Məhkəmə qərarları › İş №2(050)-1582/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1582/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1582/2023 07.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil iştirakları ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh şifahi tapşrıq müqaviləsi üzrə ondan alıdığı 150 manat pulun, ondan borc aldığı puldan qaytarmadığı 2313 manat məbləğində pulun, həmin pulu vaxtında ödəmədiyindən əmək haqqından tutulmuş və özünün banka ödədiyi 849 manat pulun, dövlət rüsumu kimi ödədiyi 52 manat pulun alınaraq ona verilməsini tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı şəhər sakini olan Cavabdeh 2017-ci ildən tanıyır. İştirak etdiyi tədbirlərdə o, foto və video işlərini aparan operator kimi çalışmışdır. O, 2018-ci ildə ondan borc pul istəmişdir. Banka ödənilməmiş borcu olduğundan razılığa gəlmişlər ki, bankdan pul iddiaçının adına götürülüb Pərvizə verilsin və ödənişləri Pərviz özü icra etsin. Bu məqsədlə "xxxx" ASC-nin Masallı filialından aylıq 33 manat olmaqla 2 il müddətinə 179 manat əlavə fazilə birlikdə qaytarmaq şərti ilə 600 manat pul götürərək cavabdehə vermişdir. Cavabdeh hər dəfə 33 manat olmaqıa 2 dəfəyə cəmi 66 manat ödəniş etmişdir. Həmçinin cavabdeh borcu qaytarmaqda çətinlik çəkməsini, yeni fotoaparat alıb iş görərək borclarını bağlamaq üçün əlavə pula ehtiyacı olmasını deyib, ondan birkartı almışdır. Həmin birkartla 1150 manat pulu götürən cavabdeh 20 və 65 manat olmaqla 2 dəfəyə cəmi 85 manat pul ödəmişdir. Cavabdeh ondan əlavə də pul borc istəmiş, alarında olan inama görə ona müxtəlif vaxtlarda hissəhissə olmaqla ümumilikdə 535 manat əlavə borc vermişdir. Cavabdeh həmçinin 2018-ci ildə xeyriyyə icması üçün buklet hazırlamaqdan ötrü 50 manat, bağçada fotolar hazırlamaq üçün 30 manat və albom üçün 70 manat ondan qabaqcadan almasına baxmayaraq həmin tapşırıqları icra etməmiş, qeyd olunan foto, albom və bukletləri tərtib edib verməmişdir. Cavabdeh ona nağd şəkildə verdiyi pulları qaytarmamış, nə də bankdan götürüb ona verdiyi, eləcə də birkart vasitəsilə götürdüyü pulları ödəmədiyindən həmin pullar onun əmək haqqından tutulmuş, məcburiyyət qarşısında qalaraq nağd ödənişlər etməli olmuşdur. Cavabdehdən borclarını qaytarmasını tələb etməsinə baxmayaraq, bunun heç bir nəticəsi olmamış, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh ondan borc aldığı 2285 manat pulu hazırki vaxta kimi qaytramamış, nəticədə ödənişləri vaxtında icra etmədiyinə görə bank tərəfindən ondan əlavə tutulan 849 manat pul vəsaitindən məhrum olmuşdur. Odur ki, şifahi tapşrıq müqaviləsi üzrə 150 manat pulun, borc aldığı puldan qaytarmadığı 2313 manat məbləğində pulun, həmin pulu vaxtında ödəmədiyindən əmək haqqından tutulmuş və özünün banka ödədiyi 849 manat pulun, dövlət rüsumu kimi ödədiyi 52 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili Vəkil iddianı eyni əsaslarla müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 05 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 2860 manat pul borc aldığını, həmin pulu hər ay 200-300 manat olmaqla qaytaracağını öhdəsinə götürdüyünü qeyd etmişdir. Ərizənin surətindən görünür ki, Cavabdeh imza etmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı 52 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3.-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 882.1.-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Göstərilən maddi normalara və işin faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibəti olmuş, sonradan cavabdeh 2860 manat borclu olmasını etriaf etməsi haqqında yazılı qəbz vermişdir. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Bu qaydalardan biri də yazılı sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin olması onun əsasına olan etibarlılığa təminatı daha da artırır. Belə ki, 05 iyun 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 2860 manat pul borc etiraf etmiş, həmin pulu hər ay 200-300 manat olmaqla qaytaracağını öhdəsinə götürdüyünü qeyd etmişdir. Bu barədə ərizə Cavabdeh tərəfindən imzası ilə təsdiq edilmişdir.Bu səbəbdən də, əksi sübut edilmədikcə, yazılı formada olan sənədin, o cümlədən yazılı ərizədə olan qeydin həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. Odur ki, iddia 2860 manat həddində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2860 manat və dövlət rüsumuna ödənilmiş 52 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar