Məhkəmə qərarları › İş №2(050)-1694/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1694/2023

18.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1694/2023 18.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən ona vurulmuş 700 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, mülki işin mümkünlüyü məsələsinə baxılarkən mübahisənin mahiyyətini təhlil edərək məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqanların hərəkətsizliyindən narazılğını ifadə etməklə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı inzibati məhkəmə icraatı qaydasında hazırkı məsələni mübahisələndirməlidir. Belə olan halda məhkəmə aidiyyatı qaydalarına əsasən həmin tələbə mülki icraat qaydasında baxılması yolverilməsdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin, iddiaçıya izah edilməlidir ki, mübahisə inzibati orqanın fəaliyyəti ilə bağlı olduğundan məhkəmə aidiyyatı qaydalarına riayət etməklə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldi: İddiaçı cavabdeh “Masallı rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlərin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar