi ilə həmin mənzilə köçərək yaşamağa başlamışdır. Mənzilə köçdükdən sonra ailəsinə göstərilən yardımlar dayandırıldığı üçün Rusiya Federasiyası, Smolensk vilayətinin Roslavsk rayonunda mərhum yoldaşının aldığı həyət evini ******* (bir milyon iki yüz min) rus rubluna satmaq məcburiyyətində qalmış və həmin pulla yaşayışlarını təmin etməyə çalışmışdır. Bir neçə il keçdikdan sonra cavabdeh qaynına müraciət edərək həyat şəraitinin çətin olduğunu, qızının məktəb məsrəflərinin təmin etmək üçün maddi köməyə ehtiyacının olduğunu diqqətinə çatdırmışdır. Ondan alınaraq banka qoyduğu puldan müəyyən məbləğ ona verməsini xahiş etmişdir. Lakin cavabdeh müəyyən bəhanələr gətirərək ona pul verməkdən yayınmışdır. O, da məcbur olub 2020-ci ilin yanvar ayının 27-də Masallı rayonuna gələrək cavabdehlə söhbət etmək istəmiş, lakin cavabdeh onunla söhbətdən yayınmışdır, məcbur olub Masallı rayon Polis şöbəsinə müraciət etmişdir. Əzisəsi ilə əlaqədar aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, cavabdeh illər ərzində onu aldadaraq yalan danışmış, ondan aldığı pulu hər hansı banka qoymamış və öz məqsədləri üçün istifadə etmişdir. Daha sonra isə polis şöbəsində ona bildirilmişdir ki, cavabdehlə aralarındakı mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi izah edilmişdir, ötən müddət ərzində cavabdeh pulu qaytarmamış, pulun mərhum qardaşına məxsus olduğunu bildirǝrǝk aldığı pulu geri qaytarmaqdan imtina etmişdir. İddia tələbində Cavabdeh 10000 (on min) ABŞ dolları məbləğində pulun və 198 manat dövlət rüsümunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh 9 ildir ki, pulu ondan almış və verməmişdir. Əri öldükdən sonra cavadeh 40 mərasimindən sonra ona evi təmir etdirəcəyini bildirmişdir. Lakin cavabdeh onu aldatmış və hazırki günədən ondan aldığı pulu qaytarmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsədə, məhkəmə iclasına gəlməmişdir, məhkəməyə teleqram göndərərək üzürlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyi üçün iştirakı olmadan işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının dəlillərindən görünür ki, iddiaçı onda olan puldan 3000 manat dəyərində rus rublunu mərhum ərinin yas məclisini yola vermək üçün Cavabdeh vermişdir. İddiaçının mərhum həyat yoldaşının yeddi məclisindən sonra cavabdeh iddiaçıya bildirmişdir ki, verdiyi pul məclisə çatmış, üstəlik də əlavə 5000 manat pul yığılmışdır, həmin pullarda mərhumun cümə axşamlarına, 40na və baş daşının hazırlanmasına sərf ediləcəkdir. Həmçinin iddiaçının bildirməsinə görə cavabdeh ona qızılların onda qalmasının daha münasib olacağını bildirib təkid etdiyindən cavabdeh qızıllarını ona qaytarmışdır. İddiaçının dəlillərinə görə puldan qalan 670000 (altı yüz yetmiş min) rus rublunu cavabdehə vermişdir. İddiaçı cavabdehə pul verməsi barədə rəsmi sübut təqdim etməmişdir. İddia tələbində cavabdehdən 10000 (on min) ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilməklə iddia tələbi və iddiaçının subyektiv hüququnun pozulması əsaslandırılmamışdır. Məhkəmə araşdırmaları ilə iddiaçının cavabdehə borc pul verməsi, cavabdehdən borc şəklində pul tələbi barədə müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulması müəyyən və sübut edilməmişdir. Qeyd edilənlərdən başqa iş materillarına əlavə edilmiş 26 may 2023-cü il tarixdə Cavabdeh tərəfindən göndərilmiş ərizədə göstərmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçıdan borc almamışdır, iddiaçının tələb etdiyi pulları 2015-ci ildə iddiaçının əri onun mərhum qardaşının vəfatından sonra vermiş və həmin pulları qardaşının dəfn xərclərinə, yas mərasiminin keçirilməsinə və baş daşının qoyulmasına xərcləmişdir, iddiaçının pulu ona verdiyini qeyd etdiyi tarixdən 8 il keçmişdir, 8 il keçdikdən sonra iddiaçı ona qarşı iddia qaldırmışdır, iddia ərizəsində xx.xx.2020-ci ildə Masallı rayon Polis Şöbəsinə müraciət etdiyini qeyd edir, iddia müddəti ilə bağlı üç illik müddəti ötürmüşdür, İddiaçı ona qarşı pul tələbinə dair mülki iş üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sorğusuna əsasən Masallı rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş araşdırma materillarından görünür ki, İddiaçı Cavabdeh pul tələbi barədə ərizə ilə 27 yanvar 2020-ci il tarixdə Masallı rayon Polis Şöbəsinə müraciət etmişdir, 05 mart 2020-ci il tarixdə mülki qaydada məhkəməyə müraciət etməsi barədə məlumatlandırılmışdır. Bu halla bağlı iş materiallarında olan Masallı rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli, 155-7754-1220 nömrəli məktubundan görünür ki, X2 670000 rus rublunun qaytarılması barədə İddiaçı müraciətinin mülkü tələb olması, mülki xarakterli müraciətlərin məhkəmə tərəfindən araşdırılması və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İşdən görünür ki, iddiaçı hazırki tələblə 05 aprel 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir, bundan başqa iddiaçı tələb etdiyi 10000 ABŞ dollarının cavabdehə verilməsi, borc olaraq verməsi barədə rəsmi sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Plenum Qərarında göstərilir ki, “... hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxslərdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilir ki, “... Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı iddia müddətinin axımının kəsilməsinin əsası kimi çıxış edəcək hər hansı bir hal müəyyən edilməmişdir. İş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə olduğu təqdirdə isə iddia müddəti başa çatmış, iddia ərizəsi ilə məhkəməyə 05 aprel 2023-cü il tarixdə müraciət edilmişdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia müddəti keçdiyinə görə iddia təmin edilməməli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1494/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1494/2023
06.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver