Məhkəmə qərarları › İş №2(050)-1803/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1803/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1803/2023 30.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclas katibi X6, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı X4 Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 1350 manat məbləğində pulun və dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı X10 iddia tələbinin həcminin azaldıması barədə məhkəmyə ərizə verərək, cavabdeh X2 1250 manat məbləğində pulun və dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, iş üzrə cavabdeh X8 əvvəllər həkim kimi tanımamışdır. Bir dəfə Elsəvər ona yaxmlaşaraq pula ehtiyacı olduğunu borc verməyini istəmişdir. O, əvvəl cavabdehə borc vermək istəməyəndə Elsəvər bildirmişdir ki, 28 qram qızıl sepi var həmin qızılı satmaq istəyir. Lakin həmin vaxt Respublikada pandemiya olduğundan qızılın qramı çox ucuz idi və cavabdehlə razılaşmışlar ki, qızılın qramın 48 manatdan hesablansın. Həmin vaxt bazarda qızılın qramı 45-48 manat arasında lom qiymətə alınırdı və qızıl qiymətini tanışlarından da öyrənmişdir. Cavabdeh Elsəvər Cəbiyev ona qızıl sepi verdikdən sonra qramı 48 manatdan olmaqla Elsəvərə 1350 manat pul vermişdir Cavabdehi həkim kimi tanıdığından onu aldadtmasını heç vaxt düşünməmişdir. Bir müddət sonra onun özünün pula ehtiyacı olduğundan Masallı şəhərində yerləşən lombardlardan birində cavabdehin verdiyi qızılı girov qoyub pul götürmək istəyən vaxt lombardda işləyən qızılçı ona demişdir ki, bu dəmirdi qızıl deyil və buna görə də ona pul vermədilər. O, həmin vaxt telefonla Elsəvərlə əlaqə saxlayanda ona bildirdi ki, pulunu geri qaytarar. Bir neçə gün sonra cavabdehlə danışanda dedi ki, pensiya kartını verəcəkdir lakin kartı verməmişdir. Həmin vaxtdan cavabdeh dolayı sözlər vəd edərək onu aldatmağa başlamışdır. Son vaxtlar isə Elsevərdən polisə şikayət edəçəyini deyəndə Elsevər özü əlyazması ilə qəbz verərək cavabdeh özünə məxsus pensiya kartını verəcəyini və həmin kartdan 1350 manat pul çıxaracağını qeyd edərək qəbzi ona vermişdir. Yenə də cavabdeh kartı ona vermədiyindən məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, cavabdehdən 1350 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X10 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasına xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ona olan borcunu seple bağlamaq istəmişdir. Lakin o, cavabdeh tərəfindən verilən sepin qızıl olmağını sonradan öyrənmişdir. O, da cavabdehə sepin qızıl olmadığını dedikdən sonra, cavabdeh ona pensiya kartını verəcəyini demişdir. Lakin kartıda verməmişdir. Hazırda cavabdeh tərəfindən 100 manat məbləğində pul ödənişi edilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, iddiaçıya vermiş olduöğu qızılın saxta olduğun bilməmişdir. Hazırda isə iddiaçıya olan borcunu hissə-hissə ödəməkdən yayınmır. Həmçinin, iddiaçıya 100 manat borcundan vermişdir. Qətnamə çıxarılarkən qeyd edilən halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 07 mart 2023-cü il tarixli qəbzdən görünür ki, X10 təəfindən X7 1350 manat borc pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsində qeyd edilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış borc münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Həmçinin sonradan cavabdeh həmin borc məbləğini etiraf etməsinə dair əlyazma qəbz yazaraq iddiaçıya təqdim etmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdeh X5 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğ də cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1250 (bir min iki yüz əlli) manat məbləğində pul vəsaiti və ödənilmiş 36 (otuz altı) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 1250 (bir min iki yüz əlli) manat məbləğində pul vəsaiti və 36 (otuz altı) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar