Məhkəmə qərarları › İş №2(050)-1570/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1570/2024

14.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1570/2024 14.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayon məhkəməsinin 2(050)-2690/2017 saylı, 17 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci ildə anadan olmuş X1 üçün qət edilmiş 70 manat alimentin miqdarının artırılaraq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 300 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 10 yanvar 2003-cü il tarixdə ailə qurmuşlar. Nikahlarını 14 noyabr 2006-cı ildə rəsmləşdirilmişlər. Birqə nikah münasibətlərindən üç uşaqları anadan olmuşdur. Uşaqlardan 15 fevral 2004-cü ildə anadan olmuş Rəviyyə və xx.xx.2006-cı ildə anadan olmuş Gülay yetkinlik yaşına çatmış, oğlu X7 isə xx.xx.2007-ci ildə anadan olmuşdur. Masallı rayon Məhkəməsinin 2(050)- 2690/2017 saylı, 17 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarınzda olan nikah pozulmuş və uşaqlarının saxlanılmaları üçün hər uşağa görə 70 manat, cəmi 210 manat sabit pul məbləqdə aliment qət edilmişdir. Həmin zamandan cavabdehlə ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, yalnız aliment ödəməklə ata borcunun yerinə yetirməsini hesab etmişdir. O, isə uşaqlarının gələcəyini düşünüb onları yüksək səviyyədə tərbiyə etməklə münasib işdə işləyib uşaqları böyüdür. Qızı Rəviyyənin 20, Gulayın isə 18 yaşları tamam olmuşdur. X16 Universitetinin nəzdində Regional Kollecində təhsil alır. Uşaqları tək böyüdür, indiyə kimi alimentin miqdarı, yəni hər il uşaqlar üçün nəzərdə tutulmuş minimum dolanışıq minimumu artmasına baxmayaraq, cavabdeh yenədə 70 manat aliment ödəmişdir. Qızların 18 yaşı tamam olan ayından aliment ödəməmiş, uşaqlara heç bir maddi köməklik etməmişdir. Cavabdeh hazırda oğlu Yalçının saxlanılması üçün 70 manat aliment ödəyir, halbuki hazırda, yəni 2024-cü ildə uşaqlar üçün minimum dolanışıq 235 manat müəyyən edilmişdir. 70 manatla körpə bir uşağı saxlamaq mümkün deyil. İndiki bahalıqla 3 uşağa normal olaraq baxmağa maddi cəhətdən çətinlik çəkir, kirayədə yaşayır. Cavabdehin uşaqlara maddi köməklik etməməsi, uşaqların əyin-başlarına baxmaması, təhsilləri ilə, dolanışıq tərzi ilə maraqlanmaması böyük təəcüb doğurur. O, daim uşaqların yanında olmaq, uşaqlara nəzarət etmək məqsədi ilə dövlət işində işləmir, fərdi qaydada işləyib uşaqları ilə məşğuldur. Hazırki ərizə ilə məhkəməyə müraciət edib alimentin miqdarının artırılmasına böyük ehtiyacı olduğundan bu barədə müraciət etmişdir. Onuda qey edir ki, bu illər ərzində uşaqların nənələri 3 dəfə sumkada yemək üçün sovqat göndərmişdir. Cavabdeh isə onu başa çaxmışdır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq maddi imkanı baxımından məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının teleqramını nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X7 21 iyul 2007-ci ildə Masallı rayonu Ərkivan qəsəbəsində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2(050)-2690/2017 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı Bəsır qızı ilə Masallı rayon İHB-in Ərkivan qəsəbə ərazi nümayəndəliyində bağlanmış 14 noyabr 2006-cı il tarixli 114 saylı nikah qeyd pozulması, Birgə nikahdan doğulmuş 15 fevral 2004-cü il təvəllüdlü X5, 01 yanvar 2006-cı il təvəllüdlü X8 və 21 İyul 2007-cı il təvəllüdlü X7 adlı uşaqlar anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh 15 iyun 2017-ci il tarixdə başlayaraq birgə nikahda doğulmuş 15 fevral 2004-cü il təvəllüdlü X5, 01 yanvar 2006-cı təvəllüdlü X9 və 21 iyul 2007-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment alınaraq Əliveva Xəyalə Başır qızına verilməsi, Əlavə olaraq Cavabdeh 30 (otuz manat dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə Dövlət Universitetinin nəznində Regional kollecin xx.xx.2024-cü il tarixli, 01/80 nömrəli arayışından görünür ki, X2 Dövlət Universitetinin nəznində Regional kollecinin “Kampüter sistemləri və bayratlıq” şöbəsinin “baytarlıq” ixtisasının (dövlət hesabına) İİ kursunda əyani təhsil alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunun hər ay 235 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı rayon məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2(050)- 2690/2017 saylı qətnaməsi ilə 21 iyul 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay uşaq üçün 170 (bir yüz yetmiş) manat müəyyən edilərək İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar