Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-169/2024 05.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 8500 manat və 105 manat dövlət rüsumu, cəmi 8605 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 2023-cü ilin əvvəllərində internet vasitəsi ilə Almaniya Federativ Respublikasından “Volvo” markalı FH500 yük maşını taparaq Rəşad adlı şəxslə maşını alıb ona göndərməsi üçün razılaşaraq həmin maşını almışdır. Rəşad adlı şəxs aldığı “Volvo” markalı FH500 yük maşınını Cavabdeh Bakıya ona çatdırması üçün etibar etmişdir. Cavabdeh pul qazanmaq məqsədilə onun icazəsi olmadan Belarus Respublikasından keçən zaman maşına əlavə yük vurmuş, vurulmuş əlavə yük isə Rusiya Federasiyasının ərazisində dağılmış və nəticədə maşınına 5000 ABŞ dolları (8500 manat) dəyərində zərər dəymişdir. Cavabdeh Rusiya Federasiyasında olarkən onun anlamaması üçün maşına dəymiş ziyanı yüngülvari təmir etdirərək ört-basdır etmiş, lakin sonradan Bakı şəhərində maşına yük vuran zaman bəlli olmuşdur ki, maşına ciddi ziyan dəymişdir. Qeyd edilən təfərrüatları Cavabdeh Bakı şəhəri Suraxanı RPİ-də də izahatı alınan zaman səmimi olaraq etiraf etmişdir. Lakin cavabdeh ona vurduğu ziyanı ödəməkdən boyun qaçırır. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.3 və 1115-ci maddələrinə istinad edilmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Almaniya Federativ Respublikasından Rəşad adlı şəxsin vasitəsi ilə “Volvo” markalı FH500 yük maşını və “Kogel S 24-1” yarımqoşqu markalı nəqliyyat vasitəsi almışdır. Maşının pulunun bir qismini bank vasitəsi, bir qismini isə Eminə Rəşada çatdırılması üçün nağd qaydada vermişdir. Avtomobili Emin sürüb gətirməli idi. Emini Rəşad sürücü kimi avtomobili Azərbaycan Respublikasına çatdırmaq üçün dəvət etmişdir. Emin avtomobilin ona məxsus olmasından məlumatlı olmuşdur. Emin Belarus Respublikasında onun icazəsi olmadan maşına yük vurmüşdur. Yük yolda aşmış, maşının qoşqusu zədə almışdır. Emin zədələnmiş hissəni yolda yüngülvari düzəltdirmiş, sonra maşını gətirib ona vermişdir. Avtomobilin zədələnmiş hissəsini gözlə görmək mümkün olmamışdır. Bir ay maşına yük vurmamışdır. Sonra Türkiyə Respublikasına gedərkən maşında problem yaranmışdır. Eminin icazəsiz maşına vurduğu yükün aşması nəticəsində avtomobildə yaranmış problemə görə avtomobilin qoşqusundan istifadə edə bilmir. Cavabdehin hərəkəti nəticəsində ona zərər dəymişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişini Cavabdeh çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, “Volvo” markalı FH500 yük markalı **-LA-*** və **- YD-*** dövlət qeydiyyat nişanlı “Kogel S 24-1” yarımqoşqu markalı nəqliyyat vasitələri İddiaçı tərəfindən Almaniya Federativ Respublikasından alınmış və Cavabdeh tərəfindən Azərbaycan Respublikasına çatdırılmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, istehsal tarixi 2015-ci il olan **-YD-*** dövlət qeydiyyat nişanlı “Kogel S 24-1” yarımqoşqu markalı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2023-cü ildə sənədləşdirilmişdir. Qaimə-fakturadan görünür ki, göndərici Belarus Respublikası, Mostı şəhəri, Sovetskaya küçəsi, ev 38 ünvanında qeydiyyatda olan "xxxx" MMC alıcı Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, PQT-Qaraçuxur-40-42/60 ünvanında qeydiyyatda olan "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə 20673 kq çəkisi olan, 1408,428 kv.m olan DVP yükü və 1105 kq çəkisi olan 75,348 kv.m olan DVP yükü göndərmiş və yol vərəqəsi sürücü Cavabdeh adına verilmişdir. Əliyev X1 RPİ-də xx.xx.2023-cü il tarixdə verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı şəxsən tanımır. Onu Almaniyada yaşayan Rəşad adlı tanışının vasitəsi ilə tanımışdır. Turalın aldığı “Volvo” markalı yük maşınını sürücü olaraq gətirmişdir. Belarus Respublikası ərazisində Azərbaycan Respublikasına çatdırılması üçün yük vurmuşdur. Yükü Rəşadın razılığını aldıqdan sonra vurmuşdur. Rusiya Federasiyasında yük yerində olan yükün sürüşməsi nəticəsində yük yerinin sağ ön qolu əyilmişdir. O, yaranmış nasazlığı hadisə baş verən yerdə tam şəkildə təmir etdirmişdir. Bakıya gəlib maşını Turala təhvil vermiş və yolda baş vermiş qəzayla bağlı məlumat vermişdir. O, da qəbul edərək yük maşınını ondan təhvil almışdır. Maşını Turala verdikdən sonra Tural 2 dəfə Türkiyə Respublikasına getmiş və heç bir problem olmamışdır. Tural Rəşada olan 3200 evro borcunu hadisəyə görə verməmişdir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının reyestrinə daxil olmuş müstəqil ekspert X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydə göstərilir ki, yük daşıma zamanı yüklər doğru-düzgün bərkidilib bağlanılmadığı üçün hərəkət və tormuzlanma zamanı yüklər arxaya və önə hərəkət edərək TENTLİ FURQON olan yarımqoşqunun ön bort hissəsini yararsız hala salmışdır. KOGEL YARİMQOŞQU (Tentli- Furqon) markalı, ** YD *** dövlət nömrə nişanlı, ban №WK0S**********079, 2015-ci il buraxılışdan, boz gümüşü rəngdə, İddiaçı mülkiyyətində olan yarımqoşquya dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, yarımqoşquya zərbə iç ön hissədən dəymişdir. Avtomobilin tam sökülüb yığılmasına sərf olunan, işlərin dəyəri ehtiyyat hissələr - 6987 manat, təmir-bərpa işləri- 1530 manat, cəmi 8517 manat təşkil edir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-3796/2023 saylı qərardadından görünür ki, iş üzrə ekspertiza təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşagıdakı sual qoyulmuşdur: Mülki iş materiallarında olan sənədlərə əsasən “Koegel s 24-1” yarımqoşqu markalı **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin məbləği nə qədərdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli, 9/208 saylı ekspert rəyindən görünür ki, iş materialında olan xx.xx.2023-cü il tarixli “Qüsur akt"ı məlumatlarına əsasən 2015-ci il buraxılışlı maksimal kütlə 35000 kq, "Kögel S24-1" markalı, **-YD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O, cümlədən:
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 7987 manat, o, cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 6987 manat, təmir-bərpa işlərinin qiyməti - 1000 manat;
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 5259 manat, o, cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 4259 manat, Təmir-bərpa işlərinin qiyməti - 1000 manat. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (maddə 16.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115). Məhkəmə qeyd edir ki, sadalanan hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcudluğu, bunun təqsirli və qanunsuz hərəkət nəticəsində vurulması, zərərlə belə hərəkət arasında səbəbli əlaqənin olması. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçının Almaniya Federativ Respublikasından almış olduğu “Volvo” markalı FH500 yük markalı **-LA-*** və **-YD-*** dövlət qeydiyyat nişanlı “Kogel S 24-1” yarımqoşqu markalı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən Azərbaycan Respublikasına gətirilməsi üçün ümumi razılıq olmuşdur. Bu məqsədlə avtobomil və ona dair sənədlər sürücü - Cavabdeh təqdim edilmişdir. Cavabdeh iddiaçının (avtomobilin mülkiyyətçisinin) razılığı olmadan Belarus Respublikasında maşına yük vurmuşdur. Yük yolda aşmış, maşının qoşqusu zədə almışdır. Zədələnmiş hissə müəyyən dərəcədə (müvəqqəti) düzəldilmişdir. Məhkəmə cavabdehin Suraxanı RPİ-də xx.xx.2023-cü il tarixdə verdiyi izahatında qeyd etdiyi - avtomobilə yük vurulması üçün avtomobili Azərbaycan Respublikasına çatdırılmasını ona həvalə etmiş Rəşad adlı şəxsdən icazə alması barədə mövqeyinə münasibətdə bildirir ki, bu arqument əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehə məlum idi ki, avtomobilin mülkiyyətçisi Rəşad deyil, İddiaçıdur. Buna dair sənədlər də ona təqdim edilmişdir. Məhkəmə cavabdehin Suraxanı RPİ-də xx.xx.2023-cü il tarixdə verdiyi izahatında qeyd etdiyi digər - avtomobili iddiaçıya problemsiz halda təhvil verilməsi barədə mövqeyə münasibətdə isə bildirir ki, işin mübahisələndirilməyən tərəfin ondan ibarətdir ki, cavabdehin avtomobilə yük vurması nəticəsində yarımqoşqu zədə almışdır. Həmin əməl nəticəsində vurulmuş zərərin aradan qaldırılmasını sübut etmək yükü cavabdehin üzərinə düşür. Məlum məsələdir ki, hər hansı bir avtomobilə vurulmuş zərər müəyyən dərəcədə (müvəqqəti) aradan qaldırılarsa digər zərərin ilk baxışda gözlə görünə bilməməsi mümkündür. Yarımqoşqunun hansı hissələrinin zədəli olması, bununla bağlı tələb olunan təmir-bərpa xərcləri işdə olan qüsur aktı və ekspert rəyi ilə sübut edilir. Məhkəmə ekspert rəyinə münasibətdə bildirir ki, yarımqoşqunun buraxılış ili 2015-ci ildir. Bu səbəbdən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 4259 manat, təmir-bərpa işlərinin qiyməti 1000, cəmi vurulmuş zərərin məbləği 5259 manat müəyyən edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütə- nasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun 72.59 manatı və 50 manat məbləğində ekspertiza xərci cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 5259 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin 72.59 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyərləri olan 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ceyhun Quliyev