Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1843/2024 06.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1əli oğlunun, Cavabdeh2əli Alı oğlunun və Cavabdeh3 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1əli oğluna, Cavabdeh2əli Alı oğluna və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1əli oğlundan, Cavabdeh2əli Alı oğlundan və Cavabdeh3 müştərək qaydada ona borclu olduqları 6500 manat pulun, müştərilərdən aldıqları 3000 manat pulun, 1600 manat avtomobildən qalan pulun, 5000 manat məhruma verilmiş torpaq sahəsinin pulu, cəmi 16100 manat pulun və ödədiyi 138,30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra iş üzrə məhkəmə hazırlıq iclası 06 avqust 2024-cü il tarixə təxirə salınmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə hazırlıq iclasına gəlməmişdir. Eyni zamanda iddiaçı işə onun iştirakı olmadan baxmağı məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclası zamanı cavabdehlər Cavabdeh1əli oğlu, Cavabdeh2əli Alı oğlu və Cavabdeh3 işin mahiyyəti üzrə həll olunmasını tələb etməyərək ərizənin baxılmamış saxlanılmasına etirazları olmadığını bildirdilər. Məhkəmə İddiaçı məhkəmə hazırlıq iclasına üzürlü səbəb olmadan gəlməməsini və cavabdehlərin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdehlər isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1əli oğluna, Cavabdeh2əli Alı oğluna və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-1843/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1843/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver