Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1494/2025 11.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh2 qarşı (üçüncü şəxs - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı (üçüncü şəxs - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi) maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 saylı qərarı ilə ona və arvadına ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, ölçü və digər işlərin aparılmasına cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələrin, əngəllərin, qanunsuz hərəkətlərin aradan qaldırılması və cavabdehlər tərəfindən yaradılmış, edilmiş qanunsuz hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 saylı qərarı ilə ona və arvadına ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, ölçü və digər işlərin aparılmasına Cavabdeh2 tərəfindən yaradılan maneələrin, əngəllərin, qanunsuz hərəkətlərin aradan qaldırılması və cavabdeh tərəfindən yaradılmış, edilmiş qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Ərkivan qəsəbəsində ona və həyat yoldaşına ümumibirgə mülkiyyət üzrə Masallı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə 0.20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN-1780A Kod 80500018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi üzərində fərdi yaşayış evləri vardır. Həmin torpaq sahəsinə Dövlət Reyestrindən Çıxarışın və Plan-ölçünün alınması ilə bağlı Dövlət Əmlak Komitəsinin 8 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin torpaq sahəsinə Dövlət Reyestrindən Çıxarışın və Planölçünün alınması mümkün olmadı. Belə ki, cavabdeh onlara məxsus olan torpaq sahəsi ilə bağlı mübahisə yaradır. Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarına da müayinə və ölçü işlərinin aparılmasına maneçilik törədir. Dəfələrlə cavabdehə qanunsuz hərəkətlərinə son verməsini, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın alınması ilə bağlı yaratdıqları maneələri aradan qaldırılmasını tələb etsə də nəticəsi olmamışdır. Onun üçün maneələr yaradır, Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşlarına öz işlərinin aparılmasına icazə vermir. Cavabdehin bu hərəkətləri nəticəsində onun mülkiyyətlə bağlı hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasınını vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1780A, Kod 80500018 saylı şəhadətnamədən göürünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı qərarına əsasən İddiaçı və X1 mülkiyyətinə Masallı rayonu, Ərkivan kəndində 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin 21 may 2024-cü il tarixli, 3-21-3-44/2-2494/2024 saylı məktubundan görünür ki, İddiaçı 06 mart 2024-cü il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə Masallı regional “ASAN Xidmət” Mərkəzinə Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport almaq üçün müraciət etmişdir. 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan müayinə baxışı zamanı məlum olmuşdur ki, sözü gedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mübahisə mövcuddur. Çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək təqdim edilmiş sənədlər qaytarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli, 65 saylı saylı qərarına əsasən İddiaçı və X1 mülkiyyətinə Masallı rayonu, Ərkivan qəsəbəsində 0.20 hektar həyətyanı torpaq sahəsi verilmiş, bununla bağlı “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1780A, Kod 80500018 saylı şəhadətnamə tərtib edilmişdir. Torpaq sahəsi ümumi mülkiyyətdədir. İddiaçı onun və arvadının ümumi mülkiyyətdə olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış verilməsi üçün müvafiq dövlət orqanına müraciət etmişdir. Bununla bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinin mütəxəssisləri tərəfindən müayinə aparılması üçün mübahisəli ərazidə olmuşlar, cavabdehin hərəkətləri nəticəsində müayinə aparmaq mümükün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4). Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.2). Torpaq Məcəlləsinin 65-ci madəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə işin faktiki hallarını tətbiq olunan maddi hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Masallı rayonu, Ərkivan qəsəbəsində “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1780A, Kod 80500018 saylı şəhadətnaməyə əsasən mülkiyyətdə olan 0.20 ha həyətyanı torpaq sahəsində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı müayinə-ölçü işlərinin aparılmasına Cavabdeh2 tərəfindən olan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsalanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 1998-ci il tarixli 65 saylı qərarı ilə İddiaçı və X1 ümumibirgə mülkiyyət hüququ ilə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilməsinə, ölçü və digər işlərin aparılmasına Cavabdeh2 tərəfindən yaradılan maneələr, əngəllər, qanunsuz hərəkətlər aradan qaldırılsın və Cavabdeh2 tərəfindən yaradılmış, edilmiş qanunsuz hərəkətlər qadağan edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1494/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1494/2025
11.06.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver