Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1712/2024 02.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 4500 manat məbləğində borc pulun və ödədiyi 65 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvəllər Beyləqan rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edən Cavabdeh xx.xx.2021-ci il tarixdə borc pula ehtiyacı olduğundan ondan 4500 (dörd min beş yüz) manat məbləğində borc pul alaraq 2 ay müdətində geri qaytaracağına dair öhdəlik götürmüşdür. Həmin öhdəliklə bağlı öz xətti ilə ona yazılı qəbz vermişdir. Hətta yazdığı qəbzdə əgər borcunu qaytarmasa onun pul tələbinə dair mülki icraat qaydasında iddia qaldıracağına dair söz vermişdir. Cavabdeh ondan aldığı borc pulu ona 3 ay müddətində geri qaytarmamışdır. Lakin həmin pulu tez bir zamanda geri qaytaracağına dair dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu geri qaytarmamışdır. Əvvəllər telefonuna cavab versə də sonradan cavab verməmişdir. Sonradan xidmət etdiyi həmin hərbi hissədən tərxis olunduğundan hal hazıradək axtarıb tapa bilməmişdir. Cavabdeh bir sözlə borcunu ödəməkdən yayınır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq göstərmişdir ki, Beyləqan rayon Bolsulu kənd sakini X3 iddiası tam şəkildə əsassız və şər-böhtandır. 2019-cu ildən Beyləqan N saylı hərbi hissəsindən məlum fərmanlara əsasən Fizuli rayon N saylı hərbi hissəsində hərbi xidmətini davam etdirmişdir. Ona dövlətin göstərdiyi qayğı və diqqət hərbi xidmətdən aldığı maaş ailəni dolandırmağa bəs edir. Onun kimsəyə borcu yoxdur. Vətənə olan borcunuda layiqincə yerinə yetirərək 2 dəfə ağır yaralanmış və hal-hazırda hospitalda müalicə alır. 19 sentyabr 2023-cü il tarixində Lokal Antiterror əməliyyatı zamanı torpağlarımızın azadlığı zamanı düşmən tərəfdən güllə yarası alaraq yaralanmışdır. Bakı şəhər hərbi hospitalında ağlr şəkildə əməliyyat olunaraq müalicə olunur. MN-i Zakir Həsənov şəxsən ona hospitalda baş çəkərək sağalmağı üçün həkimlərə göstərişlər verdi. Bir Rauf adlı şəxs tanıyırdı ki, o kafe işlədirdi. Kafedə bəzi hallarda çörək yeyib pulunuda tam şəkildə ödəmişdir. İkinci Vətən müharibəsi zamanıda 02 dekabr 2020-ci ildə torpaqların azadlığı uğrunda gedən döyüşlər zamanı ağır şəkildə yaralanmışdır. Döyüş yoldaşları və peşəkar həkimlərin səyi nəticəsində 7 dəfə cərrahi əməliyyat olunaraq sağlamlığına qovuşmuşdur. Tam sağaldıqdan sonra hərbi xidmətini davam etdirmişdir. 2022-ci ildə Hərbi Komandonun hərbiçisi kimi Türkiyə dövlətində 6 ay hərbi təlim keçərək Türkiyə dövləti tərəfindən təltif olunaraq ölkəyə qayıdıb hərbi xidmətini davam etdirmişdir. Cənab Ali Baş X5 məlum fərmanlarına əsasən 11 medalla təltif olunmuşdur. Onun bu günədək şəxsi evi yoxdur, Masallı rayon Qəriblər kəndində ailəsi atasının himayəsində yaşayır. N saylı H/Hissənin giziri və Qazisi olaraq xahiş edir ki, Beyləqan rayon Bolsulu kənd sakini İddiaçı ona qarşı atdığı şər-böhtan iddiası əsassızdır, iddia rədd edilsin. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildridi ki, onun iddiaçıya borcu olub və həmin borcu qaytarmışdır. Məhkəmə iddiaçının teleqramını və cavabdehin izahatını nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: 07 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh 4500 manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini 2 ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2024-cü il tarixli, 4/1536 saylı ekspert rəyindən görünür ki, mülki işin 6-cı vərəqində olan Cavabdeh İddiaçı 4500 manat məbləğində pul alınması barədə xx.xx.2021-ci il tarixli qəbzin sonunda “İmza:” sözünün qarşısındakı imza və “imza Cavabdeh” yazıları Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 65 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 4500 manat məbləğində pul vəsaiti, ödənilmiş 65 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4565 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4500 manat məbləğində pul vəsaiti, ödənilmiş 65 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4565 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə ekspertiza xərci 125 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1712/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1712/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver