Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-165/2023 17.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2 (050)-211/2020 saylı qətnaməsi ilə qət edilmiş 80 (səksən) manat sabit pul məbləğində alimentin 150 (bir yüz əlli) manat miqdarına qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Daha sonra xasiyyətləri düz gəlmədiyindən ailə münasibətləri pozulmuşdur. Cavabdeh nikahlarından doğulmuş uşağa köməklik göstərmir. Nikahlarını rəsmiləşdirmək üçün qeydiyyat şöbəsinə getməkdən imtina etdiyindən atalığın müəyyən olunması və aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 atasının Cavabdeh olması müəyyən edilmiş və uşağın yet yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-211/2020 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən apelyasiya şikayəti verilsə də, qətnamə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)- 123/2021 nömrəli qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Hazırda cavabdehin ödədiyi 80 (səksən) manat alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Cavabdeh tərəfindən hər ay ödənilən 80 (səksən) manat aliment hazırkı bazar qiymətlərinin surətlə artması nəticəsində azlıq təşkil etdiyindən qeyd olunan məbləğlə uşağını normal saxlaya bilmir. Odur ki, xx.xx.2018-ci ildə faktiki nikahlarından doğulmuş Adəmin saxlanması üçün qət edilmiş alimentin miqdarı 80 (səksən) manatdan 150 manata artırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 26 sentyabr 2018-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(050)-211/2020 saylı qətnaməsinin surətindən görünür ki, 26 sentyabr 2018-ci il təvəllüdlü X2 atasının Cavabdeh olmasının müəyyən edilməsi, 26 sentyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin cavabdeh Mirzəyev Qəni oğlundan alınaraq iddiaçi X1 ödənilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(106)-123/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh nümayəndəsi və vəkili X6 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Masallı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(050)-211/2020 saylı qətnaməsinin dəyişdirilməməsi qət edilmişdir. Məhkəmə iddiaçını dinləyib, mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə yaşadıqları dövrdə 26 sentyabr 2018-ci il təvəllüdlü X5 adlı bir nəfər uşaqları anadan olmuşdur. Sonradan münasibətləri pisləşmiş və ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(050)-211/2020 saylı qətnaməsinə əsasən 26 sentyabr 2018-ci il təvəllüdlü X2 atasının Cavabdeh olması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 80 (səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdehin azyaşlı Adəmin saxlanılması üçün ödəməli olduğu aliment uşağın tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, uşaqları saxlamaq, qayğısına qalmaq, onların maddi və mənəvi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Məhz bu səbəbdən də uşağın saxlanılmasında o da iştirak etməli və hazırki tələbatına uyğun aliment ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı alimentin artırılması tələbinə dair iddiasına təxminən 3 il bundan əvvəl baxılaraq 80 manat aliment müəyyən olunduğundan, həmin vaxtdan hazırki dövrədək uşağın tələbatı artdığından, Masallı Rayon Məhkəməsinin Məhkəməsinin 15 yanvar 2020ci il tarixli, 2(050)-211/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və 26 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Masallı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(050)-211/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və 26 sentyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Artırılmış alimentin tutulmasına Masallı Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2 (050)-165/2023 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh dövlət rüsumuna görə 38 (otuz səkkiz) manat tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-165/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-165/2023
17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver