Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-181/2024 20.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyan» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu 5351 (beş min üç yüz əlli bir) manat ziyan pulu və ödənilmiş 74 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Masallı rayon Şərəfə kəndində qeydiyyatda olmaqla yaşayır. Fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Masallı rayon Şərəfə kənd sakini X2 xüsusi mülkiyyətində olan 1,78 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini 2020-ci ildən icarəyə götürmüşdür. İcarəyə götürdüyü müddətdən etibarən cavabdeh onunla torpaq üstündə qanunsuz olaraq mübarizə aparır. Torpaq sahəsinin Çaparxan Sarıyevə aid olması barədə xx.xx.2010-cu il tarixli ********** reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-41/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi geri alınaraq ona verilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlkin Həsənov tərəfindən qətnamə icra edilərək istifadəsində olan torpaq sahəsini 2022-ci ilin oktyabr ayında cavabdehdən alınaraq ona verilmişdir. Həmin torpaq sahəsini o, 2022-ci ilin oktyabr ayı şumlatdırmış və repreduksiyası R1 olan qrom sortu buğda əkmişdir. Həmin sort buğda əkməyi barədə ona DAİM-dən sertifikatda verilmişdir. Əkdiyi buğdaya vaxtlı-vaxtında qulluq edərək gübrələr vermişdir. 2023-cü ilin iyul ayı əkdiyi buğdanı biçmək istədikdə cavabdeh ona buğdanı biçməyə imkan verməmişdir. Cavabdeh və iki qardaşı torpaq sahəsində üzərinə hücum çəkərək ona xəsarət yetirmişlər. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Cavabdeh və iki qardaşının ona xəsarət yetirməsi barədə Masallı rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Cavabdeh onun əkdiyi buğdanı biçərək evinə aparmışdır. Dəfələrlə cavabdehin ona vurduğu ziyanı tələb etsə də, heç bir nəticəsi olmamışdır. Masallı rayon Polis şöbəsinə etdiyi şikayətdən sonra 2023-cü ilin oktyabr ayında polis əməkdaşları əraziyə gələrək torpaq sahəsini yenidən cavabdehdən alaraq onun istifadəsinə vermişlər. Aldığı mütəxəssis rəyinə əsasən 1,78 hektar torpaq sahəsinə əkdiyi repreduksiyası R1 olan qrom sortu buğdanın Masallı rayon üzrə orta məhsuldarlığı 4-5 ton civarında qiymətləndirilmişdir. O, 1,78 hektar torpaq sahəsindən 8100 kq buğda götürməli idi. Həmin buğdanın 1 kiloqramı orta bazar qiymətinə əsasən 0,50 qəpikdir. Cavabdeh ona 4050 manat buğdaya görə və həmçinin torpaq sahəsinə çəkdiyi xərclərə görə isə 801 manat ziyan vurmuşdur. Cavabdeh buğdanı biçdikdən sonra 500 ədəd buğda bağlaması presində ədədini 1 manatdan satmışdır. Cavabdeh tərəfindən ona ümumilikdə 5351 manat ziyan dəymişdir. Belə olan halda o, cavabdehdən ona vurduğu 5351 manat ziyan pulunu tələb edir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Şərəfə kənd sakini X2 xüsusi mülkiyyətində olan 1,78 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini 2020-ci ildən icarəyə götürmüş, icarəyə götürdüyü müddətdən etibarən cavabdeh onunla torpaq üstündə qanunsuz olaraq mübarizə aparır, torpaq sahəsinin Çaparxan Sarıyevə aid olması barədə xx.xx.2010-cu il tarixli çıxarış verilmişdir. Cavabdeh həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsi geri alınaraq ona verilmişdir, qətnamə qanuni qüvvəyə minmiş, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlkin Həsənov tərəfindən qətnamə icra edilərək istifadəsində olan torpaq sahəsini 2022-ci ilin oktyabr ayında cavabdehdən alınaraq ona verilmişdir, həmin torpaq sahəsini 2022-ci ilin oktyabr ayı şumlatdırmış və repreduksiyası R1 olan qrom sortu buğda əkmişdir. Həmin sort buğda əkməyi barədə ona DAİM-dən sertifikatda verilmişdir. Əkdiyi buğdaya vaxtlıvaxtında qulluq edərək gübrələr vermişdir. 2023-cü ilin iyul ayı əkdiyi buğdanı biçmək istədikdə cavabdeh ona buğdanı biçməyə imkan verməmişdir. Cavabdeh onun əkdiyi buğdanı biçərək evinə aparmışdır. Aldığı mütəxəssis rəyinə əsasən 1,78 hektar torpaq sahəsinə əkdiyi repreduksiyası R1 olan qrom sortu buğdanın Masallı rayon üzrə orta məhsuldarlığı 4-5 ton civarında qiymətləndirilmişdir. O, 1,78 hektar torpaq sahəsindən 8100 kq buğda götürməli idi, buğdanın 1 kiloqramı orta bazar qiymətinə əsasən 0,50 qəpikdir. Cavabdeh ona 4050 manat buğdaya görə və həmçinin torpaq sahəsinə çəkdiyi xərclərə görə isə 801 manat ziyan vurmuşdur, cavabdeh buğdanı biçdikdən sonra 500 ədəd buğda bağlaması presində ədədini 1 manatdan satmışdır, ona 5351 manat ziyan dəymişdir, ona görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan; hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X3 Masallı rayonu, Şərəfə kəndində xüsusi mülkiyyətlərində 1.78 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, xx.xx.2010-cu il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır. 05 iyun 2020-ci il tarixli İcarə müqaviləsindən görünür ki, X1 rayonu Şərəfə kəndində yerləşən ümumi sahəsi 1.78 ha olan torpaq sahəsini İddiaçı icarəyə vermişdir. İcarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli, 2(050)-41/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh iddiaçı X8 icarə müqaviləsi əsasında istifadəsinə verilmiş 1,78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal qərb hissəsində 1.20 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsindən istifadəyə görə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması, Cavabdeh 30 manat ödənilmiş dövlət rüsumu və 311 manat torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci alınaraq İddiaçı, həmçinin məhkəmə tikinti-texniki ekspertiza xərci 100 manat alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X6 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, qəbul edilmiş qərarın surəti maraqlı tərəfə göndərilməklə aralarında olan torpaq mübahisəsi və dəymiş maddi ziyanının geri tələb edilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarını izah edilməsi, qərarın surəti maraqlı tərəflərə göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Masallı rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət vermək hüququ izah edilməsi, qərarın surəti nəzarət qaydasında Masallı rayon prokuroruna göndərilməsi, material saxlanmasından ötrü RPŞnin dəftərxanasına verilməsi qərara alınmışdır. Qərarın əsaslandırıcı hissəsindən görünür ki, Masallı rayonu Şərəfə kənd sakini İddiaçı ilə həmkəndlisi Cavabdeh arasında Masallı rayonu Şərəfə kəndində yerləşən və bir hissəsi paybəlli, bir hissəsi isə bələdiyyə fonduna məxsus olan torpaq sahəsi ilə bağlı münaqişələri yaranmışdır. Belə ki, İddiaçı Cavabdeh biçdiyi buğda əkilmiş torpaq sahəsinin ona məxsus icarəyə götürərək əkdiyi 1,78 ha torpaq sahəsi olduğunu iddia edir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Masallı rayonu Şərəfə kəndində yerləşən taxıl sahəsində Cavabdeh kombayn və traktor sürücüləri İntiqam Alışov və Nail Alışovun köməyilə buğda əkilmiş taxıl sahəsini biçdiyi zaman İddiaçı gələrək ona mane olmaq istədikdə aralarında şəxsi münasibətlər zəminində sözlə mübahisələri baş vermişdir. Bu səbəbdən İddiaçı xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək və Masallı RPŞ-yə ərizə yazaraq Cavabdeh ona məxsus taxıl sahəsini biçərək ona maddi ziyan vurması barədə məlumat vermişdir. MTE və PA-nın Masallı rayon şöbəsinin İddiaçı adına verdiyi xx.xx.2023-cü il tarixli, 600 saylı rəyində İddiaçı bədəni üzərində boyunun sağ və sol hissəsinin sıyrığının olması qeyd edilsə də, iş üzrə izahatları alınmış X17, X10, X13, X14 və X15 izahatlarında İddiaçı hadisə zamanı hər hansı bir şəxs tərəfindən döyülmədiyini, İddiaçı özünün gələrək kombayn və traktorun qarşısında duraraq mübahisə yaratdığını qeyd etmişlər. Belə olan halda İddiaçı xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Masallı rayonu Şərəfə kəndində Cavabdeh, Zaur Məmmədov və İldırım Məmmədov tərəfindən döyülərək sonuncuya xəsarət yetirilməsi faktı toplanmış material üzrə real olaraq öz təsdiqini tapmamışdır. Bununla da toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti maraqlı tərəfə göndərilməklə aralarında olan torpaq mübahisəsi və dəymiş maddi ziyanının geri tələb edilməsi ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Masallı rayonu Şərəfə kənd sakini İddiaçı icarəyə götürüb əkdiyi buğda sahəsinə dəymiş ziyan barədə X21 İnkişaf Mərkəzinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən Masallı rayonu, Şərəfə kəndində icarəyə götürülüb əkilmiş 1.78 ha buğda sahəsinə aqrotexniki qaydada qulluq edilərsə çəkiləcək xərclər-İ şum (1 ha çəkilən xərc manatla) 60 manat, (1.78 ha çəkilən xərc manatla) 106.8 manat, İİ şum (1 ha çəkilən xərc manatla) 50 manat, (1.78 ha çəkilən xərc manatla) 89 manat, əkin üçün mala (1 ha çəkilən xərc manatla) 30 manat, (1.78 ha çəkilən xərc manatla) 53.4 manat, səpin üçün toxum (sertifikatlı) (1 ha çəkilən xərc manatla) 210 manat, (1.78 ha çəkilən xərc manatla) 373.8 manat, toxumun sahəyə səpilməsi (1 ha çəkilən xərc manatla) 30 manat, (1.78 ha çəkilən xərc manatla) 53.4 manat, yemləmə gübrəsi (karbamid) (1 ha çəkilən xərc manatla) 40 manat, (1.78 ha çəkilən xərc manatla) 71.2 manat, alaq otlarına qarşı mübarizə (1 ha çəkilən xərc manatla) 30 manat, (1.78 ha çəkilən xərc manatla) 53.4 manat, sahənin biçilməsi (1 ha çəkilən xərc manatla) 0 manat, (1.78 ha çəkilən xərc manatla) 0 manat, məhsulun daşınması (1 ha çəkilən xərc manatla) 0 manat, (1.78 ha çəkilən xərc manatla) 0 manat olmaqla, cəmi (1 ha çəkilən xərc manatla) 450 manat, (1.78 ha çəkilən xərc manatla) 801 manat təskil edir. Əlavə olaraq qeyd edilmişdir ki, Masallı rayonunda buğda bitkisinin orta məhsuldarlıq göstəricisı cari il üçün 23,5 sentner (2,35 ton) olmuşdur. 1,78 ha sahədən orta məhsuldarlıqla 4,183 ton məhsul əldə edilərək orta bazar qiyməti 1 tona 350 manat götürülərsə alınan məhsulun yekun qiyməti təqribi olaraq 1464 manat təşkil edir. Fermer İddiaçı 1,78 ha icarəyə götürdüyü sahədə repreduksiyası R1 olan qrom sortu əkdiyini qeyd edərək toxumun sertifikatını təqdim etmişdir. R1 qrom buğda sortu dəmyə şəraitində düzgün aqrotexniki qaydalara əməl olunarsa 1 ha sahədə 4- 5 ton məhsul verə bilir. (toxumun sertifikatı rəyə əlavə edilir). Yuxarıda qeyd olunan xərclər təxmini hesablamalara əsaslanır və qeyd olunan məbləğlərdən artıq ola bilər. 12 iyul 2023-cü il tarixli aktın məzmunundan görünür ki, Masallı DAİM-nin Bitkiçilik sektorunun müdiri X11, Masallı DAİM-nin Bitkiçilik sektorunun məsləhətçisi X4, Masallı rayon Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X16, Masallı rayon Şərəfə kənd sakini İddiaçı iştirakı ilə akt tərtib olunmuşdur ona görə ki, İddiaçı Daxili İşlər Nazirliyi Masallı rayon şöbəsinə müraciət edərək icarəyə götürdüyü 1,78 ha buğda sahəsinin başqası tərəfindən biçildiyini bildirmişdir. Sahəyə baxış keçirilmiş, icarəyə götürülüb əkilən sahədə buğda əkilməsi, sahənin biçilməsi və ərazinin şumlanması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları; Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyanı iddiaçı tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki iddiaçının ona vurulmuş maddi zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı maddi zərər vurulduğu və vurulmuş maddi ziyanın məbləği 1464 manat müəyyən edildiyindən iddia qismən təmin edilərək Cavabdeh 1464 (min dörd yüz altımış dörd) manat maddi ziyana görə və 74 (yetmiş dörd) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir. Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər.Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür. Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür. Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir. Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1464 (min dörd yüz altımış dörd) manat maddi ziyana görə və 74 (yetmiş dörd) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-181/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-181/2024
20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver