Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1585/2024 18.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh və cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 Babalı oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9930 (doqquz min doqquz yüz otuz) manat pulun və 119.30 (bir yüz on doqquz, otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh ümumilikdə 15600 manat dəyərində qızıl zinət əşyaları satmış həmin qızılların pulundan cavabdeh 9930 (doqquz min doqquz yüz otuz) manat borclu qalmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində cavabdeh borcu etiraf etmişdir. Amma bu günə kimi yenədə 9930 manatı qaytarmır. Həmin 9930 manat pul və ödədiyi 119.30 manat dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13178 (on üç min bir yüz yetmiş səkkiz) manat pul və 129.53 (bir yüz iyirmi doqquz, əlli üç) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin dekabr ayının müxtəlif tarixlərində Cavabdeh ümumilikdə 13178 (on üç min bir yüz yetmiş səkkiz) manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də cavabdeh verdiyi ifadəsində borcu etiraf etmişdir. Amma bu günə kimi yenədə 13178 manatı qaytarmır. Həmin 13178 manat pul və ödədiyi 129.53 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-249/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-249/2024 saylı mülki iş, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair 2(106)-242/2024 saylı mülki işə birləşdirilməsi və 2(106)- 242/2024 nömrə ilə işə baxılması davam etdirilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-242/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cavabdeh nümayəndəsi Vəkil2 vəsatətinin təmin edilməsi, apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli 2(057)-1173/2023 saylı və 06 oktyabr 2023-cü il tarixli 2(057)-1180/2023 saylı qətnamələrinin ləğv edilməsi, İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair və birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı1 izahatında göstərdi ki, Cavabdehə ümumilikdə 15600 manat dəyərində qızıl zinət əşyalarını nisyə olaraq vermişdir ki, satıb pulunu ona versin həmin qızılların pulundan 5670 manat vermiş, 9930 manat borclu qalmışdır. Birinci dəfə 5 dekabr 2022-ci ildə qızıl vermişdir, cavabdeh həmin qızılın pulunu 3 aya ödəyəcəyinə söz vermişdir, 2022-ci ilin dekabr ayının 7-də cavabdehə 7,58 qram 120 manat dəyərində qızıl verib, dekabrda 5 ədəd 11 qram çəkidə 1280 manat dəyərində, bir dəfə 10,96 qram çəkidə 1454 manat dəyərində, 13 dekabrda 4,49 qram qızıl əşyaları verib, 16 dekabrda 1 ədəd kişi üzüyü verib, 22 dekabrda yenə 800 manat dəyərində brilyant üzük verib, 31 dekabrda 4890 manatlıq qızıl vermişdir, aldığı qızılın pulundan 1840 manat ödəmiş, 2023-cü ilin yanvar ayında 1,89 qram çəkidə 245 manat, 17 yanvarda 2 ədəd 15,16 qram çəkidə 1970 manat dəyərində qızıl vermişdir ayrı-ayrı vaxtlarda Cavabdehə 15600 manat dəyərində qızıl zinət əşyalarını nisyə olaraq vermişdir ki, satıb pulunu ona versin həmin qızılların pulundan cavabdeh ona 5670 manat vermiş, 9930 manat hazırki vaxta kimi borclu qalmışdır. Məhkəmə iclasında İddiaçı2 izahatında göstərdi ki, 13 dekabr 2022-ci ildə Sevinc ondan 2,6 qram, 250 manat dəyərindən qızıl almışdır, 22 dekabr 2022-ci ildə 23,66 qram çəkidə 3075 manat dəyərində qızılı Sevincə verməsi barədə vvhatsapp yazışması vardır, Sevinc ona adam adları yazdırmışdır ki, qızılları aparıb həmin adamlara satacaq, Sevinc ondan 19 dekabr 2022-ci il tarixdə aldığı 45,87 qram qızılı Tamella müəlliməyə 5000 manata satmışdır, hər ay cavabdeh ona 1000 manat ödəməyi öhdəsinə götürmüş, lakin 2 ay ödəniş etmişdir, sonra ödəniş etməmişdir, 16 dekabr 2022-ci il tarixdə Sevincə 15,77 qram çəkidə 2050 manat dəyərində qızıl satmış Sevinc aprel ayında borcunu qaytaracağını demişdir, ona lotereya oynadığını evini satıb borcunu ödəyəcəyini desədə cavabdeh həmin qızılların pulundan 13178 manat borclu qalmışdır, ona görə də 13178 manat pulun cavabdehdən alınıb ona verilməsini xahiş etdi. İş materiallarında olan; İddiaçı1 yazılı izahatından görünür ki, “Cavabdeh qarşı 9930 (doqquz min doqquz yüz otuz) manat pul və 119.30 (bir yüz on doqquz manat otuz qəpik) manat dövlət rüsumu alınaraq ona verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ildə dekabr ayı müxtəlif tarixlərdə Cavabdeh ümumilikdə 9930 (doqquz min doqquz yüz otuz) manat dəyərində qızıl zinət əşyası satmışdım. xx.xx.2022ci ildə 7.58 qram 931 manatlıq, 07.12,2022-ci ildə 11.53 qram 1382 manatlıq, xx.xx.2022ci ildə 10.96 qram 1454 manatlıq, xx.xx.2022-də 4.49 qram 582 manat, xx.xx.2022-ci ildə 5.05 qram 1050 manatlıq, xx.xx.2022-ci ildə 3.54 qram 800 manatlıq, xx.xx.2022-ci ildə 14.92 qram 6730 manatlıq, xx.xx.2023-də 1.89 qram 245 manatlıq, xx.xx.2023-də 15.16 qram 1970 manatlıq, xx.xx.2023-də 6.23 qram 810 manatlıq qızıl götürmüşdür. Ümumilikdə Cavabdeh ondan 15954 (on beş min doqquz yüz əlli dörd) manatlıq qızıl götürmüş, 6024 manatdan 2100 manat karta qalan 3924 manat məbləği əlbəəl verməklə 9930 (doqquz min doqquz yüz otuz) manat borclu qalmışdır. Həmin qızılların pulun qaytarmadığı üçün Salyan rayon Polis şöbəsinə şikayət etmiş. xx.xx.2023-cü ildə Salyan Rayon Polis Şöbəsində verdiyi ifadəsində borcu qismən etiraf etmişdir. Cavabdeh satdığı qızılları tərtib etdiyi dəftərdə bir-bir qeyd etmişdir. Eyni zamanda Cavabdeh istifadəsində olan ***-***-**-** telefondan VVhatsapp vasitəsilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. xx.xx.2023-cü il tarixdən mütəmadi olaraq xx.xx.2023cü il tarixə qədər whatsapp vasitəsilə danışıqlar aparılmışdır. Danışıqların çoxu qızı İddiaçı2 Əlimərdan qızının telefonundan aparılmışdır.Çünki eyni vaxta gətirdikləri qızılları cavabdehə verirdi. Eyni zamanda Cavabdeh 20 ədəd ödəniş çekini məhkəməyə təqdim edərək bütün burada göstərilən 13930 (on üç min doqquz yüz otuz) manat pulun borcunu bağladığını bildirmişdir. xx.xx.2023-cü il tarixli çekə diqqət etdikdə orada olan 1900 manatın kredit olduğu bundanda 200 manat ödənildiyi göstərilir. Həmin çekləri hesablansa ödənişin 12230 (on iki min iki yüz otuz) manat olduğu görünür. Cavabdeh isə təkcə ondan 16994 (on altı min doqquz yüz doxsan dörd) manatlıq qızıl götürüb və həmin çeklərə baxış keçirərkən də müəyyən olunur ki, İddiaçı1 kartlarına da pul göndərilmişdir: xx.xx.2022-də 150, xx.xx.2022-də 400 (hələlik bunu atdığını və Məmmədova Xəyalə ilə danışdığını deyir), xx.xx.2023-də 350, xx.xx.2023-də 300 (səs ataraq Yeganənin verdiyi bildirmişdir), 01.2023-də 18-26-da 300 (səs ataraq Fərzəliyeva Aygünün verdiyini bildirmişdir), xx.xx.2023-də 400, xx.xx.2023-də 300, xx.xx.2023-də 30 (səs ataraq Cavabdeh Südabənin pulu olduğunu demişdir), xx.xx.2023-də 200, xx.xx.2023-də 2500 (3 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur), xx.xx.2023-də 300 manat karta köçürülmüşdür. Eyni zamanda göndərilmiş çeklərdən qızı İddiaçı2ə 2023cü ilin yanvar ayı 15-52-də 600 və 500 manat, xx.xx.2023-də 300 (200 Xəyalə atmayıb deyə Kardinalın puludur, 100 manat öz borcunda 12 saniyəlik səslə bildirir), xx.xx.2023-də 100 (Təranənin puludur deyə İddiaçı2 soruşur və Cavabdeh 4 saniyəlik səslə hə deyərək etiraf edir), xx.xx.2023-də 1000, xx.xx.2023-də 4400 (17 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur dörd min dörd yüz) manat Sevincin əri İsmayılov Rüfətin kartına pul atmış və atdıqdan sonra həmin pulların kimə aid olduğunu bildirmişdir. 600, 500, 300 və 1000 manat cəmi 2400 (iki min dörd yüz) manat pul göndərmişdir. Təqdim olunmuş səs yazıları və Whatsapp vasitəsilə yazışmalardan görünür ki, xx.xx.2023-də 100 (Təranənin puludur deyə İddiaçı2 soruşur və Cavabdeh 4 saniyəlik səslə hə deyərək etiraf edir), xx.xx.2023-də 4400 (17 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur dörd min dörd yüz), xx.xx.2023-də 2500 (3 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur), xx.xx.2023-də 300 (200 Xəyalə atmayıb deyə Kardinalın puludur, 100 manat öz borcundan 12 saniyəlik səslə bildirir), xx.xx.2022-də 400 (hələlik bunu atdığını və Məmmədova Xəyalə ilə danışdığını deyir), xx.xx.2023-də 300 (səs ataraq Yeganənin verdiyi bildirmişdir), xx.xx.2023-də 18-26-da 300 (səs ataraq Fərzəliyeva Aygünün verdiyini bildirmişdir), xx.xx.2023-də 30 (səs ataraq Cavabdeh Südabənin pulu olduğunu demişdir). Eyni zamanda özünün adına olan xx.xx.2022-ci il tarixli 2000, xx.xx.2022-ci il tarixli 450 manatlıq çekləri özünün ödənişi kimi göstərmək istəyir. Belə ki, baş hərflərə baxdıqda Cavabdeh olduğunu müəyyən etmək mümkündür. İşdə olan xx.xx.2023-cü il tarixli 100 manatlıq çeki isə İddiaçı2 Cavabdehə göndərmişdir ki, cavabdeh bu puluda onun tərəfindən ödədiyini sübut etməyə çalışır. Beləliklə Cavabdeh bu çekləri təqdim etməklə 9330 (doqquz min üç yüz otuz) manat başqa şəxslərin ödənişlərini öz ödənişləri, onun özünə göndərilən 100 (bir yüz) manat pulu, özünə məxsus karta göndərilmiş 2450 (iki min dörd yüz əlli) manat olduğu öz təsdiqini tapır. Qeyd olunanlar onu deməyə əsas verir ki, Cavabdeh 13178 manat iddia tələbində təkcə ona olan borcunu ödədiyini bu təqdim edilmiş çeklərlə sübut etməyə çalışmaqla borcunu ödəməkdən yayınmağa çalışır. Təqdim olunan çeklərdə ödənilən ümumi məbləğ 16380 (on altı min üç yüz səksən) manat təşkil edir ki, bundan 2450 (iki min dörd yüz əlli) manat Cavabdeh öz kartına ödənilən məbləğ, xx.xx.2023-cü il tarixli 100 manatlıq çeki isə İddiaçı2 Cavabdehə göndərdiyi məbləğ, 9330 (doqquz min üç yüz otuz) başqa şəxslərin ödədikləri və özünün səsləri ilə etiraf etdiyi məbləğdir. 4500 manat Cavabdeh tərəfindən ona ödənmişdir ki, 2100 (iki min bir yüz) manatı ona ödənmişdir. 2023-cü ilin yanvar ayı 15-52-də 600 və 500 manat, xx.xx.2023-də 300 (200 Xəyalə atmayıb deyə Kardinalın puludur, 100 manat öz borcumda 12 saniyəlik səslə bildirir), xx.xx.2023-də 100 (Təranənin puludur deyə İddiaçı2 soruşur və Cavabdeh 4 saniyəlik səslə hə deyərək etiraf edir), xx.xx.2023-də 1000, xx.xx.2023-də 4400 (17 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur dörd min dörd yüz) manat yoldaşı İsmayılov Rüfətin kartına atmış pullardan 2200 manat öz borcundan olan puldur. İddiaçı2 ərizəsindən görünür ki, Cavabdeh 13178 (on üç min yüz yetmiş səkkiz) manat pul və 129.53 (yüz iyirmi doqquz manat əlli üç qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ilin dekabr ayının müxtəlif tarixlərində Cavabdeh o, ümumilikdə 13178 (on üç min yüz yetmiş səkkiz) manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Cavabdeh satdığı qızılları tərtib etdiyi dəftərdə bir-bir qeyd etmişdir. Eyni zamanda Cavabdeh istifadəsində olan ***-***-**- ** telefondan “Whatsapp” vasitəsi ilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir, təqdim edilmiş bütün sənədlər, şəkillər, disklər sübut kimi mülki iş materiallarına əlavə edilməsini xahiş etmişdir. İddiaçı2 yazılı izahatından görünür ki, “Cavabdeh qarşı 13178 manat pul və 129,53 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ildə dekabr ayı müxtəlif tarixlərdə Cavabdeh ümumilikdə 13178 (on üç min bir yüz yetmiş səkkiz) manat dəyərində qızıl-zinət əşyası satmışam. xx.xx.2022-ci ildə 19.82 qram çəkisi olan 2080 manatlıq, xx.xx.2022-ci ildə Ayətül Kürsü 2.16 qramlıq 250 manatlıq, xx.xx.2022-ci ildə 4 adda 26.82 qramlıq 3085 manatlıq kardinal sep, 1.79 qramlıq 250 manata halqa sırğa, 2.98 qramlıq 343 manatlıq şir üzük olmaqla ümumi çəkisi 31.59 qram olan 3633 manatlıq, həmçinin Mahizər müəlliməyə vermək üçün İtaliya qızılı 22.66 qramlı 3075 manatlıq sep, 2.19 qramlıq 285 manatlıq gül pandora üzük, 3.16 qramlıq 365 manatlıq sırğa, 7.75 qramlıq 900 manata kardinal sep, ingilis dili müəllimi Elnarəyə İtaliya qızılları olan 15.69 qramlıq 2040 manata qolbaq, 7.77 qramlıq 1010 manata sırğa, Tamella müəlliməyə satmaq üçün 3195 manatlıq tros sep, 5.41 qramlıq 595 manatlıq qolbaq, 4.74 qramlıq 520 manatlıq şopart qolbaq, 5.12 qramlıq 560 manatlıq sep, 1.56 qramlıq 170 manatlıq üzük, xx.xx.2022-ci ildə 4.57 qram qırdüymə, 2.19, 2.94, 1.98, 2.43, 1.66 qramlıq ümumi çəkisi 15.77 qram olan 2050 manatlıq qızıl götürmüşdür. Ümumilikdə Cavabdeh məndən 20928 (iyirmi min doqquz yüz iyirmi səkkiz) manatlıq qızıl götürmüş, 7750 manat, 2400 manat karta qalan 5350 manat məbləği əlbəəl verməklə 13178 manat borclu qalmışdır. Həmin qızılların pulun qaytarmadığı üçün Salyan rayon Polis şöbəsinə şikayət etdim. xx.xx.2023-cü ildə Salyan Rayon Polis Şöbəsində verdiyi ifadəsində borcu etiraf etmişdir. Cavabdeh satdığı qızılları tərtib etdiyi dəftərdə birbir qeyd etmişdir. Eyni zamanda Cavabdeh istifadəsində olan ***-***-**-** telefondan Whatsapp vasitəsilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. Eyni zamanda Cavabdeh 20 ədəd ödəniş çekini məhkəməyə təqdim edərək bütün burada göstərilən 13930 (on üç min doqquz yüz otuz) manat pulun borcunu bağladığını bildirmişdir. xx.xx.2023-cü il tarixli çekə diqqət etdikdə orada olan 1900 manatın kredit olduğu bundanda 200 manat ödənildiyi göstərilir. Həmin çekləri hesablansa ödənişin 12230 (on iki min iki yüz otuz) manat olduğu görünür. Cavabdeh isə təkcə məndən 13178 manatlıq qızıl götürüb və həmin çeklərə baxış keçirərkən də müəyyən olunur ki, 2023-cü ilin yanvar ayı 15-52-də 600 və 500 manat, xx.xx.2023-də 300 (200 Xəyalə atmayıb deyə Kardinalın puludur, 100 manat öz borcumda 12 saniyəlik səslə bildirir), xx.xx.2023-də 100 (Təranənin puludur deyə İddiaçı2 soruşur və Cavabdeh 4 saniyəlik səslə hə deyərək etiraf edir), xx.xx.2023-də 1000, xx.xx.2023-də 4400 (17 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur dörd min dörd yüz) manat yoldaşım İsmayılov Rüfətin kartına pul atmış və atdıqdan sonra həmin pulların kimə aid olduğunu bildirmişdir. 600, 500, 300 və 1000 manat cəmi 2400 (iki min dörd yüz) manat şəxsən mənim özümə pul göndərmişdir. Eyni zamanda göndərilmiş çeklərdən anam İddiaçı1 kartlarına da pul göndərilmişdir: xx.xx.2022-də 150, xx.xx.2022-də 400 (hələlik bunu atdığını və Məmmədova Xəyalə ilə danışdığını deyir), xx.xx.2023-də 350, xx.xx.2023-də 300 (səs ataraq Yeganənin verdiyi bildirmişdir), 01.2023-də 18-26-da 300 (səs ataraq Fərzəliyevə Aygünün verdiyini bildirmişdir), xx.xx.2023-də 400, xx.xx.2023-də 300, xx.xx.2023-də 30 (səs ataraq Cavabdeh Südabənin pulu olduğunu demişdir), xx.xx.2023də 200, xx.xx.2023-də 2500 (3 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur), xx.xx.2023-də 300 manat karta köçürülmüşdür. Təqdim olunmuş səs yazıları və Whatsapp vasitəsilə yazışmalardan görünür ki, xx.xx.2023-də 100 (Təranənin puludur deyə İddiaçı2 soruşur və Cavabdeh 4 saniyəlik səslə hə deyərək etiraf edir), xx.xx.2023-də 4400 (17 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur dörd min dörd yüz), xx.xx.2023-də 2500 (3 saniyəlik səs ataraq Cavabdeh bildirmişdir ki, bu pul Hüseynova Yeganənin puludur), xx.xx.2023-də 300 (200 Xəyalə atmayıb deyə Kardinalın puludur, 100 manat öz borcumda 12 saniyəlik səslə bildirir), xx.xx.2022-də 400 (hələlik bunu atdığını və Məmmədova Xəyalə ilə danışdığını deyir), xx.xx.2023-də 300 (səs ataraq Yeganənin verdiyi bildirmişdir), xx.xx.2023-də 18-26da 300 (səs ataraq Fərzəliyevə Aygünün verdiyini bildirmişdir), xx.xx.2023-də 30 (səs ataraq Cavabdeh Südabənin pulu olduğunu demişdir). Eyni zamanda özünün adına olan xx.xx.2022-ci il tarixli 2000, xx.xx.2022-ci il tarixli 450 manatlıq çekləri özünün ödənişi kimi göstərmək istəyir. Belə ki, baş hərflərə baxdıqda Cavabdeh olduğunu müəyyən etmək mümkündür. İşdə olan xx.xx.2023-cü il tarixli 100 manatlıq çeki isə İddiaçı2 Cavabdehə göndərmişdir ki, cavabdeh bu puluda onun tərəfindən ödədiyini sübut etməyə çalışır. Beləliklə, Cavabdeh bu çekləri təqdim etməklə 9330 (doqquz min üç yüz otuz) manat başqa şəxslərin ödənişlərini öz ödənişləri, onun özünə göndərilən 100 (bir yüz) manat pulu, özünə məxsus karta göndərilmiş 2450 (iki min dörd yüz əlli) manat pulu ödədiyini sübut etməyə çalışır, həmin çeklərin onun tərəfindən təqdim edilməsinə baxmayaraq özü tərəfindən göndərilmiş səslərdə başqa şəxslərə aid olduğu öz təsdiqini tapır. Cavabdeh yazılı izahatından görünür ki, “ailəsi ilə birlikdə Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi ev 63-də yaşayır, Salyan şəhər mənzil istismar idarəsində xadimə işləyir. Ailəsinə maddi cəhətdən kömək etmək məqsədilə "Sədərək" ticarət mərkəzindən alıb gətirdiyi geyim və digər əşyaları internet üzərindən sosial şəbəkəsi vasitəsilə satışını təşkil elmişdir. Həmçinin qızıl zinət əşyaların da alqı-satqısı ilə də məşğul olur. Salyan rayonu Seydilər kənd sakini İddiaçı2 ərizəsi ilə tanış olmuşdur. O, İddiaçı2 ilə 2022-ci ilin dekabr ayının əvvəllərində tanış olmuşdur. Belə ki, sosial şəbəkə üzərindən Sevinc və anası Raisənin qızıl satışı ilə etdikləri paylaşımı görüb telefon alaqəsi saxlayıb tanış olmuşdur. Bu zaman o, Sevinci və anasını evə dəvət etmişdir ki, onlardan ucuz qiymətə bir qədər qızıl alıb satsın. Həmin vaxt Sevinc ona demişdir ki, qızıl almaq istəyən tanışları varsa onları da evinə dəvət etmiş, əgər başqa alıcılara da qızıl sata bilsələr ona vasitəçilik etdiyinə görə çörək pulu verəcəklər. Ona görə dekabrın 5-də İddiaçı2 və anası İddiaçı1 bizim evə gələndə o, öz tanışları Aygün Fərzəliyevanı, Fəridə Nəsirovanı və Xəyalə Məmmədovanı öz evinə çağırmışdır. Qeyd edim ki, o, Aygün Fərzəliyevanı, Fəridə Nəsirovanı və Xəyalə Məmmədovanı bir neçə ildir tanıyıram, hər biri ilə alver edir, aralarında həmişə yaxın münasibətlər vardır, heç vaxt ədavət və ziddiyyətləri olmamışdır. Həmin gün o, özü alıb satmaq üçün Sevinc və anası Raisədən 3 aya ödəmək şərti ilə umumilikdə 20 qram çəkidə 2700 manat dəyərində qızıl üzük və qolbağı almışdır və aldığı həmin əşyaların dəyərini vaxtında onlara ödəmişdir. Həmin gün onun evində həmçinin Aygün, Xəyalə və Fəridə də özləri üçün Sevinc və Raisədən qızıl zinət əşyaları almışlar, lakin nə qədər qızıl aldıqlarını o, bilmir. Bu günədək o, özü İddiaçı2 və İddiaçı1 14000 manatlıq qızıl zinət əşyaları almış və aldığı qızılların pulunu ödəmişdir. Onun Sevinc və Raisəyə heç bir pul və qızıl borcu yoxdur. İddiaçı2 yalan danışır, onun Sevincə heç bir borcu yoxdur, aldığı qızılların pulunu ona ödəmişdir. cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, 2022-ci il dekabrın 5-də özü alıb-satmaq üçün İddiaçı2 və anası İddiaçı1 3 aya ödəmək şərti ilə ümumilikdə 20 qram çəkidə 2700 manat dəyərində qızıl üzük və qolbağı götürmüş və həmin əşyaların dəyərini vaxtında ödəmişdir. Həmin gün onun evində tanışları Aygün, Xəyalə və Fəridə də özləri üçün Sevinc və Raisədən qızıl-zinət əşyaları almışlar, lakin nə qədər qızıl aldıqlarını bilməmişdir. Bu günədək özü İddiaçı2 və İddiaçı1 14000 manatlıq qızıl-zinət əşyaları almışdır və aldığı qızılların pulunu ödəmişdir, onun Sevinc və Raisəyə heç bir pul və qızıl borcu yoxdur. İşin tədqiq edilən hallarından göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı2 aldığı qızıl-zinət əşyalarının dəyərini ödəməməsini sübut etmək iddiaçının vəzifəsidir. Hazırkı işdə isə iddiaçı tərəfindən təqdim edilmiş üzərində İddiaçı2 Q.S sözləri yazılmış 1 ədəd “CD” diskdə olan danışıqlardan görünür ki, tərəflər bir-birinə seva deyə müraciət edirlər. Onlar arasında aparılan söhbət zamanı iddiaçının iddia tələbində göstərdiyi miqdarda qızıl-zinət əşyalarının alınması və borcun miqdarını müəyyən etmək mümkün deyildir, İddiaçı2 ilə Cavabdeh arasında olan səs yazılarından “600 manat da atırlar gözlə səf-səf atıblar”, “Günortan xeyir Seva, Seva dünən sən 1100 manat dəftərdən sildirmisən mənə, indi 500 manat, neynəyək 500 manat atmısın, mən indi neynəyim, silim, yoxsa bunu ayzım bir söz denən”, “bacı qurban 1100 manat sənə atmalıydı, 500 manat atıbdır, olduğu kimi qalsın, 600 manat gələcək”. Üzərində “Sevinc - 1” yazılmış 1 ədəd “CD” diskdə olan danışıqlardan görünür ayrı-ayrı insanlar arasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı müxtəlif söhbətlər olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1 2022-ci ilin dekabr ayında Cavabdeh 15600 manat dəyərində qızıl zinət əşyalarını satmaq üçün nisyə vermişdir ki, satıb pulunu ona versin həmin qızılların satış pulundan cavabdeh tərəfindən 5670 manat verilmiş, 9930 manat borclu qalmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı1 arasında aparılan danışıqları özündə əks etdirən üzərində “Raisə 1” yazılmış 1 ədəd “DVD” diskdə olan danışıqın videoçəkilişinə görə tərəflər arasında qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı razılaşma olmuşdur. Cavabdeh danışıq zamanı Rasiə Əliyevadan aldığı qızılları Xəyalə Məmmədovaya verdiyini etiraf etmişdir. Cavabdeh danışıqlar zamanı İddiaçı1 aldığı qızılları Xəyaləyə verdiyini və Xəyalənin də bu faktı etiraf etdiyini bildirmişdir. İddiaçı1 məhkəmə iclası zamanı ifadəsində bildirdiyi kimi qızıl və digər belə əşyaların satması ilə məşğul olduğunu, həmçinin iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut kimi bir ədəd DVD disk, mobil telefonda adı “Sevinc Səlyan” kimi qeyd olunmuş şəxslə səs yazısı və “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsində aparılmış yazışmalarla borcun Cavabdeh məxsus olması öz təsdiqini tapır. İş materillarında olan CD diskləri digər sübutlarla əlaqəli şəkildə tədqiq edilmiş və İddiaçı1 Cavabdeh qarşı pul tələbinin təmin edilməsi baxımından sübut növü kimi qiymətləndirilərək qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, İddiaçı1 Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməli, birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddiası rədd edilməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qeyd edilməlidir ki, həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdir. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4. maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödənişin bir qismini etməsinə baxmayaraq, qalan borcu İddiaçı1 ödəməmişdir. Bu səbəbdən İddiaçı1 Cavabdeh qarşı iddiası təmin edilərək Cavabdeh 9930 manat pul və ödənilmiş 119.30 manat dövlət rüsumu tutularaq İddiaçı1 verilməlidir, birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh qzına qarşı pul tələbi barədə iddiası əsassız və sübut olunmadığına ğörə rədd edilməli və İddiaçı2 tərəfindən ödənilmiş 129.53 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzər alaraq hesab edir ki, 119.30 (yüz on doqquz manat otuz qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı1 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 9930 (doqquz min doqquz yüz otuz) manat pul və ödənilmiş 119.30 (yüz on doqquz manat otuz qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı1 verilsin. Birləşdirilmiş iş üzrə İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı2 tərəfindən ödənilmiş 129.53 (bir yüz iyirmi doqquz, əlli üç) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zeynal Zeynalov