Məhkəmə qərarları › İş №2(050)-1609/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1609/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1609/2024 03.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2 Yediyar oğluna, Cavabdeh3 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5, Cavabdeh2 Yediyar oğluna, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Masallı rayon Alışanlı kənd sakinləri X6, Cavabdeh2 Yediyar oğlu, Cavabdeh3 müştərək qaydada ona borclu olduqları 5200 (beş min iki yüz) manat pulunu və məhkəmə rüsumu kimi ödəmiş olduğu 72 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Masallı rayon Alışanlı kənd sakinləri X6, Cavabdeh2 Yediyar oğlu, Cavabdeh3 müştərək qaydada ona borclu olduqları 4400 (dörd min dörd yüz) manat pulunu və məhkəmə rüsumu kimi ödəmiş olduğu 72 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Masallı rayon Alışanlı kənd sakinləri X6, Cavabdeh2 Yediyar oğlu, Cavabdeh3 12 fevral 2024-cü il tarixdə axşam saat 20 radələrində şəxsi təsərrüfatından olan xırda başlı 18 ədəd qoyunun dəyəri 5200 (beş min iki yüz) manata 3 günlük pulunu vermək şərti ilə satmışdır. Cavabdehlər onun satmış olduğu 5200 (beş min iki yüz) manatlıq qoyunun pulunu ona bu gün sabaha salaraq pulunu vermirlər. O, pulunu istəyərkən cavabdehlər onu hədələyib və təhqir edirlər. O, Kapital Bankdan 5000 manat pul götürüb qoyun alıb saxlamış və hal-hazırda ayda 250 manat Banka pul ödədiyir. Onun qoyunları satmaqda məqsədi uşağın əməliyyatını etdirməsi, başqa xərclərini ödəyib və bankı bağlamaq istəməsidir. Etibar Abasov həyat yoldaşıyla birgə gələrək ona pul tapıb uşağını əməliyyata aparmasını, ona olan pulunu martın 5-də çatdıracaqlarını bildirmişlər. 05 mart 2024-cü il tarixində məcbur qaldığından 102 çağırı xidmətinə zəng edərək pulunu alıb ona verilməsini istəmişdir. Araşdırma zamanı işin mülkü xarakter daşıdığına görə ona Masallı Məhkəməsinə müraciət etməli olduğu qey edilmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasına xahiş etdi. Cavabdehlər X6, Cavabdeh2 Yediyar oğlu, Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 Yediyar oğlu və Cavabdeh3 13 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddianı qəbul edərək iddiaçıya 4400 manat məbləğində borcları qaldığını etiraf etmişlər və buna dair məhkəməyə ərizə təqdim etmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Masallı RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Ramal Nuriyev tərəfindən qəbul edilmiş 13 aprel 2024-cü ikl tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 əməlində Azərbaycan Respublikası CM-nin 134 və 178-ci maddələrinin tərkib əlamətləri mövcud olmadığından barəsində material üzrə həmin maddələrlə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti mülki-hüquqi münasibətlərə aid olduğundan, ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməsi, Qərar barədə maraqlı şəxslərə məlumat verilməsi, Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Masallı rayon prokuroruna göndərilməsi, Material saxlanması üçün RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışır. Həmçinin, qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Masallı rayon Alışanlı kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Qədirli kənd sakini İddiaçı aralarında yaranmış şifahi razılıq əsasında 18 baş xırdabuynuzlu heyvanı (qoyun) 5200 manat pulun müqabilində nisyə alaraq müxtəlif vaxtlarda Cəlilabad və Salyan rayonları ərazisində yerləşən mal-qara bazarında ayrı-ayrı şəxslərə ümumilikə 5300 manata öz xeyrinə sataraq pulunu şəxsi məsrəfləri üçün xərcləmiş və İddiaçı qarşısında üzərinə götürdüyü öhtəliyi yerinə yetirməməklə xx.xx.2024-cü il tarixdə sonuncu ilə arasında alqı-satqı ilə əlaqədar pul mübahisələri yaranmışdır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıdan 5200 manat dəyəri olan 18 baş xırdabuynuzlu heyvanı (qoyun) nisyə almışlar. Daha sonra 800 manat pul ödənişi etmişlər. İddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehlərdən müştərək qaydada borclu olduqları 4400 manat pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 Yediyar oğlu və Cavabdeh3 13 iyun 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddianı qəbul edərək borcun etirafına dair ərizə təqdim etmişlər. Cavabdehlər iddiaçıya olan borclarını ödəməkdən boyun qaçırmışlar. İddiaçı isə iddia ilə məhkəməyə müraciət edərək satmış olduğu 18 baş xırdabuynuzlu heyvanın (qoyun) dəyəri olan 4400 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, işin araşdırlan halları ilə cavabdehlərin öhdəliyini icra etmədiyi müəyyən olunmuşdur. Müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya olan 4400 manat borcdan 200 manat da ödəmişlər. Belə olan halda iddia tələbi qismən təmin olunmalı və cavabdehlərdən müştərək qaydada ödənilməmiş 4200 (dörd min iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X4, Cavabdeh2 Yediyar oğlundan, Cavabdeh3 müştərək qaydada 4200 (dörd min iki yüz) manat məbləğində pul vəsaiti və 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar