Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-17/2025 16.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı2 nümayəndəsi və ilk iddia üzrə İddiaçı1, İlk iddia üzrə iddiaçıların vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddiaçı Cavabdeh, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh vəkili Vəkil2 iştirakları ilə. İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 ilk iddia üzrə Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh şifahi tapşırıq müqaviləsi üzrə onlardan artıq aldığı 28049 manat pulun, 40 manat dəyərində 1 ədəd qaz balonu, 10 manat dəyərində 1 ədəd mismar çəkən alət, 20 manat dəyərində 1 ədəd dəmirkəsən mişar, 30 manat dəyərində 1 ədəd taraz xətkeşi, 130 manat dəyərində 1 ədəd 5 lirlik elektrik samovarı, 70 manat dəyərində 1 ədəd 5 kq çəkisi olan latun materialdan hazırlanmış qazan, 30 manat dəyərində 1 ədəd üzərində naxışlar olan qəhvəyi rəngli kreslo üzlüyü, hər birinin qiyməti 250 manat olmaqla 500 manat dəyərində iki ədəd velosiped, 85 manat dəyərində 1 ədəd velosiped, hər biri 20 manat olmaqla 40 manat dəyərində 2 ədəd 10 litrlik su bidonu, 5 manat dəyərində 1 ədəd mətbəx bıçağı, 421 manat dəyərində 1 ədəd dəri materialdan olan gödəkçə, 5 manat dəyərində 1 ədəd plastik materialdan olan külatan, hər birinin dəyəri 50 manat olmaqla 100 manat olan 2 ədəd meyvə qabının və ya onların dəyərinin, həmçinin dövlət rüsumu kimi ödəmiş olduqları 179 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh şifahi tapşırıq müqaviləsi üzrə onlardan artıq aldığı 30803 manat pulun, 40 manat dəyərində 1 ədəd qaz balonu, 10 manat dəyərində 1 ədəd mismar çəkən alət, 20 manat dəyərində 1 ədəd dəmirkəsən mişar, 30 manat dəyərində 1 ədəd taraz xətkeşi, 130 manat dəyərində 1 ədəd 5 litrlik elektrik samovarı, 70 manat dəyərində 1 ədəd 5 kq çəkisi olan latun materialdan hazırlanmış qazan, 30 manat dəyərində 1 ədəd üzərində naxışlar olan qəhvəyi rəngli kreslo üzlüyü, hər birinin qiyməti 250 manat olmaqla cəmi 500 manat dəyərində iki ədəd velosiped, 85 manat dəyərində 1 ədəd velosiped, hər biri 20 manat olmaqla cəmi 40 manat dəyərində 2 ədəd 10 litrlik su bidonu, 5 manat dəyərində 1 ədəd mətbəx bıçağı, 421 manat dəyərində 1 ədəd dəri materialdan olan gödəkçə, 5 manat dəyərində 1 ədəd plastik materialdan olan külatan, hər birinin dəyəri 50 manat olmaqla cəmi dəyəri 100 manat olan 2 ədəd meyvə qabının və ya onların dəyərinin, həmçinin dövlət rüsumu kimi ödəmiş olduqları 183 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh və valideynləri ilə ailəvi dost olmuşlar. 2020-ci ilin noyabr ayında cavabdeh vatçap vasitəsi ilə əlaqə saxlayaraq ona borc pul verilməsini xahiş etdiyindən 2019-cu ilin əvvəllərindən 2021-ci ilin iyun ayınadək cavabdehə ümumilikdə 8000 manat pul borc göndərmişdir. 2021-ci ilin iyun ayında isə razılaşmışlar ki, cavabdehə kənddə olan evini təmir etdirsinlər. Borcla bağlı verməli olduğu pulu həmin evin təmirinə sərf etsin və çatışmayanı da cavabdehə ödəsinlər. Bu məqsədlə cavabdehə müxtəlif vaxtlarda pul vəsaitləri göndərmişdir. Sonuncu dəfə 2021-ci ilin sentyabr ayında cavabdehin kart hesabına hissə-hissə olmaqla 15000 manat pul köçürmüşdür. Ümumilikdə isə ona 45000 manat pul göndərmişdir. 2021-ci ilin oktyabr ayında kəndə qayıtdıqda isə məlum olmuşdur ki, cavabdehin gördüyü işlər aldığı pula mütənasib deyildir. Görülən işlər isə onların istədiyi kimi deyil, cavabdehin özünün düşündüyü kimi olmaqla keyfiyyətsiz icra olunmuşdur. Bu səbəbdən də cavabdehi evin təmir işlərindən kənarlaşdırmışlar. Həmin vaxt məlum olmuşdur ki, cavabdeh görülən işin usta pulunun da verməmişdir. Rusiya Federasiyasından gələndən sonra Elmir adlı ustaya 800 manat pul vermişlər. Eyni zamanda cavabdeh evin təmiri ilə bağlı götürdüyü inşaat materiallarının da dəyərini ödəməmişdir. Bu səbəbdən də inşaat materiallarının dəyəri kimi 1091 manatı onlar özləri ödəməli olmuşlar. Həmçinin məlum olmuşdur ki, cavabdeh evdə təmir işləri görən ərəfədə evdən 40 manat dəyərində 1 ədəd qaz balonu, 10 manat dəyərində 1 ədəd mismar çəkən alət, 20 manat dəyərində 1 ədəd dəmirkəsən mişar, 30 manat dəyərində 1 ədəd taraz xətkeşi, 130 manat dəyərində 1 ədəd 5 liıiik elektrik samovar, 70 manat dəyərində 1 ədəd 5 kq çəkisi olan latun materialdan hazırlanmış qazan, 30 manat dəyərində 1 ədəd üzərində naxışlar olan qəhvəyi rəngli kreslo üzlüyü, hər birinin qiyməti 250 manat olmaqla cəmi 500 manat dəyərində iki ədəd velosiped, 85 manat dəyərində 1 ədəd velosiped, hər biri 20 manat olmaqla cəmi 40 manat dəyərində 2 ədəd 10 litrlik su bidonu, 5 manat dəyərində 1 ədəd mətbəx bıçağı, 421 manat dəyərində 1 ədəd dəri materialdan olan gödəkçə, 5 manat dəyərində 1 ədəd plastik materialdan olan külatan, hər birinin dəyəri 50 manat olmaqla cəmi dəyəri 100 manat olan 2 ədəd meyvə qabını aparmışdır. Mütəxəssis vasitəsi ilə evdə cavabdehin gördüyü işlərin dəyəri hesablatdırılmış və həmin işərin cəmi dəyərinin 26842 manat olması məlum olmuşdur. Halbuki, bu adla cavabdeh onlardan 53000 manat pul almışdır. Bu isə cavabdehin qeyd olunan təmir işləri adı ilə onlardan 26159 manat artıq pul almasını göstərir. Cavabdehin həmin tikintiyə istifadə etdiyi tikinti materiallarından dükana olan 1091 manat borcunu və ustanın pulu kimi 800 manat pulu da onların özlərinin ödəməkləri nəzərə alınarsa, cavabdehin bu adla onlardan 28049 artıq pul almasını göstərir. Cavabdehin evdən apardığı əşyaların da dəyəri 1486 manat təşkil edir. Bu isə cavabdehin onlara 29535 manat ziyan vurmasını göstərir. Cavabdehdən bunları qaytarmasını tələb etməyinə baxmayaraq nəticəsi olmadığından məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ona borclu olduqları 5000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı pul tələbi barədə iddia ərizəsi üzrə mülki iş vardır və hazırda zərurət yarandığından onun ilk iddiaya qarşı qarşılıqlı iddia vermək hüququ vardır. Belə ki, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində qeyd etdiyi kimi onların evinin təmir işlərini ona və digər ustalarla birlikdə görmüşdür. Onun adına göndərdiyi bütün pulları iddiaçıların evinin təmirinə xərcləmişdir. İddiaçı1 və İddiaçı2 tapşırığına əsasən evlərinin hansı hissələrinin necə olacağını ona bildirmişlər. O, da həmin işləri gördürmüşdür. Qarşılıqlı iddia üzrə cavabdehlərin evləri sıfırdan təmir olunmamışdır. Cavabdehlərin evləri istəklərinə uyğun olaraq sökülmüş və sonradan təmir olunmuşdur. Burada iki xərc çəkilmişdir. Evin söküntüsünə bir pul xərclənmiş və sonradan təmir olunmuşdur. İşləri yekunlaşdırandan sonra cavabdehlərə gördüyü işlərin hamısını təhvil vermiş və bu barədə iddiaçılara göndərdikləri pulların hara xərclədiyi barədə dəftəridə vermişdir. O, və digər ustalar cavabdehlərin evində 5 ay ərzində işlədiyi zəhmət haqqı olan 5000 manat pulu isə Rusiya Federasiyasına getdikdən sonra göndərəcəklərini bildirmişlər. Qohum olduqlarından etiraz etməmişdir. Bir müddət keçdikdən sonra isə cavabdehlərdən pulunu istədikdə cavabdehlər ona işin keyfiyyətli görülmədiyini, ondan narazı olduğunu bildirmişlər. Cavabdehlər ondan başqa da ustaları məhkəməyə vermişlər. Cavabdehlərin ilk iddia ərizələrində qeyd etdikləri tələb etdikləri əşyalar hamısı şər və böhtandır. O qeyd edilən əşyaların heç birini götürməmişdir. İki ədəd velosipedi isə cavabdehlər onun uşaqlarına hədiyyə etmişlər. Həmin velosipedlərdə hal-hazırda evindədir, velosipedlər köhnə olduqlarından uşaqlarıda ondan istifadə etməmişlər. Dəfələrlə cavabdehlərdən pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdehə pul göndərmişdir. Fakt göz qabağındadır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçıların vəkili Vəkil1 bildirdi ki, ilk iddia ərizəsindən, iş materiallarından, işdə olan sənədlərdən və polis şöbəsində verilmiş izahatlardan görünür ki, Cavabdeh İddiaçı1 və İddiaçı2 müxtəlif məbləğlərdə borc pul almışdır. Sonradan öz aralarında razılaşmışlar ki, ilk iddia üzrə iddiaçıların Masallı rayonu, Yeyənkənd kəndində olan evində ilk iddia üzrə cavabdeh söküntü, təmir və müxtəlif işlər görəcək. Borclu olduğu pulda ona çıxılacaqdır. İlk iddia üzrə iddiaçılar tərəfindən göndərilən pulları ilk iddia üzrə cavabdeh qəbul etmişdir. Toplam olaraq 57600 manat pul göndərilib. "xxxx" MMC-dən rəy alınmışdır və rəydə ümumillikdə 26842 manat iş görülməsi hesablanmışdır. Rəy alınarkən hər iki tərəf iştirak etmişdir. Göndərilmiş pulla görülmüş iş arasında olan fərqi tələb edirlər. Həmçinin evdən müəyyən əşyalar götürülmüş və onlar da tələb edilir. İlk iddia üzrə cavabdeh bildirir ki, İddiaçı1 ona iki ədəd verlosiped hədiyyə etmişdir. İddiaçı1 bildirir ki, ilk iddia üzrə cavabdehə heç bir şey hədiyyə etməyib. Qarşılıqlı iddia əsassızdır. Əvvəlki məhkəmə iclaslarında ilk iddia üzrə cavabdehə sual verilmişdir ki, “Usta pulunu İddiaçı1 göndərirdi, yoxsa siz özünüz ödəyirdiz?” Cavab olaraq bildirilmişdir ki, “Öz cibimdən niyə ödəməliyəm ki?” Əmək haqqı kimi 5000 manat pul tələb edilir. 5000 manat əmək haqqı tələbi var idisə niyə ilk iddia veriləndən sonra verilmişdir. Bununla bağlı heç bir razılaşma olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid bildirdi ki, suvaq işinə görə ona 3000 manat pul verilmişdir. Ondan soruşulmuşdur ki, 1 kv.m hansı qiymətə vurmuşdur. O bildirdi ki, 3 manata. Soruşuldu neçə kv.m vurulub. Bildirdi ki, xatırlamır. Şahidin bildirdiyi məbləğlə hesablansa 1000 kv.m edir. Orda həmin həcmdə suvaq işi olmayıb. Bu səbəbdən də şahidlərin verdiyi ifadələr mötəbər hesab edilə bilməz. Yenidən qiymətləndirilməyə ehtiyac yoxdur. İstənilən qiymətləndirmə şirkəti ilə ilk iddia üzrə cavabdeh müqavilə bağlayaraq, yeni rəy ala bilər. Həmçinin rəy verilməsi üçün qiymətləndiriciyə ödənilməli pulu Cavabdeh vəsatət verməsinə baxmayaraq ödəməmişdir, buda tərəfin ekspertizanın keçirilməsindən imtinası hesab edilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh ilk iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin vəkili Vəkil2 bildirdi ki, rəy mötəbər deyil. Ekspertin heç bir məsuliyyəti yoxdur. Lazim olsa onlarda rəy alarlar. Bu səbəbdən rəyin məhkəmə qərardadı ilə alınmasını xahiş edirlər. Məhkəməyə təqdim edilmiş qəbzlərin hamısı kserosurətdir. Cavabdeh onları qəbul etmir. Bankdan çıxarışlar alıb məhkəməyə təqdim etsinlər. Kserosurətlərə məhkəmə qiymət verə bilməz. Həmin qəbzləri özləri də düzəldə bilər. Ekspert iki dəfə gəlmiş rəy verə bilməmişdir. Ev sökülmüş və yenidən tikilmişdir. Göndərilmiş pulun hamısı evə sərf edilmişdir. Ekspert rəyi ilə razı deyil. Ekspertiza təyin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, tərəflərlə bir qohumluğu yoxdur. Bənarənin evində daş işi görmüşdür. Zaborun üstündən dairəvi zabor götürmüşdür. Hini düzəltmiş və hamam tualeti düzəltmişdir, yuxarı mərtəbəni götürmüşdür, materialları Feyruz alıb gətirib. Əmək haqqını Feyruz verib. Yanında əlavə 2 fəhlə işləyib və onların pulunu da Feyruz verib. Yeməylərini orada yemişlər lakin kimin alıb kimin gətirdiyini bilmir, 100 manat bir, 1000 manata yaxın pul götürmüşdür, kamaz o ora gələndə artıq daşı boşaltmışdı, təqribi 3 kamaz daş işləmişdir, işlədiyi ev Yeyənkənd ərazisində idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Bənarə gilin evində tikinti işləri görmüşdür, svarşik işləri etmişdir, qaz çəkmişdir, onun zəhmət haqqını Feyruz 2500 manata qədər vermiş, 1000-1200 manat arası Bənarə xanımın oğlu verib. Materialları Feyruz alırdı. Sadəcə orada işləyən zaman reşotka qalmışdı 124 manata Bənarə xanımın oğlu təşkil edib, orada alınan materialların nə qədərə alındığını bilmir, söküntü materiallarının da dəyərini deməyi mümkün deyil, çünkü bir yerdən söküb bir yerə taxdığı materialın dəyərini müəyyən edə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Bənarə gilin evində əsas olaraq suvaq işi görmüşdür, həmçinin arakəsmələri götürmüşdür. Divarlara setka tikmişdir. Ona zəhmət haqqını Feyruz verib. Axrıncı pulu var idi 220 manat onu da Bənarə xanımın oğlu verib. O Feyruzdan 3000 manata yaxın pul almışdır. Material olaraq oraya 3 kamaz qum gəlib. Nə material lazım olurdusa Feyruza deyirmiş və oda hamısını alıb gətirirdi. Bənarə xanım ona heç bir material gətirməyib işləmək üçün. Evdə təxminən 2 aya yaxın işləmişdir. Feyruz evdə deyildi deyə pulu Bənarənin oğlu verirdi Emin gələndən sonra. Həmin zaman tualet qalmışdı düzəlməmiş və evdə biraz işi qalmışdı. Sonra ona dedi ki, daha iş görməyəcəksən zəhmət haqqını verim qurtaraq. 3000 manat zəhmət haqqını suvaq işinə, evdəki arakəsmələri götürməyinə, yuxarıda tualet hamamı götürməyinə, divarlara setka tikməyinə görə verib. Suvağın kvadrat metrin 3 manata vururdu. Evə neçə kvadratmetr suvaq vurduğu yadında deyil. Sadəcə suvaq işinə nə qədər pul almışdır onu deyə bilmir. İşə görə 100 manat aldığı yadındadı ayrıca olaraq. Pul hardasa 3000 manata yaxın idi. Fəhlə kimi orada 25 manata işləyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan: 16 avqust 2021-ci il tarixli, ********* nömrəli pul göndərişindən görünür ki, İddiaçı2 Cavabdeh 1330 ABŞ dolları göndərmişdir. 368937926 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 2300 manat göndərilmişdir. 840660952 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 2400 manat göndərilmişdir. 961662451 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 1172 manat göndərilmişdir. 946822379 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 130000 rubl göndərilmişdir. 327535950 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 140000 rubl göndərilmişdir. 252418797 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 148000 rubl göndərilmişdir. 590611146 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 120000 rubl göndərilmişdir. 592975971 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 10000 rubl göndərilmişdir. 432693144 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 102000 rubl göndərilmişdir. 114416660 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 3000 manat göndərilmişdir. 771271955 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 148000 rubl göndərilmişdir. 162869394 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 1400 manat göndərilmişdir. 644917223 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 2020 manat göndərilmişdir. 629660038 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 148000 rubl göndərilmişdir. 848772825 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 52000 rubl göndərilmişdir. 819471230 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 2240 manat göndərilmişdir. 463321888 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 4500 manat göndərilmişdir. 772856214 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 109000 rubl göndərilmişdir. 795442624 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 10000 rubl göndərilmişdir. 696777065 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 150 ABŞ dolları göndərilmişdir. 893866016 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 150 ABŞ dolları göndərilmişdir. 240105349 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 200 ABŞ dolları göndərilmişdir. 545535185 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 50 ABŞ dolları göndərilmişdir. 885868034 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 10000 rubl göndərilmişdir. 475506758 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 410 ABŞ dolları göndərilmişdir. 648162732 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 20000 rubl göndərilmişdir. 841057751 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 235 manat göndərilmişdir. 551758163 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 116 manat göndərilmişdir. 133538771 nömrəli pul göndərişindən görünür ki, Cavabdeh 10000 rubl göndərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Masallı rayonu Yeyənkənd kəndində qeydiyyatda olmaqla yaşayan İddiaçı1 xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-yə Azərpoçt MMC vasitəsilə ərizə ilə müraciət edərək Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Cavabdeh 2021-cı ilin müxtəlif aylarında ayrı-ayrı vaxtlarda etibarından sui-istifadə etməklə ondan borc olaraq 53109 manat pul alması və Cavabdeh Elmir, Telman və Rüfət adlı şəxslərlə əlbir olub Masallı rayonu Yeyənkənd kəndində yerləşən ona məxsus tikinti-təmir işi davam etməkdə olan fərdi yaşayış evindən qaz sobasını oğurlamasını bildirmiş və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Masallı RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə Masallı rayonu Yeyənkənd kəndində yaşayan İddiaçı1 müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınmış İddiaçı1 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-yə poçt vasitəsilə müraciət edərək Cavabdeh barəsində şikayət etmişdir. Cavabdeh və valideynləri ilə ailəvi dost olmuşdur. Feyruzun atası ilə onun atası bir sinifdə oxumuşdur. O, 1992-ci ildən Rusiya Federasiyasına köçərək orada yaşamağa başlamışdır. 2020-cı ilin noyabr ayında Cavabdeh onunla “whatsap ani danışıq sistemi vasitəsilə əlaqə saxlayaraq” ailə vəziyyətinin aşağı səviyyədə olmasını, Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evini təmir etdirə bilmədiyini demişdir. Daha sonra Feyruz ondan borc olaraq pul göndərməyini və evinin təmirini başa çatdırmağını xahiş etmişdir. O, da 2020-ci ilin əvvəllərindən 2021-ci ilin iyun ayınadək Cavabdeh hissə-hissə ümumilikdə 8000 manat pul göndərmişdir. Həmin pulu Rusiya Federasiyasında yaşayan oğlu İddiaçı2 qazanmış və onun əziyyətinin bəhrəsi olmuşdur. O, Emildən xahiş etdiyi üçün Emil də Feyruza göndərmişdir. 2021-ci ilin may ayında Feyruzun anası Zenfirə ona zəng edib sakini olduğu kənddə ev təmir etdirib-etdirməməyini soruşduqda o, Zenfirəyə yaxın zamanda evini təmir etdirməyə başlayacağını demişdir. Zenfirə telefon əlaqəsi zamanı ona oğlu Feyruzun ev təmiri ustası olduğunu, əlindən hər iş gəldiyini, Feyruzun tabeçiliyində fəhlə-usta briqadasının olmasını bildirmiş, o da Zenfirəyə Feyruzun ona həm də borcu olduğunu, Feyruzun evini təmir edərkən ona olan borcunu da ödəmiş olacağını cavabında bildirmişdir. Buna görə o, 2021-ci ilin iyun ayında RF-dan Masallı rayonu Yeyənkənd kəndinə gəlmiş və evini təmir etdirməyə başlamışdır. Cavabdeh özü ilə Elmir, Telman və Rüfət adlı fəhlələr ilə gəlib guya ev təmirinə başlamışlar. Ev inşa etmək adı ilə Feyruz RFda yaşayan oğlu Emildən hissə-hissə olmaqla 45000 manat pul almışdır. Sonuncu dəfə 2021-ci ilin sentyabr ayında Feyruzun kart hesabına hissə-hissə olmaqla Rusiya Federasiyasından 15000 manat pul köçürmüşlər. Feyruz onlardan aldığı pulun müqabilində fərdi yaşayış evinin dam örtüyünü dəyişmiş, mövcud hasarı üç daş hündürə qaldırmış, evin iki otağını suvamış və dam örtüyünün aşağı hissəsinə taxta çəkdirmişdir, 2021-ci ilin oktyabr ayında oğlu Emil RF-dan geri qayıtdıqda evdə əsaslı təmir işinin görülmədiyini görüb Feyruzu və ustaları evin təmirindən uzaqlaşdırmışdır. Hazıradək onlar Feyruzdan əsaslı iş görmədiyi üçün ona borc olaraq verdiyi 8000 manat pulu və ev təmiri üçün ödədiyi 45000 manat pulu geri istəmişlər, Feyruz onlara olan borcunu guya ev təmir etdirərəkən ödədiyini iddia etmiş və hətta guya onların ona 5000 manat borclu olduğunu bildirmiş, hətta RF-da işləyən oğlunun iş yerinə adam göndərib oğlundan 5000 manat pul verməsini tələb etmişdir. 2021-ci ilin oktyabr ayında oğlu RF-dan gəldikdə onlara məlum olmuşdur ki, Feyruz onlardan pul almasına baxmayaraq inşaat materialı mağazasından təmir materiallarını nisyə almışdır. Bu səbəbdən oğlu Emil Ərkivan qəsəbəsində yerləşən inşaat materialları mağazasına 1094 manat pul ödəmiş. İndiyədək Feyruzdan və ailəsindən telefonla zəng edərək pulunu geri qaytarmasını tələb etsə də, Feyruz onlarla mübahisə edir, guya onun ona borcu olmasını bildirib ondan və oğlu Emildən 5000 manat pul istəyir. O da hüquq-mühafizə orqanlarına bu barədə şikayət etmək qərarına gəlmiş və Masallı RPŞ-yə poçtla müraciət edərək şikayət etmişdir. Etibarından sui-istifadə etməklə pulunu mənimsədiyinə görə və ev təmir etdirərkən ona etibar etdiyi əmlakı israf edərək yeyintiyə yol verdiyi üçün Feyruz və özü ilə birlikdə gətirdiyi Elmir, Telman və Rüfət adlı şəxsləri cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Feyruz və usta briqadası olan üç nəfər şəxs işlədiyi müddət ərzində təmir işi dava edən fərdi yaşayış evindən bir ədəd 40 manat dəyərində qaz balonunu, bir ədəd 10 manat dəyərində mismar çıxaran aləti, bir ədəd 20 manat dəyərində dəmir kəsən mişarı, bir ədəd 30 manat dəyərində taraz xətkeşı, bir ədəd 130 manat dəyərində beş litrlik elektrik samovarı, bir ədəd 70 manat dəyərində beş kiloqram çəkisi olan latun materialından hazırlanmış qazanı, bir ədəd 30 manat dəyərində üzərində naxışlar olan qəhvəyi rəngli kreslo üzlüyünü, bir ədədinin qiyməti 250 manat olmaqla cəmi qiyməti 500 manat təşkil edən iki ədəd velosipedi, bir ədəd qiyməti 85 manat olan velosipedi, iki ədəd hər biri 10 litr həcmində bir ədədinin qiyməti 20 manat olmaqla cəmi qiyməti 40 manat təşkil edən su bidonunu, bir ədəd 5 manat dəyərində mətbəx bıçağını, bir ədəd 421 manat dəyərində dəri materialından hazırlanmış gödəkçənı, bir ədəd qiyməti 5 manat olan plastik materialdan hazırlanmış külatanın və bir ədədinin qiyməti 50 manat olan cəmi qiyməti 100 manat təşkil edən iki ədəd meyvə qabını oğurlamışdır. O, Feyruzdan 2021-ci ilin oktyabr ayında qeyd etdiyi əşyaların yoxa çıxmasının səbəbini soruşduqda Feyruz ona heç bir söz deyə bilməmişdir. Feyruzun ona məxsus evin təmirinə ümumilikdə təxminən 7000 manat xərci olmuşdur. Lakin Feyruz işlədiyi müddət ərzində onların təxminən 38000 manatdan çox pulunu israf edib, eyni zamanda Feyruz ona məxsus ev əşyalarını oğurlamışdır. Hazırda isə Feyruzun ev təmirindən əlavə ona 8000 manat borcu vardır. Bundan başqa Feyruz oğlu Emildən 2191 manat evində təmir işi görəcəyi adı ilə almışdır. Hazırda Feyruzun evində gördüyü işlər tam yararsız vəziyyətə düşmüş, hazırda evin birinci və ikinci mərtəbəsinin döşəmə taxtaları və evin giriş qapıları yararsız vəziyyətə düşmüşdür. Bundan başqa o, Feyruza pul verdiyi zaman ona dediyi işlərin heç birini görməmiş və öz düşüncə tərzinə uyğun hazır etmişdir. Həmin pulların Cavabdeh geri alınmasında ona kömək edilməsini və həmin şəxsi usta-fəhlə kollektiv ilə birlikdə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı2 oxşar məzmunlu izahat verərək anası İddiaçı1 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Masallı RPŞ-yə poçt vasitəsilə müraciət edərək İddiaçı1 polisə ünvanladığı şikayətlə tanış olmuşdur. O, Masallı rayonu Ərkivan qəsəbəsində ailəsilə birlikdə yaşayır, özü tikinti-təmir ustasıdır. İddiaçı1 yaxından tanıyır, Bənarə və valideynləri ilə onun ailəsi ailəvi dost münasibətində olmuşlar. 2021-ci ilin may ayında Bənarə RF-dan Azərbaycana gəlmiş, həmin vaxt onlara qonaq gələrkən Bənarə ona Masallı rayonu Yeyənkənd kəndində ev təmir etdirmək istədiyini, burada tanıdığı heç kimin olmadığını bildirmiş və usta olduğu üçün ondan evini təmir etdirməkdə kömək etməsini xahiş etmişdir. O da Bənarə ilə ailəvi dost olduğu üçün razılaşıb bir neçə gün ərzində Elmir, Telman və Rüfətlə birlikdə Bənarənin evində işləməyə başlamışdır. İşlədiyi müddət ərzində Bənarənin RF-da yaşayan oğlu Emil onun adına pul göndərmiş və o da həmin pulları Masallı poçtundan götürmüşdür. Təxminən dörd ay işlədiyi müddətdə Bənarənin evində təmir işləri görmüş, o, gördüyü işlərin və təmirdə istifadə olunan inşaat materiallarının siyahısını tutmuş və işin yekununda Bənarəyə təqdim etmişdir. Uç-dörd aydan sonra 2021-ci ilin oktyabr ayının axırında Bənarə ona “sən bizim evdə işləmirsən, gün keçirməyə gəlmisən” sözlərini deyərək onun verdiyi pulları mənimsədiyini və heç bir iş görməsə də, dörd ay ərzində ondan 45000-50000 pul aldığını demişdir. Aralarında baş verən narazılıq səbəbindən o, Bənarənin evində işləməkdən imtina etmiş və digər ustaları da onun evindən çıxarmışdır. Həmin zamandan indiyədək Bənarə ilə arasında mübahisə yaranmış və münasibətləri soyumuşdur. Sonradan ona məlum olmuşdur ki, Bənarə Masallı RPŞ-yə müraciət edərək onun və digər ustalar barəsində şikayət etmişdir. O, Bənarəni aldatmamış, onun pulunu mənimsəməmiş, işlədiyi dörd ay ərzində Bənarənin oğlu Emil ona 50000 manata yaxın pul göndərmiş, o, həmin pulları təmir işlərinə sərf etmiş, onun göndərdiyi pulları özbaşına mənimsəməmiş, bu barədə Bənarə ona və digər ustalara böhtan atmışdır. Bənarə ev təmir etdirməzdən əvvəl onun atasının yas mərasimi üçün 2019-cu ilin oktyabr ayında 200 ABŞ dolları pul göndərmiş, daha sonra isə o, Bənarədən özünə dair rəsmi sənədləri düzəltdirmək adı ilə 600 manat pul almış, ondan əlavə o, Bənarədən 7000 manat məbləğində pul almamış, Bənarə bu barədə ona böhtan atmışdır. 2019-2020-ci illər ərzində Bənarənin əlində ona yeddi min manat pul göndərməsinə dair hər hansı bir ödəniş sənədi yoxdur. O, Bənarənin evindən heç bir əşya oğurlamamışdır. Belə ki, o işlədiyi müddət ərzində özünə məxsus samovarı Bənarənin evinə aparmışdır ki, çay içmək və su qızdırmaq üçün istifadə etsin. Bənarə ailəvi dost olduğu üçün onun övladlarına iki ədəd velosiped hədiyyə etmiş, hazırda velosipedlər onun evinin həyətindədir, sürülməyib, istədiyi zaman velosipedləri götürə bilər. Bənarənin qeyd etdiyi digər əşyalar həqiqəti əks etdirmir, yenə də bu barədə ona böhtan atır. "xxxx" MMC-nin fərdi yaşayış evinin yenidən qurulmasına çəkilən xərclərin hesablanmasına dair 06 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, Masallı rayonu Yeyənkənd kəndində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evinin 264 kv.m yenidənqurulmasına və damının dəyişdirilməsinə (iyul-sentyabr 2021-ci il) vəziyyətinə görə orta bazar dəyəri sadə təmir paketinin 30%-i, söküntü xərcinin 2/1-i əsas götürülməklə 23760 manat məbləğində müəyyən edilmişdir. Həyətyanı sahədə 19.20x2.20 metr ölçüdə ümumi sahəsi 42.24 kv.m olan iki hissədən ibarət yardımçı tikilinin (iyul-sentyabr 2021-ci il) vəziyyətinə görə orta bazar dəyəri sadə təmir paketi əsas götürülməklə 2112 manat məbləğində müəyyən edilmişdir. Təqdim olunan fərdi yaşayış evinin həyətyanı sahəsinin hasarının tkilmə xərci orta bazar qiymətinə əsasən 970 manat müəyyən edilmişdir. Masallı rayonu Yeyənkənd kəndində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evinin əsaslı təmir və qismən yenidənqurulmasına həyətyanı sahədə yardımşı tikilinin tikilməsinə və 96 metr uzunluğunda hasarın 60 sm qaldırılmasına ümumilikdə çəkilən xərclərin məcmusu 26842 manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 04 sentyabr 2023-cü il tarixli, 10/3978 saylı ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunan yaşayış evində müxtəlif növ eləcə də gözə görünməyən tikinti-təmir işləri aparıldığından, iş materiallarına tikinti-təmir işləri ilə bağlı layihə-smeta sənədləri əlavə edilmədiyindən, eyni zamanda tikililərin inşasına və təmirinə dair layihə-smeta sənədləri, qaimə-faktura sənədləri təqdim edilmədiyindən, yaşayış evinin hazırkı təmirdən əvvəl hansı formada olması barədə iş materiallarında məlumat olmadığından, Masallı rayonu, Yeyənkənd kəndində ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus torpaq sahəsində yerləşən İddiaçı2 və İddiaçı1 yaşadığı fərdi yaşayış evinin və yardımçı tikililərin inşasına nə qədər material sərf edilməsini, evinin təmiri ilə bağlı çəkilmiş xərcləri (mal-materiallar) və təmiri ilə bağlı usta xərclərini, təmir işlərinin görülməsi üçün istifadə olunan materialların ümumi dəyərini, evdə görülmüş tikinti işləri yəni evin bütün elektrik xətlərinin sökülməsi və yenidən çəkilməsinə və evin su və kanalizasiya sisteminin sökülməsi və yenidən çəkilməsi xərclərini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 19 mart 2024-cü il tarixli, 10/9380 saylı ekspert rəyində qeyd edilmişdir ki, təqdim olunan yaşayış evində müxtəlif növ eləcə də gözlə görünməyən tikinti-təmir işləri aparıldığından, iş materiallarına tikinti-təmir işləri ilə bağlı layihə-smeta sənədləri əlavə edilmədiyindən, eyni zamanda tikililərin inşasına və təmirinə dair layihə-smeta sənədləri, qaimə-faktura sənədləri təqdim edilmədiyindən, yaşayış evinin hazırkı təmirdən əvvəl hansı formada olması barədə iş materiallarında məlumat olmadığından, Masallı rayonu, Yeyənkənd kəndində ilk iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus torpaq sahəsində yerləşən İddiaçı2 və İddiaçı1 yaşadığı fərdi yaşayış evinin və yardımçı tikililərin inşasına nə qədər material sərf edilməsini, evinin təmiri ilə bağlı çəkilmiş xərcləri (mal-materiallar) və təmiri ilə bağlı usta xərclərini, təmir işlərinin görülməsi üçün istifadə olunan materialların ümumi dəyərini, evdə görülmüş tikinti işləri yəni evin bütün elektrik xətlərinin sökülməsi və yenidən çəkilməsi və evin su və kanalizasiya sisteminin sökülməsi və yenidən çəkilməsi xərclərini müəyyən etmək mümkün olmamışdır. "xxxx" MMC-nin 05 avqust 2025-ci il tarixli, QXM/488M saylı məktubundan görünür ki, qiymətləndirmə işinin icrası ilə bağlı yaranan xidmət haqqının ödənilməsi ilə əlaqədar tərəflərə müraciət olunmuş, lakin "xxxx" MMC-nin tarif (qiymət) cədvəlinə uyğun olaraq 500 manat xidmət haqqının ödənilməsindən imtina edilmişdir. Bu səbədən iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının icrası mümkün olmayıb və icra edilmədən geri qaytarılmışdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin 05 avqust 2025-ci il tarixli, QXM/488M saylı məktubuna əsasən qiymətləndirmə işinin icrası ilə bağlı 500 manat xidmət haqqını qiymətləndirmə barədə vəsatət vermiş ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iş üzrə tərəflər arasında əvvəllər dostluq münasibətləri olmuşdur. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən Cavabdeh Masallı rayonu, Yeyənkənd kəndində yerləşən İddiaçı1 və İddiaçı2 məxus fərdi yaşayış evində təmir tikinti işləri etməyi öhdəsinə götürmüşdür. Bunun müqabilində müxtəlif vaxtlarda ilk iddia üzrə iddiaçılar tərəfindən Cavabdeh 1330 ABŞ dolları, 2300 manat, 2400 manat, 1172 manat, 130000 rubl, 140000 rubl, 148000 rubl, 120000 rubl, 10000 rubl, 102000 rubl, 3000 manat, 148000 rubl, 1400 manat, 2020 manat, 148000 rubl, 52000 rubl, 2240 manat, 4500 manat, 109000 rubl, 10000 rubl, 150 ABŞ dolları, 150 ABŞ dolları, 200 ABŞ dolları, 50 ABŞ dolları, 10000 rubl, 410 ABŞ dolları, 20000 rubl, 235 manat, 116 manat və 10000 rubl göndərilmişdir. Hazırda ilk iddia üzrə iddiaçılar Cavabdeh göndərilmiş pul vəsaitinə mütənasib onların evində işin görülməməsini əsas gətirərək məhkəməyə müraciət etmişlər. Cavabdeh isə ona verilmiş pulun hamısının ilk iddia üzrə iddiaçıların fərdi yaşayış evinə xərclədiyini bildirir. İddiaçı1 şikayəti əsasında araşdırılma aparılan zaman "xxxx" MMC-dən fərdi yaşayış evinin yenidən qurulmasına çəkilən xərclərin hesablanmasına dair tərəflərin iştirakı ilə rəy alınmışdır. Rəydə evinin yenidən qurulmasına çəkilən xərclərin məbləği 26842 manat hesablanmışdır. Həmçinin ilk iddiaçılar onların evində olan əşyaların Cavabdeh tərəfindən götürülməsini iddia edirlər. Cavabdeh isə həmin əşyaları götürməməsini və 2 ədəd velosipedin İddiaçı1 ona hədiyyə edilməsini bildirir. Əlavə olaraq ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı1 və İddiaçı2 ona borclu olduqları 5000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk iddiaya münasibətdə aşağıdakıları bildirir: Azərbaycan Respublikasının Mülki Məcəlləsi; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.2. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa, qaytarma tələbi istisna edilir. İlk iddia üzrə cavabdeh 53000 manat ilk iddia üzrə iddiaçılardan alsa da onlar üçün 26842 manat məbləğində fərdi yaşayış evində yenidən qurulma işləri görmüşdür. İlk iddia üzrə cavabdeh qalan 26158 manat pul məbləğinin evə xərclənməsini bildirsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə iclaslarında ilk iddia üzrə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş rəylə razı olmadığını bildirmişdir. Lakin həmin məbləğin hesablanmasına dair hissədə rəyin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə fərdi yaşayış evində yenidən qurulma işlərinin hansı məbləğdə görülməsinə dair ilk iddia üzrə cavabdehin vəsatətini təmin etmiş və iş üzrə görülmüş işlərin qiymətləndirilməsi barədə qərardad qəbul etmişdir. Lakin xidmət haqqı ödənilmədiyindən həmin qərardad icra edilmədən geri qaytarılmışdır. Beləliklə, məhkəmə işin tədqiq edilən faktiki və hüquqi hallarına, tətbiq edilən maddi və prosessual hüquq normlarına əsasən hesab edir ki, ilk iddia tələbi qismən əsaslı olduğundan Cavabdeh 26158 manat məbləğində pul, iddiaçılara məxsus olan Cavabdeh tərəfindən aparılmış 40 manat dəyərində 1 ədəd qaz balonu, 10 manat dəyərində 1 ədəd mismar çəkən alət, 20 manat dəyərində 1 ədəd dəmirkəsən mişar, 30 manat dəyərində 1 ədəd taraz xətkeşi, 130 manat dəyərində 1 ədəd 5 litrlik elektrik samovarı, 70 manat dəyərində 1 ədəd 5 kq çəkisi olan latun materialdan hazırlanmış qazan, 30 manat dəyərində 1 ədəd üzərində naxışlar olan qəhvəyi rəngli kreslo üzlüyü, hər birinin qiyməti 250 manat olmaqla 500 manat dəyərində iki ədəd velosiped, 421 manat dəyərində 1 ədəd dəri materialdan olan gödəkçə və ya onların dəyəri alınaraq İddiaçı1 və İddiaçı2 verilməlidir. Məhkəmə ilk iddia üzrə Cavabdeh iş üzrə yenidən qiymətləndirmənin təyin edilməsi ilə bağlı vəsatətinə dair bildirir ki, məhkəmə ilk iddia üzrə cavabdehin vəsatətinə əsasən əmlakın qiymətləndirilməsi barədə qərardad qəbul etmiş, lakin onun tərəfindən xidmət haqqı ödənilmədiyindən qərardad icra edilmədən məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia üzrə cavabdeh X2 əmlakın qiymətləndirilməsi təyin edilməsi ilə bağlı vəsatəti yalnız hüquqdan sui-istifadə məqsədi daşıyır. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə bildirir: Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 zəhmət haqqı olaraq tələb etdiyi 5000 manat təsdiqini tapmamışdır. Belə ki, qarşılıqlı iddia ilə bağlı məhkəməyə heç bir subut təqdim edilməmişdir. Bu səbəbdən də qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsi nəzərdə tutur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə ödənilmiş 183 manat məbləğində dövlət rüsumu da ilk iddia üzrə cavabdehə aid edilməli və ondan alınaraq ilk iddia üzrə iddiaçılara ödənilməlidir. Həmçinin, ilk iddia üzrə Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 150 manat X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ ********************, SVİFT BİK-CTREAZ22) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh 26158 manat məbləğində pul, iddiaçılara məxsus 40 manat dəyərində 1 ədəd qaz balonu, 10 manat dəyərində 1 ədəd mismar çəkən alət, 20 manat dəyərində 1 ədəd dəmirkəsən mişar, 30 manat dəyərində 1 ədəd taraz xətkeşi, 130 manat dəyərində 1 ədəd 5 litrlik elektrik samovarı, 70 manat dəyərində 1 ədəd 5 kq çəkisi olan latun materialdan hazırlanmış qazan, 30 manat dəyərində 1 ədəd üzərində naxışlar olan qəhvəyi rəngli kreslo üzlüyü, hər birinin qiyməti 250 manat olmaqla 500 manat dəyərində iki ədəd velosiped, 421 manat dəyərində 1 ədəd dəri materialdan olan gödəkçə və ya onların dəyəri alınaraq İddiaçı1 və İddiaçı2 verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. İş üzrə ödənilmiş 183 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə Cavabdeh oğuna aid edilsin və ondan alınaraq ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İlk iddia üzrə Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 150 manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ ********************, SVİFT BİK-CTREAZ22) xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-17/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-17/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver