Məhkəmə qərarları › İş №2(050)-190/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-190/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-190/2025 12.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ İş № 2(050)-190/2025 12 iyun 2025-ci il Masallı şəhəri Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı, ilk iddia üzrə iddiaçının vəkili Vəkil2, ilk iddia üzrə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə. İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı əmlak tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 2(050)-190/2025 saylı qərardadı ilə Cavabdeh1 İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı məkhəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdi. Həmçinin qarşılıqlı iddianın baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdi. Həmçinin ilk iddianın baxılmamış saxlanılmasına etiraz etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı, İddiaçı tərəfindən “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilmiş (xx.xx.2024-cü il tarixli, mədaxil qəbz nömrəsi: **********31, transaksiya nömrəsi: 4f0r466e-53d8-493f-a2e5-109d26a4b402, büdcə təsnifat kodu 142211) 40 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Cavabdeh1 tərəfindən Masallı rayonu Kapital Banka ("xxxx" ASC Masallı Branch) ödənilmiş (xx.xx.2024-cü il tarixli, terminal nömrəsi K0161013, əməliyyat İD 708072241, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142211) 107 manat məbləğində dövlət rüsumu Cavabdeh1 qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. İddiaçı tərəfindən “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilmiş (xx.xx.2024-cü il tarixli, mədaxil qəbz nömrəsi: **********31, transaksiya nömrəsi: 4f0r466e-53d8-493f-a2e5- 109d26a4b402, büdcə təsnifat kodu 142211) 40 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Cavabdeh1 tərəfindən Masallı rayonu Kapital Banka ("xxxx" ASC Masallı Branch) ödənilmiş (xx.xx.2024-cü il tarixli, terminal nömrəsi K0161013, əməliyyat İD 708072241, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142211) 107 manat məbləğində dövlət rüsumu Cavabdeh1 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Sədirlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar