Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1776/2023 21.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh VAZ 21120 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 4300 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27 aprel 2022-ci il tarixdə ümumi etibarnamə ilə Cavabdeh VAZ 21120 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir. Qarşılığında da cavabdehə 4300 manat pul ödəmişdir. Etibarnamə verilən gündən təxmini 2 ay keçmişdi ki, ona məlum olmuşdur ki etibarnamənin qüvvəsi yoxdur və etibarnamə ləğv edilmişdir. Bundan sonra o, həm cavabdehə, daha sonra isə müxtəlif orqanlara müraciət etmişdir. Sonra aydın olmuşdur ki, bu maşınla əlaqədar dələduzluqla bağlı bir cinayət işi gedir. Hansı ki, maşının əsl mülkiyyətçisi maşını nə vaxtsa həmin işdə təqsirləndirilən şəxs olan X3 ümumi etibarnamə ilə vermişdir. Daha sonra da digər şəxslərə maşın satılmış və ən axırda da ona satılmışdır. Hal-hazırda maşın onun istifadəsində və sərəncamında deyildir. Onun cavabdehlə arasında olan razılığa əsasən, etibarnamədə qeyd edilən səlahiyyətlərə görə onu idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq və s. hüququ olmuşdur. Bu hüquqları etibarnaməni maşını 4300 manat müqabilində əldə etmişdir. Bu gün isə ortada maşınla bağlı onun hansısa hüquqları qalmamışdır. Cavabdehdən pulunu qaytarmağını tələb etsə də, cavabdeh ona ödədiyi puldan bir qəpik belə ödəməmişdir. Odur ki, məcbur qalıb məhkəmə qaydasında müraciət edib pulunu tələb etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, iddiaçıya müəyyən çməbləğ qarşılığında ümumi etibarmnamə ilə VAZ 21120 minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. Satış baş tutan zaman hər hansı problem olmamışdır. Lakin sonradan problem yarnmış və etibarnamə ləğv edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olundu ki, Cavabdeh (varlanmış şəxs) heç bir hüquqi əsası olmadan İddiaçı (mərhum olanın) hesabına əmlak əldə etmişdir, yəni əsassız varlanmışdır. Qanunvericiliyin tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini mərhum olanın tələbi ilə ona qaytarmalıdır. Bu səbəbdən iddia təmin edilməklə Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4300 (dörd min üç yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1776/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1776/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver