Məhkəmə qərarları › İş №2(050)-1758/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1758/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1758/2024 06.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 3100 (üç min yüz) manat pul tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin iyul ayında Cavabdeh ümumilikdə 5600 manat borc pul vermişdir. Cavabdeh pulu ondan biznes fəaliyyəti ilə əlaqədar olaraq borc istəmiş, onun Bakı şəhərində gözəllik salonu açıb məşğul olmasını bildiyindən və aralarında dostluq münasibəti, inam olduğundan ona istədiyi məbləğdə pulu borc vermişdir. Ülviyyə sonradan pandemiya ilə əlaqədar işinin olmamasını bəhanə edib, ona borc verdiyi pulu qaytarmamışdır. Bir müddət sonra cavabdehin pulun bir hissəsini, 100 manatını ona 2022-ci ilin may ayında, daha sonra 18 sentyabr 2023-cü il tarixdə isə 2400 manat qaytarmasına baxmayaraq, qalan 3100 manat borcu qaytarmamışdır. Ümumilikdə göstərilən vaxtlarda cavabdeh ona, cəmi 3400 manat pul qaytarmış, qalan pulu 3100 manat borc pulu isə müxtəlif bəhanələr gətirərək verməmişdir. Cavabdeh ona 3100 manat borclu olmasını “WhatsApp” sosial şəbəkəsində mobil telefon nömrəsindən yazdığı mesajla və Polis şöbəsində verdiyi izahatda da təsdiq etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələr gətirən cavabdehdən borcunu qəti olaraq tələb etdikdə, o, borc verilən pulu qaytarmaqdan qəti olaraq imtina etmişdir və cavabdeh tərəfindən aldadılma yolu ilə pulunun mənimsənildiyini bilib polis orqanına müraciət etməli olmuşdur. Masallı RPŞ-dən ona gəlmiş qərarda müraciətinin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşur. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, araşdırma zamanı xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan X1 şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrə əlaqə saxladıqda özünü Cavabdeh kimi təqdim edən şəxsə İddiaçı onun barəsində Masallı Rayon Prokurorluğuna ünvanladığı müraciətin mahiyyətini izah etdikdən sonra bununla bağlı izahatının alınmasının vacibliyi izah edildikdə Cavabdeh telefon danışığı zamanı şifahi şəkildə bildirmişdir ki, İddiaçı 2019-cu ilin iyul ayında 5600 manat borc pul almış, aldığı pulun 2500 manat hissəsini geri qaytarmış, lakin 3100 manat borcu qalmışdır. Hazırda maddi imkanı aşağı səviyyədə olduğu üçün aldığı borcu hissə-hissə İddiaçı geri qaytaracaqdır. Lakin İddiaçı aldadaraq, pul almamışdır. Hazırda Bakı şəhərində yaşadığı üçün Masallı rayonuna gəlmir, bununla bağlı yazılı surətdə izahat verməyəcəkdir. İddiaçının şıkayəti əsasında Cavabdeh barəsində başlanılmış cinayət işi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və İddiaçı mübahisənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan CD diskdə tərəflər arasında olan danışların səs yazılarından məlum olur ki, Cavabdeh İddiaçı borc pul almışdır. Belə ki, iddiaçı telefon danışığı zamanı cavabdehin 3100 manat borclu olmasını bildirmiş, lakin cavabdeh bu halla bağlı etirazını bildirməmiş, əksinə Cavabdeh borcunu qaytaracağına söz vermişdir. Cavabdeh maddi imkanı zəif olduğundan borcunu qaytara bilməyəcəyini bildirmişdir. 21 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1 və 14.2.1-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. İşin hallarından və iş materiallarından görünür ki, İddiaçı Cavabdeh arasında faktiki olaraq borc münasibətləri yaranmışdır. Cavabdeh İddiaçı borclu olmasını tərəflər arasında olan telefon danışığı zamanı etiraf etmişdir. Şifahi borc müqaviləsinə əsasən 5600 manat borc puldan Cavabdeh borcun bir hissəsini, 100 manatını iddiaçıya 2022-ci ilin may ayında, daha sonra isə 18 sentyabr 2023-cü il tarixdə 2400 manatını qaytarmışdır. İşin hallarına əsasən cavabdeh qalan borcunu hal-hazıradək qaytarmamış, o, bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Lakin tərəflər arasındakı müqavilə qanunvericiliyin tələbinə əsasən yazılı formada bağlanılmalı olduğu halda, şifahi formada bağlanılmışdır. Belə olan halda isə Mülki Məcəllənin 337.5.-ci maddəsinə əsasən, əqd etibarsız hesab edilməli, Cavabdeh tərəfindən 3100 manat pul İddiaçı geri qaytarmalıdır. Məhkəmə işin hallarını ümumi dəyərləndirərək qeyd edir ki, İddiaçı iddiasında haqlı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5.-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə Cavabdeh öhdəliyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 427.3-cü maddələrində nəzərdə tutulmuş qaydalara uyğun icra etməmişdir. Qeyd olunan maddələrin şərtlərinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin şərtləri baxımından öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bütün qeyd olunanlar məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı iddia tələbində haqlı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3100 manat pul alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar