Məhkəmə qərarları › İş №2(050)-152/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-152/2024

30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-152/2024 30.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə 900 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2022-ci ilin sentyabr ayının 27-də etibarından sui-istifadə etməklə azyaşlı qızı Mədinə Əsədliyə pensiya düzəldəcəyinə dair yalan vəd edərək Masallı şəhəri ərazisində 900 manat pulunu alaraq ələ keçirməklə ona həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd olunan, həmçinin digər cinayət əməlləri törətdiyindən Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.2, 221.2.1, 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü ilə Cavabdeh qeyd olunan maddələrlə təqsirli bilinərək ona cinayətlərin məcmusu üzrə qəti olaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cavabdehin törətmiş olduğu cinayət hadisəsi ilə ona maddi ziyan vurduğundan zərərçəkmiş şəxs qismində tanınmşdır. Cavabdeh yuxarıda göstərilən cinayət əməlini törədərkən 900 manat dəyərində pulundan məhrum olmuşdur . İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, cavabdeh tərəfindən ona qarşı dələduzluq etməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiqini tapmışdır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə bildirişi cavabdehin rəsmi qeydiyyat ünvanına, həmçinin onun cəza çəkdiyi 17 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddaya da münasibət bildirməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22 avqsut 2023-cü il tarixli, 1(099)- 345/2023 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh aldatma və etibardan sui-istitadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanımadığı Masallı şəhər sakini İddiaçı azyaşlı qızı Mədinə Əsədliyə 900 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra 27 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Masallı şəhəri, Elşad Hüseynov küçəsində yerləşən X1 Masallı filialının həyətində İddiaçı 350 manat pulunu və həmin tarixdə, saat 18 radələrində Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən “Köhnə bazar” adlanan ərazidə 550 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 900 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxs İddiaçı dəymiş 900 manat maddi ziyan qaytarılmamışdır. Həmin cinayət işi üzrə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 221.2.1, 221.3 və 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, 14 noyabr 2012-ci il təvəllüdlü X3 atası İddiaçı, anası X2r. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh aldatma və etibardan sui-istitadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə İddiaçı azyaşlı qızı Mədinə Əsədliyə 900 manat pulun müqabilində pensiya düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadıb özünə inandırdıqdan sonra 27 sentyabr 2022-ci il tarixdə, saat 14 radələrində Masallı şəhəri, Elşad Hüseynov küçəsində yerləşən X1 Masallı filialının həyətində İddiaçı 350 manat pulunu və həmin tarixdə, saat 18 radələrində Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən “Köhnə bazar” adlanan ərazidə 550 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 900 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə olan vəziyyətdə cavabdehin törətdiyi əməl nəticəsində vurduğu zərər görə 900 manat borcunun olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, Cavabdeh 900 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 900 manat və dövlət rüsumu qismində ödənilmiş 30 manat, cəmi 930 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar