Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1825/2024 20.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı rayon məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, İddiaçı Məhərrəmov Roman İbadət oğlunun cavabdeh Ağayev Cavid Vəliş oğluna qarşı pul tələbinə dair üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Məhərrəmov Roman İbadət oğlu ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdeh Ağayev Cavid Vəliş oğlundan 303 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 333 manat pulun alınaraq iddiaçı Məhərrəmov Roman İbadət oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, iddiaçı elektron əşyaların satışı ilə məşğul olur. 18 noyabr 2017-ci il tarixdə cavabdeh Ağayev Cavid Vəliş oğlu ondan 750 manat dəyərində 1 ədəd “SHİVAKİ 9000” markalı sadə televizoru 200 manat ilkin ödəniş olmaqla, 06 ay müddətinə hər ay 92 manat ödəmək şərti ilə kredit müqaviləsi bağlayaraq almışdır. Lakin cavabdeh Ağayev Cavid Vəliş oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməyərək, aldığı məhsula görə cəmi 247 manat ödəniş etmiş, 303 manat borcu qalmışdır. İddiaçı dəfələrlə telefonla cavabdeh ilə əlaqə saxlayaraq borcunu ödəməsini tələb etsə də, cavbadeh ona olan borcunu ödəməmişdir. Cavabdeh Ağayev Cavid Vəliş oğluna Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişdir. İşdə olan 18 noyabr 2017-ci il tarixli, A0000011 saylı alqı-satqı müqaviləsinin surətindən və ona əlavədən görünür ki, Məhərrəmov Roman İbadət oğlu ilə cavabdeh Ağayev Cavid Vəliş oğlu arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə cavabdehə 200 manat ilkin ödəniş olmaqla, 6 ay müddətinə hər ay 92 manat ödəmək şərti ilə 750 manat dəyərində 1 ədəd “SHİVAKİ 9000” markalı sadə televizor verilmişdir. İşdə olan kredit ödənişi hesabatından aydın olur ki, Ağayev Cavid Vəliş oğlunun iddiaçıya 303 manat əsas borcu qalmışdır. Ödəniş cədvəlindən görünür ki, Ağayev Cavid Vəliş oğlu hər ay 92 manat olmaqla 06 ay müddətinə borcunu ödəməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, Məhərrəmov Roman İbadət oğlu məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan bildirişdən görünür ki, Məhərrəmov Roman İbadət oğlu cavabdeh Ağayev Cavid Vəliş oğluna borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, iddia əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, iddiaçı elektron əşyaların satışı ilə məşğul olur. 18 noyabr 2017-ci il tarixdə cavabdeh Ağayev Cavid Vəliş oğlu ondan 750 manat dəyərində 1 ədəd “SHİVAKİ 9000” markalı sadə televizoru 200 manat ilkin ödəniş olmaqla, 06 ay müddətinə hər ay 92 manat ödəmək şərti ilə kredit müqaviləsi bağlayaraq almışdır. Lakin cavabdeh Ağayev Cavid Vəliş oğlu kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməyərək, aldığı məhsula görə cəmi 247 manat ödəniş etmiş, 303 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1.-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Ağayev Cavid Vəliş oğlundan 303 manat borc və dövlət rüsumuna ödənilmiş 30 manat, cəmi 333 manat pul alınaraq iddiaçı Məhərrəmov Roman İbadət oğluna ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-1825/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1825/2024
20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver