Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1824/2024 30.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ İş № 2(050)-1824/2024 30 avqust 2024-cü il Masallı şəhəri Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı borc tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə iclası 30 avqust 2024-cü il tarixlərə təyin edilmiş, lakin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Bundan əvvəl məhkəmənin baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, həmin iclas tərəflərin xahişi nəzərə alınmaqla təxirə salınmışdır. Tərəflər məhkəmənin baxış iclasını 3 dəfədən artıq təxirə salınmasının mümkün olmadığını nəzərə almayaraq, yenidən işə onların iştirakı olmadan baxılmasını deyil, üzürlü səbəblər olmadan iclasın təxirə salınmasını xahiş etmişdilər. Məhkəmə işin bu halını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 259.0.6-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev İş № 2(050)-1824/2024 MƏHKƏMƏİCLASİNİN PROTOKOLU MASALLİRAYONMƏHKƏMƏSİ 30 avqust 2024-cü il Masallı şəhəri İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iсlasında baxılır. İсlas saat 12:00-da açıq elan olundu. Sədirlik edən məhkəmə iсlasını açır və baxılaсaq işi elan edir. Sədirlik edən proses iştirakçılarının gəlib-gəlməməsi barədə məlumat verməsi üçün məhkəmə iсlasının katibinə söz verir. Məhkəmə iclas katibi bildirir ki, məhkəmənin baxış iclasına tərəflər lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Sədrlik edən iş materillarını nəzərdən keçirir. Sədrlik edən müşavirə otağına gedir, qayıtdıqdan sonra qərardadı elan edir. İclas saat 12:05-də bağlı elan olundu. Məhkəmə iclas protokolu 30 avqust 2024-cü il tarixdə tərtib olundu. Hakim Coşqun Abdullayev Məhkəmə iclasının katibi Səfərli İbrahim AZƏRBAYCAN RESPUBLİKASİ MASALLİ RAYON MƏHKƏMƏSİ indeksi АZ 4400 Masallı şəhəri, Heydər Əliyev prospekti 7 tron poçtu CElektron ünvan № 2(050)-1824/2024 30 avqust 2024-cü il İddiaçı: İddiaçı2 qızına Ünvan:Salyan şəhəri, N.Nərimanov küçəsi, 63 İddiaçı: İddiaçı1 Ünvan:Salyan şəhəri, N.Nərimanov küçəsi, 74 Cavabdeh: Cavabdeh Ünvan:Salyan şəhəri, Ə.Hüseynzadə küç, 63 Masallı Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(050)-1824/2024 saylı qərardadı Sizə göndərilir. Qoşma: qərardad Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1824/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1824/2024
30.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver