Məhkəmə qərarları › İş №2(050)-1726/2023

Masallı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(050)-1726/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1726/2023 04.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat borc pulun, “VZM 35/45” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun icarə haqqı kimi 8000 manat, həmin yarımqoşqunun satışından əldə edilmiş 30000 manat, dövlət rüsumuna görə ödənilmiş 208 manat və vəkilə hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “VZM 35/45” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun satışından əldə edilmiş 30000 manat, dövlət rüsumuna görə ödənilmiş 208 manat və vəkilə hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişlərinin cavabdehə çatdırılması üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Masallı RİHB-nın Qızılavar kənd inzibati ərazi dairəsi üzrə nüməyəndəsinin xx.xx.2023-cü il tarixli, 5-66-18/2-47/2023 saylı arayışında göstərilir ki, məhkəmə bildirişi Cavabdeh həyat yoldaşı X10 çatdırıldı. Bundan başqa, 13 iyun 2023-cü il tarixdə cavabdehin istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng vurularaq, məhkəmə iclasının vaxtı və yeri haqqında ona məlumat verilmiş və bu sənədləşdirilmişdir. Üçüncü şəxs X13 da məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat baxılmasına etiraz etmədiyini bildirmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh ilə razılaşaraq ABB12233 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “VZM 35/45” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu icarəyə verilməsi ilə bağlı Bakı şəhəri 48 saylı notariat ofisində 07 may 2021-ci il tarixli etibarnamə vermişdir. Həmçinin, cavabdeh qeyd olunan yarımqoşqunu X11 idarə edəcəyini bildirib sonuncunun adına da etibarnamə verməyini xahiş etdiyindən həmin notariat ofisində eyni tarixdə Namik Zeynalovun adına da qeyd olunan yarımqoşqunu idarə etməsi ilə bağlı etibarnamə vermişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan “VZM 35/45” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu 30000 manata X8, əldə edilmiş pulu iddiaçıya qaytarmamışdır. Başqa bir mülki işdə Cavabdeh “VZM 35/45” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu 30000 manata İddiaçı almasını və yarımqoşqunu X4 bildirmişdir. Həmçinin, İddiaçı ilə X13 arasında olan telefon danışığında da sonuncu “VZM 35/45” markalı **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu 30000 manata Cavabdeh aldığını bildirmişdir. Pulun ödənilməsi qarşı tərəfdən dəfələrlə tələb edilsədə, nəticəsi olmamışdır. İddiaçı mübahisə üzrə vəkilə hüquqi xidmət göstərilməsinə görə 500 manat pul ödəmişdir. Sonda Vəkil iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının vəkilinin izahataını dinləyərək, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Reyestrdə 7E-12946 nömrə ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ ilə Cavabdeh etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olması göstərilmişdir. Reyestrdə 7E-12945 nömrə ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ ilə X12 etibar etmişdir. Etibarnamə 7 il 5 ay 30 gün müddətinə verilmiş və xx.xx.2028-ci il tarixədək qüvvədə olması göstərilmişdir. Seriya AB, 812233 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alğı-satqı müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 17 iyul 2021-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən və DİN BDYPİnin elektron uçot bazasından çıxarışdan görünür ki, “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh verilmiş reyestrdə 7E-12946 nömrə ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X3. 24 dekabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, X13 “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, “...“VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı 30000 manata almışam. Ona heç bir borcum yoxdur. Həmin qoşunu X6. ” İddiaçı ilə X13 arasında olan telefon danışığını əks etdirən CD diskə qulaq asılmışdır. Telofan danışığı zamanı X13 “...“VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh 30000 manata aldığını, sonradan pula ehtiyacı olduğundan həmin nəqliyyat vasitəsini satdığını bildirmişdir.” Ödəniş qəbzlərindən görünür ki, idddia ərizəsinin verilməsi ilə bağlı 208 manat (xidmət haqqı ilə birlikdə) dövlət rüsumu və vəkilə hüquqi xidmət göstərilməsinə görə 500 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İşdə olan sübutlardan görünür ki, iddiaçının mülkiyyətində olmuş “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh verilmiş reyestrdə 7E-12946 nömrə ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X3. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədə göstərilir ki, “...“VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı 30000 manata almışam. Ona heç bir borcum yoxdur. Həmin qoşqunu X6.” Sübutların bölgüsü baxımından Cavabdeh “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı 30000 manata almasını, aldığı nəqliyyat vasitəsini hansı səbəbdən adına rəsmiləşdirməməsini sübut etməlidir. Həmin ərizəsində daha sonra cavabdeh nəqliyyat vasitəsini X5 bildirmişdir. İddiaçı ilə X13 arasında olan telefon danışığında isə X13 “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh 30000 manata aldığını bildirmişdir. Mübahisə üzrə işdə olan sənədlərə əsasən Cavabdeh “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı 30000 manata alması müəyyən edilmir. Belə vəziyyətdə sübutların bölgüsü baxımından Cavabdeh iddiaçının mülkiyyətində olmuş “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 əldə etdiyi pulun həmin vaxt nəqliyyat vasitəsinin mülkiyyətçisi olan İddiaçı qaytarmasını sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İşdə olan sübutlardan görünür ki, reyestrdə 7E-12946 nömrə ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ ilə Cavabdeh etibar etmişdir. İddiaçının mülkiyyətində olmuş “VZM 35/45” yük yarımqoşqu markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı tərəfindən Cavabdeh verilmiş reyestrdə 7E-12946 nömrə ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X3. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 30000 manat, dövlət rüsumuna görə ödənilmiş 208 manat və vəkilə hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 500 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 30000 manat, dövlət rüsumuna görə ödənilmiş 208 manat və vəkilə hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 500 manat pul tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar