Məhkəmə qərarları › İş №2(050)-1877/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1877/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1877/2024 21.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 1660 manat məbləğində pulun və 36.6 manat dövlət rüsumu tələbinə dair iddia qaldırmışdır. Daha sonra İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 1660 manat borcundan 09 iyul 2024-cü il tarixdə 100 manat ödəmişdir. Odur ki, cavabdehdən 1560 manat pulun və 36.6 manat ödənilmiş dövlət rüsumunun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh onu aldadaraq 5000 manat pul almış və onu Masallı rayon İcra Hakimiyyətində işlə təmin edəcəyinə, pulu aldıqdan sonra en geci 10 gün müddətində işə çıxacağına söz vermişdir. Üzərindən bir müddət keçdikdən sonra Cavabdeh əmrinin niyə vurulmadığını soruşmuş, cavabdeh isə bir neçə bəhanələr gətirməyə başlamışdır. Cavabdehin onu aldatdığını görmüş, ona vermiş olduğu 5000 manat pulunu tələb etmişdir. O, pulunun olmadığını, aldığı pulu ancaq hissə-hissə ona qaytaracağına söz vermişdir. Çarəsizlikdən onunla razılaşmış və o, ona borclu olduğu puldan 2023-cü ilin dekabr ayına kimi 3340 manat qaytarmışdır. Dəfələrlə pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 18 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, Masallı rayonu Ərkivan qəsəbə sakini İddiaçı onun barəsində Masallı rayon Prokurorluğuna daxil olmuş şikayət ərizəsi ilə tanış olmuşdur. 18 may 2022-ci il tarixdən Masallı RİHB-nın Boradigah İƏD üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. İddiaçı bir müddətdir ki, tanıyır. Raci ilə münasibətləri həmişə yaxşı olmuşdur. Belə ki, o, 2016-cı ilin noyabr ayından 2021 -ci ilin avqust ayınadək Dövlət Məşğulluq Xidmətinin Masallı rayon şöbəsində aparıcı məsləhətçi, daha sonra sektor müdiri vəzifəsində çalışmışdır. Həmin vaxt İddiaçı 2020-ci il ərzində bir il müddətində onun işlədiyi yerdə təlimçi kimi çalışmışdır. İşlədikləri müddətdə münasibətləri yaxşı olduğu üçün, o, 2020-ci ildə xatırlamadığı tarixdə pula ehtiyacı yarandığından İddiaçı təxminən 4500 manat borca pul istəmişdir. Həmin vaxt münasibətləri yaxşı olduğundan Raci ona 4500 manat borc vermişdir. O, həmin pulu qısa müddətdə geri qaytarmağa Raciyə söz versə də, maddi sıxıntıları olduğuna görə aldığı borcu vaxtında qaytarmaqda çətinlik çəkmişdir. Lakin müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə İddiaçı şəxsən və ya kart hesabına köçürmə vasitəsi ilə həmin borcunun əsas hissəsini ödəmişdir. Hazırda İddiaçı 1600 manat borcu qalmışdır. O, İddiaçı aldığı borcu vaxtında ödəyə bilmədiyinə görə aralarında narazılıq yaranmışdır. O, Raciyə son 3 ayda isə ümumiyyətlə ödəniş edə bilmədiyinə görə Raci onun barəsində guya Racini işə düzəltmək adı ilə 5000 manat pul almağı ilə əlaqədar şikayət etmişdir. O, Racini işə düzəldəcəyi adı ilə aldadıb dələduzlıuq etməmişdir. O, Racidən sadəcə olaraq borc almış və Raciyə olan borcunun qalan 1600 manat hissəsini qısa müddət ərzində ödəyəcəkdir. İddiaçı yalan danışır. Belə ki, İddiaçı 5000 manat deyil 4500 manat pul almış, həmin pulu 2022-ci ildə deyil 2020-ci ildə almış və alanda borc məqsədi ilə istəmiş, Racini Masallı Rayon İcra Hakimiyyətində işə düzəltmək barədə heç bir vəd verməmişdir. Raci özü də bilir ki, artıq bir müddətdir ki, RİH-lərinə işə qəbul məsələsi dövlət qulluğuna qəbul üçün X2 tərəfindən keçirilən imtahanlarla həll olunur. İddiaçı onun haqqında şikayət etməklə borcundan qalan hissəni almaq məqsədi güdür. İş materiallarında olan 01 ədəd CD diskin yaddaşında olan İddiaçı tərəfindən təqdim edilmiş “səs yazısı” fayllarına baxış keçirilən zaman, Cavabdeh İddiaçı göndərdiyi həmin 01 ədəd 10 saniyəlik, 01 ədəd 37 saniyəlik, 01 ədəd 59 saniyəlik, 01 ədəd 09 saniyəlik, 01 ədəd 38 saniyəlik ümumilikdə 05 ədəd səs yazılarında sonuncuya verəcəyi pulu ödəməkdə çətinliyinin olması ilə bağlı xüsusatlar qeyd olunsa da, onun İddiaçıla sonuncunu işə düzəltmək barədə hər hansı danışığının olmadığı müəyyən edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 36.6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənə deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, məhkəmə iclaslarında iştirak edilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ondan işə düzəltməsi adı ilə pul almasını iddia etsə də, məhkəməyə cavabdehin pulu ondan işə düzəlməsi niyyəti ilə bağlı aldığını təsdiq edən sübut təqdim etməmişdir. Təqdim olunmuş CD diskdə olan səs yazılarında isə, cavabdehin iddiaçıya sadəcə borcu olması təsbit olunur. Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddaya münasibəti ilə bağlı məlumat məhkəməyə daxil olmamışdır. Lakin iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 18 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh iddiaçı ilə aralarında işə düzəltmə ilə bağlı razılaşmanın olmadığını, İddiaçı 4500 manatı borc məqsədilə aldığını bildirmişdir. Məhkəmə cavabdehin iddiaçıdan pul almasını müəyyən etsə də, pulun hansı məqsədlə İddiaçı tərəfindən verilməsi hissəsində işdə bununla bağlı mötəbər sübutlar olmadığından müəyyən olunmamış qalır. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisənin hüquqi əsasını əsassız varlanma təşkil edəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var : 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə hər 3 dispozitiv şərt ödənilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, izahatla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələbləri münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1560 manat pul və ödənilmiş 36.6 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar