Məhkəmə qərarları › İş №2(050)-1595/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1595/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1595/2023 11.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «pul» barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, daha əvvəl İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4540 manat pulun və 30 manat dövlət rüsumuna görə pul alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-299/2020 saylı 12 may 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh borca görə 2200 (iki min iki yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 2230 (iki min iki yüz otuz) məbləğində pul alınaraq İddiaçı verilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, əlavə olaraq Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən görünür ki, iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə baxılaraq qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 266- 269-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar