Məhkəmə qərarları › İş №2(050)-1586/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1586/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1586/2024 10.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 450 (dörd yüz əlli) manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Masallı rayonu, Kolatan kənd sakini Cavabdeh ona müraciət edərək ondan qısa müddət ərzində qaytarmaq şərti ilə 450 manat borc pul istəmişdir. O, da insanlıq naminə cavabdehə həmin məbləğdə borc pul vermişdir. Qarşılığında isə əmək haqqı plastik kart qoydu ki, o, hər ay həmin kartdan pulunu götürsün və müəyyən müddətdən sonra həmin borc bitmiş olsun. Lakin o, həmin kartdan pul götürə bilməmişdir. Çünki, ay sonunda həmin kart artıq bağlı idi. Borc pul alması ilə bağlı qəbz imzalayaraq ona vermiş və sadaladıqlarını həmin qəbzdə qeyd etmişdir. O, pulu cavabdehə öz evində vermişdir. Cavabdeh aldığı borcu qısa zaman ərzində qaytaracağına söz vermiş olsa da, lakin bu günə kimi borcunu qaytarmamışdır. Dəfələrlə borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, sonda məcbur qalıb Masallı RPŞ-nə müraciət etmişdir. PŞ-dən müraciətin mülki xarakterli olduğunu bildirib məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etmişlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh ona müraciət edərək ondan qısa müddət ərzində qaytarmaq şərti ilə 450 manat borc pul istəmişdir insanlıq naminə cavabdehə həmin məbləğdə borc pul vermişdir. Qarşılığında isə əmək haqqı plastik kart qoyub ki, o, hər ay həmin kartdan pulunu götürsün və müəyyən müddətdən sonra həmin borc bitmiş olsun o, həmin kartdan pul götürə bilməmişdir, ay sonunda həmin kart artıq bağlı idi. Borc pul alması ilə bağlı qəbz imzalayaraq ona vermiş və sadaladıqlarını həmin qəbzdə qeyd etmişdir, pulu cavabdehə öz evində vermişdir. Cavabdeh aldığı borcu qısa zaman ərzində qaytaracağına söz vermiş olsa da, lakin bu günə kimi borcunu qaytarmamışdır, dəfələrlə borcunu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır, ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən cavabdehin borcu qaytarmaq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsində qeyd edilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə işin faktiki və hüquqi hallarını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçı cavabdehə 450 manat məbləğində borc pul verməsini iddia etmişdir. Cavabdeh həmin pul qarşılığında özünə məxsus əmək haqqı kartını iddiaçıya vermişdir. Bununla da cavabdeh iddiaçıdan borc pul almasını təsdiq etmiş və aldığı borcu qaytarmasına dair sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 77.1 və 14.2-ci maddəsi). Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 33 (otuz üç) manat məbləğində dövlət rüsumu da, cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 450 (dörd yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar