Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-170/2025 23.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 5000 (beş min) manat məbləğində pulun və 70 (yetmiş) manat ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh onun qohumu olmuş, yəni oğlunun qayını olmuşdur. Oğlu ilə gəlininin münasibətləri pozulmuş və onların işi hazırda məhkəmənin icraatındadır. Qohum olduqları müddətdə münasibətləri normal olmuş, onun saf münasibətlərindən cavabdeh istifadə etmişdir. Onda bir neçə xəstəlik olduğundan cavabdeh ona bildirdi ki, onu xəstəliklə pensiyaya çıxarda bilər. O da cavabdehə inanıb 2023-cü ilin sentyabr ayında xəstəlik sənədləri ilə birlikdə 5000 manat pul vermiş. Cavabdeh tez bir zamanda komissiya yaradılacaq, ona əlillik veriləcək və sonda pensiya alacağını bildirmişdir. Cavabdehin ona dediyi müddətlər bitdi, üzərindən bir müddət keçdikdən sonra işinin hansı mərhələdə olduğunu soruşduqda, narahat olmamağını, tez bir zamanda düzələcəyini bildirdi. Hər dəfədə ona yalançı vədlər verir və nəticə etibarı ilə işi düzəlmirdi. Sonda münasibətləri pozulmuş, sənədlərini geri almış lakin pulunu qaytarmadı. Pulu tez bir zamanda qaytaracağına söz versədə sözünə əməl etmədi. Məcburiyyət qarşısında qalaraq cavabdehdən polisə şikayət etmiş. Lakin təhqiqatçı onun barəsində cinayət işi açmadı və ona hüquqlarını izah edərək məhkəməyə müraciət etməyini bildirdi, iddia tələbi haqlıdır və təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini Cavabdeh 5000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X4 tərəfindən qəbul edilmiş 14 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı onun bacısı Sevincin keçmiş qayınatasıdır. xx.xx.2024-cü il tarixdə, X3 ailə həyatı qurmuşdur. Lakin, onların evliliyi 2 ay davam etmişdir. Bəzi demək istəmədiyi səbəblərdən onlar ayrılmışlar. Eminlə Sevinc nişanlı olarkən Nağı onlardan tez toy etmələrini istəmişdir. Onlar ortaq qohumları Qardaşəlinin vasitəsi ilə Nağıya bildirmişlər ki, toya maddi cəhətdən hazır deyillər. Nağı onlara toy etmək üçün xx.xx.2023-cü il tarixdə, 2500 manat pul vermişdir. xx.xx.2024-cü il tarixdə, Sevinclə Eminin toyu olmuşdur. Onlara toyun sabahı mebellərin pulunu ödəmək üçün pul lazım olmuşdur. Ona görə də, Nağıdan yenidən borc pul istəmişlər. xx.xx.2024-cü il tarixdə, Nağı ona 2500 manat pul vermişdir. Sevinclə Emin ayrıldıqdan sonra Nağı ondan həmin 5000 manat pulu istəmişdir. O, Nağıya bildirmişdir ki, onun bir dəfəyə 5000 manat pul ödəməyə maddi imkanı yoxdur. O, 5000 manat pulu hissə-hissə ödəyə bilər yəni, ayda 300-500 manat ödəniş etməyə imkanı çatır. O, bundan sonra evdə valideyinləri ilə məsləhətləşib qərara gəlmişlər ki, xx.xx.2025-ci il tarixdə, növbəti dəfə 5000 manat kredit götürüb Nağının pulunu verərlər. O, bu barədə Nağıya demişdir. Nağı ona bildirmişdir ki, birlikdə notariusa gedək orada ona 5000 manat pul borcu olduğunu imza elə. O, onunla razılaşmışdır. Bundan onun valideyinləri xəbər tutmuşdur. Onlar onunla razı olmayaraq bildirmişlər ki, Sevincin cehizlərinə Nağının evində baxaq, sonra notariusda imza edərik. O, bunu Nağıya demişdir. Lakin, Nağı onunla razılaşmamışdır. Təxminən 15 gün sonra Nağı ona zəng edib fikrini soruşmuşdur. O, Nağıya demişdir ki, biz cehizlərə baxaq sonra notariusda imza edərik. Nağı onunla razılaşmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən cavabdeh şifahi tapşırıq üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Məhkəmə mülki işin hallarını təhlil edərək işin mübahisəsiz halları kimi onu müəyyən edir ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, cavabdeh ilk olaraq iddiaçıdan 2500 manat məbləğində pul vəsaitini almışdır. Lakin qısa müddət sonra cavabdeh yenidən iddiaçıdan 2500 manat əlavə pul almışdır. Cavabdeh aldığı 5000 manat pul məbləğini iddiaçıya ödəməmişdir. Pulun verilməsi ilə bağlı tərəflər arasında yazılı sənəd mövcud olmamışdır. İddiaçı hazırda cavabdehdən ona xəstəliyə görə pensiya düzəltdirəcəyi adı ilə aldığı 5000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəm qeyd edir ki, iddiaçı tərəfindən yekun olaraq 5000 manat məbləğində pul vəsaitinin cavabdehə verilməsi mülki işin mübahisəsiz halı olduğundan, hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından alınmış pulun tam şəkildə geri qaytarılmış olmasını sübut etmək vəzifəsini cavabdeh daşıyır. Lakin cavabdeh iddiaçıdan aldığı pulun qaytarılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul vəsaiti və 70 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(050)-170/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-170/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver